Icma.az
close
up
RU
525 ci qəzet Düzgün gənclər siyasəti sayəsində özünəinamı yüksək gənclik formalaşıb

525 ci qəzet Düzgün gənclər siyasəti sayəsində özünəinamı yüksək gənclik formalaşıb

Icma.az, 525.az-ə istinadən, məlumatı açıqlayır 525 ci qəzet Düzgün gənclər siyasəti sayəsində özünəinamı yüksək gənclik formalaşıb.

Gənclik cəmiyyətin ən dinamik, yeniliyə və inkişafa açıq olan, daim irəliyə can atan, ancaq həm də həssas və qayğıya ehtiyac duyan təbəqəsidir. Əsrlər boyu Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmuş Azərbaycan gəncləri dövlət müstəqilliyinin bərpa edilməsi, ermənilərin Azərbaycana qarşı törətdikləri hərbi təcavüzə qarşı mübarizənin ön sıralarında olublar. Təsadüfi deyil ki, ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olanların əksəriyyətini gənclər təşkil edirlər. Onlar ölkənin ən gərgin dövrlərində əlində silah Vətənin müdafiəsinə qalxmaqla yanaşı, ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdiriblər. Bu gün Azərbaycanda köklü şəkildə aparılan islahatlarda gənclərə xüsusi yer ayrılması və onların dövlət quruculuğunun inkişafında irəli çəkiıməsi bir daha sübut edir ki, gəncliyə diqqət daha da artıb.

Hazırda gənclər siyasətinin əsas istiqamətlərindən biri də təhsil, idman, əyləncə və digər infrastruktur layihələrin həyata keçirilməsidir ki, bu sahədə də xeyli işlər görülüb. Tikilən Gənclər evi və mərkəzləri gənclərin inkişafını və maraqlarını təmin etmək, asudə vaxtlarını səmərəli təşkil etmək və onlara sosial dəstək göstərmək məqsədi daşıyır. Gəncliyə göstərilən dövlət qayğısı artıq öz bəhrəsini verməkdədir. Gənclərimiz indi dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə layiqincə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Sevindirici haldır ki, son illərdə dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizindən çoxunu gənclər təşkil edir.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, atılan hər bir addım ilk növbədə gənclərimizin bu həyatda özlərinə inamlı yer tutması üçündür. Azərbaycan gənci bu gün səngərdə əsgər, aparıcı klinikalarda həkim, ölkəsini dünyada layiqincə təmsil edən diplomat, sadə bir iş adamıdır. Gənclərimiz təhsil almaqda, öz karyerasını və xoşbəxt ailəsini qurmaqda dövlətinin dəstəyini hiss edir. Bu siyasət var və bundan sonra da davam edəcək: "Mən indiki gənc nəslin bizdən daha şanslı və daha böyük imkanları olan dövrdə yaşadığını vurğulamaq istəyirəm. İndiki gənclikdə olan imkanlar və şərait bizim dövrdə yox idi. Biz məhdud bir cəmiyyətdə yaşayırdıq, dünyaya çıxışımız yox idi, bir çox yerlərdə, o cümlədən açıq fikir bildirməkdə ciddi məhdudiyyətlər var idi. İndi isə gənclərimiz sərbəstdirlər, gənclər dünyanı görə, müstəqil şəkildə bir çox mənbələrə müraciət edə bilirlər. Gənclərimiz xalqımızın əsl tarixini bilir, halbuki biz o tarixi 40-50 yaşımızda öyrənməyə başladıq. Eyni zamanda indiki gənclik dövlətimiz qarşısında duran problemləri daha aydın dərk edir və özlərini həmin problemlərin həllinə yönəldə bilir. Gənclərimiz hazırlıqlıdırlar, həmçinin çox vətənpərvərdirlər, daima öyrənməyə çalışırlar. Və hərdən mənə elə gəlir ki, mən onları öyrətmirəm, onlar məni öyrədir. Bu, mənim üçün xoşdur. İndiki gəncliyə baxanda fikirləşirəm ki, gələcəyimiz üçün arxayın olmaq olar. Gənclər Vətənimiz üçün bizdən daha çox iş görəcəkdir".

Millət vəkili Sevinc Hüseynova deyir ki, Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Həmin dövrə qədər isə ölkəmizdə gənclərə diqqət mövcud deyildi. Cəmiyyətin ən aktiv hissəsi olan gəncliyə və onu narahat edən problemlərə laqeyd münasibət var idi. Amma bütün bunlara baxmayaraq, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkib. Ümummilli lider Heydər Əliyev hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirib və müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb: "Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam etdirilməklə yanaşı, inkişaf etdirilib. Məhz bunun nəticəsi olaraq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial vəziyyəti daim Ulu öndərin diqqət mərkəzində olub. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsi hesab edilir. Bununla yanaşı, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. Ümummilli liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratmış və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirib".

Millət vəkili bildirib ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən düzgün gənclər siyasəti sayəsində gənc nəslin ictimai-siyasi həyatdakı rolu artıb, onların ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı, özünəinamı yüksək gəncliyin formalaşmasına şərait yaranıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, gücünə, istedadına inam hissi artıb. Belə ki, ölkə başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə bir çox xüsusi əhəmiyyətə malik sənədlər təsdiq edilib. Həmin mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb".

Millət vəkili Afət Həsənova deyir ki, müstəqilliyimizin ilk dövründə ölkədə hökm sürən xaos, özbaşınalıq gənclərə də ciddi mənfi təsir göstərmişdi: "Azərbaycan gəncliyi və gələcəyi təhlükə altına düşmüşdü. Gənclər müxtəlif siyasi qüvvələr tərəfindən öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə edilirdi, təhsildən kənarda qalır, vətənpərvər ruhda yetişdirilməsi üçün heç bir addım atılmırdı. Məhz Ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra gəncliyimiz də bu bəladan xilas oldu, dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Eyni zamanda gənclərin təhsilinə xüsusi diqqət yetirildi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı".

Deputat bildirib ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O vurğulayırdı: "Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir".

A.Həsənova qeyd edib ki,  Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni müstəviyə çıxardı, gənclərin problemlərinin həlli, onların fərdi inkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalar ortaya qoyuldu: "Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları, Gənclər Fondunun yaradılması və digər bu kimi tədbirlər gənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda vətənpərvər, Vətən yolunda daim canını belə qurban verməyə hazır olan gənc nəsil yetişib. Məhz bu gənc nəsil idi ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətlər göstərdilər".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski Ərdoğana sığındı: Türkiyə meydana girir

19 Fevral 2025 07:01see114

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see113

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see113

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see112

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see112

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see111

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see110

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

19 Fevral 2025 10:50see110

Pakistanla strateji tərəfdaşlığın hədəfləri

19 Fevral 2025 08:08see110

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see109

Sensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ

19 Fevral 2025 05:33see109

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see109

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see109

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see108

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see108

Xanım sürücünün maşınını təpiklədi

19 Fevral 2025 12:06see108

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see107

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see107

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see107

Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...

20 Fevral 2025 12:54see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri