525 ci qəzet Evində vəhşi pişik saxlayırdı, məsuliyyətə cəlb olundu
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məhkəmə evində puma saxlayan Moskva sakinini cərimələməklə yanaşı vəhşi pişiyin onun əlindən alınması ilə bağlı qərar çıxarıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sergey Tatarintsev adlı şəxs vəhşi təbiətə ziyan vurmaqda ittiham olunub.
Belə ki, onun saxladığı puma Qırmızı kitaba düşüb və nəsli kəsilməkdə olan heyvanların siyahısındadır.
Məhkəmə Tatarintsevi 3 min rubl cərimələyib. Heyvan isə müsadirə olunaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, moskvalı pumanı 4 il əvvəl bala ikən alıb və 1 otaqlı mənzilində bəsləyib. Hər gün pişiyi gəzintiyə çıxaran Tatarintsev təhlükəsizlik qaydalarına da riayət etməyib ki, bu da insanların narazılığına səbəb olub və iş məhkəməyə kimi çıxıb.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 24 Fevral 2025 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















