Təyyarə təcili Bakıya endi
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
5 dekabr tarixində “FlyDubai” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.
Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 Dekabr 2025 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















