Icma.az
close
up
RU
Nazirin “400 manat” söhbətinə iqtisadçıdan etiraz

Nazirin “400 manat” söhbətinə iqtisadçıdan etiraz

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Milli Məclisdəki çıxışı cəmiyyətdə birmənalı qarşılanmayıb.

Xatırladaq ki,  nazir çıxışında Azərbaycanda minimum əmək haqqının son illərdə 400 manata çatdırılmasını ciddi uğur kimi qiymətləndirib.

İqtisadçı ekspert  Natiq Cəfərli Gununsesi.info-ya deyib ki, indiki dövrü 2013-cü illə müqayisə etmək doğru deyil:

“2018-ci ilin yanvarın 1-də ölkədə minimum əmək haqqı 130 manat idi, bəli, indi 400 manatdır. Bəs yaxşı inflyasiya, yəni, rəsmi rəqəmlər necə dəyişib?

2018-ci ildə 2,3%, 2019-cu il 2,6%, 2020-ci il 2,8%, 2021-ci il 6,7%, 2022-ci il 13,9%, 2023-cü il 8,8%, 2024-cü il 4,9%, bu il isə hələlik 6% civarındadır.

Yaxşı, 2018-ci ildə ət neçəyə idi – kilosu 10-11 manat, indi neçəyədi – 20 manat civarında. 2018-ci ildə yağ neçəyə idi – 14-15 manat, indi neçəyədi – 22-25 manat arası.

Kommunal xidmətlər, nəqliyyatda gediş haqqı, ərzaq və dərman qiymətləri 2018-dən bəri nə qədər artıb?! Hüquqşünas nazir nədən müqaisəni yarımçıq aparıb?!

Minimum əmək haqqının artmasından əziyyət çəkən, bəli-bəli, əziyyət çəkən yüzminlərlə insan var – VÖEN-lə çalışanlara böyük yük düşür. 2018-ci ildə minimum əmək haqqı 130 manat olanda VÖEN-lə çalışanlar DSMF-yə 32 manat 50 qəpik ödəyirdilər, indi 400 manat olub, DSMF-yə 100 manat, özü də, ayda nə qədər dövriyyən olur-olsun, yenə də 100 manat ödəməli olursan.

Hökumətin hüquqşünaslardan ibarət iqtisadi komandasına dəfələrlə müraciət etmişik, publik çıxışlarımızda demişik ki, qanunvericilikdə VÖEN-lə çalışanların DSMF ödənişlərinin minimum əmək haqqına bağlılığını qaldırın, qanundan o cümləni çıxardın, daha doğrusu, Milli Məclisə elə təkliflə gedin – etmirlər. Bu bağın, o cümlənin qalması kiçik sahibkarlara əlavə yükdür, sabah, məsələn, mimimum əmək haqqı, lap elə 800 manat oldu, o zaman hər ay 200 manat ödəmi olacaqlar axı, bu ədalətsiz və məntiqsiz yanaşmadır.
Onu da deyim ki, mimimum əmək haqqı məsələsi formal göstəricidir, 400 manat olması nəyə təsir edir ki?! Hə, dövlət-özəl bu rəqəmdən aşağı maaş verə bilməz (əslində verir, yarımştat rəsmiləçdirərək), amma, indi bəyən 400 manata işləməyə (Bakı və Abşeronda, böyük şəhərlərdə) kim razı olar ki?! Ay ərzində nəqliyyat və nahar pulu belə 400 manatdan çox olur”.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Dekabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri