Yazıçı dramaturq Əli Əmirlinin növbəti kitabı: “Cənnət qapıları”
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 oktyabr, AZƏRTAC
Otuzdan çox pyesin, iyirmiyə yaxın kitabın müəllifi yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin oxuculara təqdim etdiyi növbəti əsəri çoxseriyalı televiziya filmi üçün nəzərdə tutulan mətndir.
AZƏRTAC xəbər verir ki, müəllifin "Cənnət qapıları" adlandırdığı 24 seriyadan ibarət bu əsər indiyədək iyirmidən artıq teatrda (o cümlədən 12-si xarici ölkələrdə) tamaşaya qoyulmuş, beynəlxalq teatr festivallarında mükafatlandırılmış "Varlı qadın" komediyasının motivləri əsasında yazılsa da, həm komediya, həm qara komediya, həm melodram, həm də gözlənilməz kəskin hadisələrlə zəngin dramatik teleserial ssenarisi kimi təqdim olunur.
Onu da qeyd edək ki, teleserial ssenarisinin kitab formatında təqdimatı ölkədə ilk təcrübədir.
Baxış sayı:63
Bu xəbər 16 Oktyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















