Icma.az
close
up
RU
Görün nə yeyirmişik Saxta yağı necə tanıyaq?

Görün nə yeyirmişik Saxta yağı necə tanıyaq?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhərinin Səbail rayonunda yerləşən “İvanovka” ticarət obyektində aparılan yoxlamalar kərə yağı adı ilə satılan məhsulların tərkibində ciddi uyğunsuzluqlar olduğunu üzə çıxarıb. AQTA-nın məlumatına görə, satışdan götürülən yağ və süd məhsulları bitki yağları qarışığından ibarət olub və müvafiq sənədlər olmadan realizə edilib. 
Təkrar laborator sınaqlar isə həm yağlarda saxtalaşdırmanı, həm də kəsmikdə mikrobioloji çirklənməni təsdiqləyib.
Aparılan araşdırmalar göstərir ki, satıcıların kərə yağı adı altında bitki yağlarından ibarət qarışıqları alıcılara “təbii məhsul” kimi təqdim etməsi bazarda saxtakarlığın daha incə üsullarla genişlənməsinə səbəb olur.
Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, istehlakçıların belə halları fərqləndirməsi çətin olsa da, diqqət yetiriləcək bir neçə məqam real kərə yağını tanımağa yardım edə bilər. 
İlk növbədə, kərə yağı otaq temperaturunda yumşalmalı, lakin tam mayeləşməməlidir. 
Bitki yağları qarışığı adətən sürətlə ərir və bıçaqla kəsilərkən elastik deyil, daha çox “yayılmış” görünüşə sahib olur.
Qoxu və dad da istehlakçı üçün mühüm göstəricidir. Təbii yağ yüngül süd qoxusu ilə seçilir, bitki yağları isə ya qoxusuz olur, ya da süni ətir vasitəsilə “kərə yağı” effekti yaradılır. Rəngində də fərqlər müşahidə edilə bilər: təbii məhsul adətən açıq sarı tonunda olur, çox tünd və parlaq rəng isə əlavə olunmuş rəngləndiricilərdən xəbər verə bilər. Etiket və sənədləşmə isə ən əsas amillərdən biridir. 
Məhsulun üzərində istehsalçı, tərkib, yağlılıq dərəcəsi və saxlanma qaydalarının göstərilməsi məcburidir; bu məlumatlar olmayan məhsullar risk qrupuna daxildir.
Mütəxəssislər bildirirlər ki, ev şəraitində sadə sınaq da aparmaq mümkündür: kərə yağı isti suda həll olarkən suda xırda hissəciklər əmələ gətirir, bitki yağı qarışığı isə tamamilə əriyərək bircins maye halı alır. Alıcıların bu əlamətlərə diqqət etməsi saxta məhsulların qarşısını almaqda mühüm rol oynaya bilər.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri