Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

525 ci qəzet Hamı Trampı gözləyir...

525 ci qəzet Hamı Trampı gözləyir...

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Pərvanə SULTANOVA
[email protected]

Gələn həftənin birinci günü, yəni yanvarın 20-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp and içərək rəsmən öz səlahiyyətlərinin icrasına başlayacaq. Bu, Trampın ikinci prezidentlik müddətidir. Bundan əvvəl o, Respublikaçılar Partiyasının təmsilçisi olaraq 2017-2021-ci illərdə Ağ evə rəhbərlik edib.

Tramp noyabrda keçirilən prezident seçkiləri ərəfəsindəki bəyanatlarında bütün müharibələrə son qoyacağını və onun dönəmində müharibə olmasına imkan verməyəcəyini deyib: "Mən müharibələrə başlamaq fikrində deyiləm, onları dayandıracağam".

Tramp xatırladıb ki, onun əvvəlki prezidentlik dövründə ABŞ yalnız İŞİD terror təşkilatı yaraqlılarına qarşı kampaniyaya başlayıb: "Biz İŞİD-i rekord müddətdə məğlub etdik, lakin heç bir müharibə aparmadıq".

Ağ Evin yeni sahibi Amerikanı "qızıl dövrünə" qaytaracağına və ölkəni təhlükəsiz, firavan vəziyyətə gətirəcəyini vəd edib. Onun bu bəyanatları dəstək almasında mühüm rol oynayıb. Çünki bu gün dünyanın demək olar ki, əksər nöqtələrində münaqişələr, qanlı toqquşmalar baş verir. ABŞ büdcəsindən bu istiqamətdə böyük vəsaitlər ayrılır ki, bu da ölkədə ciddi narazılıqlara səbəb olmaqdadır. Tramp artıq Rusiya-Ukrayna müharibəsi, İsrail-Həmas və digər məsələlərdə hərəkətə keçib. Bir sıra görüşlərin hazırlandığı barədə məlumatlar verilib.

İndi demək olar ki, bütün dünya Trampı gözləyir. Fövqəldövlətin liderinin baxışının necə olacağı, hansı qərarları verəcəyini hər kəs üçün böyük önəm daşıyır. O da faktdır ki, Bayden administrasiyası Tramp üçün çox sayda problemlər, həllini gözləyən mürəkkəb məsələlər qoyub gedir. Bu gün dünyanın alovlanmasına məhz Bayden administrasiyasının qəbul etdiyi qərarlar səbəb olub. Demokratlar öz hakimiyyətləri müddətində heç vaxt sülh çağırışları etmədilər. Əksinə, yeni müharibələr, qarşıdurmalar, gərginlik ocaqları yaratdılar. İndi Trampın həqiqətən də Rusiya-Ukrayna münaqişəsinə son qoyacağı, Yaxın Şərqdə alovu söndürəcəyi, Çin, İran və s. məsələlərdə hansı mövqeni nümayiş etdirəcəyi böyük maraqla gözlənilir. Təbii ki, onun Cənubi Qafqaz siyasəti ilə bağlı da müəyyən müzakirələr aparılır. Bayden administrasiyası Azərbaycana qarşı qərəzli münasibəti, Ermənistanla sülh prosesində öz maraqlarını təmin etmək üçün ədalətsiz mövqeyi ilə yadda qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə də ötən ilin dekabrında Azərbaycan Amerika dövlət katibinin üçtərəfli görüşlə bağlı xahişinə razılıq vermədi. Hakimiyyətdən gedə-getdə Ermənistanla strateji tərəfdaşlıq xartiyasını imzalamaqla bir daha Bayden administrasiyası ədalətsiz, qərəzli olduğunu, regionda sülh istəmədiyini göstərmiş oldu. İstənilən halda Bayden ABŞ tarixi üçün ən uğursuz prezidentlərdən biri olacaq.

Rusiyalı politoloq və amerikaşünas Malek Dudakov da hesab edir ki, Bayden ölkə tarixinə müasir dövrün ən uğursuz liderlərindən biri kimi düşəcək. Onun fikrincə, Baydenin yekun nitqi prezidentliyinin bu dörd ilində ABŞ-nin üzləşdiyi bütün böhranlara görə amerikalılar qarşısında simasını saxlamaq və özünü haqlı çıxarmaq cəhdi idi: "Bu, bir növ siyasi manipulyasiya sessiyası idi, çünki biz görürük ki, amerikalıların üçdə ikisi ABŞ-da baş verənlərdən, həm iqtisadiyyatda, həm miqrasiyada, həm də cinayətlərin artmasından narazıdırlar. Bayden yekun çıxışında bildirib ki, ABŞ yüksək inflyasiyanı aradan qaldırmaq da daxil olmaqla, böyük uğur qazana bilib. Bu, həqiqətən də məsələn, 2022-ci ilin səviyyəsindən aşağı oldu, lakin qiymətlər yüksək olaraq qaldı".

Onun sözlərinə görə, Bayden HƏMAS hərəkatının girovları azad etməsi məsələsində uğur qazandığını iddia edir. Amma onun ətrafı da etiraf edir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası bu razılaşmada mühüm rol oynayıb. Politoloq vurğulayıb ki, vəzifəsini tərk edən liderin çıxışı simvolik xarakter daşıyırdı: "Bayden tarixə sadəcə uğursuzluqlar və demokratların prezident seçkilərində məğlubiyyətinə səbəb olan ardıcıl siyasəti inkişaf etdirə bilməməsi ilə düşəcək. Co Bayden ABŞ tarixində müasir dövrün ən uğursuz prezidentlərindən biridir, çox güman ki, Cimmi Karterlə eyni səviyyədə olacaq".

Qeyd etdiyimiz kimi, artıq Tramp dövrü başlayır və dünyanı fərqli proseslər gözləyir. Əlbəttə ki, Trampın Cənubi Qafqaz siyasəti, Azərbaycan-Ermənistan sülh prosesinə yanaşması, nəhayət sülh sazişinin imzalanması ilə bağlı nələri edə bilcəyi də maraq doğurur. Bu mövzunu "525"ə şərh edən politoloq Zaur Məmmədov deyib ki, hər bir ölkə başçısı üçün bu və ya digər şəkildə ilk növbədə dövlətin qarşısında duran çağırışların həlli prioritetdir. Bu gün ABŞ qarşısında çox vacib daxili çağırışlar dayanıb. İlk növbədə bu daxili çağırışları həll etmək lazımdır. Həmin çağırışlar həm də ölkə daxilində müxtəlif təfəkkürlü, müxtəlif baxış bucağı olan siyasi elitaların gələcəyə və ölkələrin gələcəyinə dair fikirlərinin toqquşmasıdır.

Onun sözlərinə görə, qlobalistlər, neoliberallar və neomühafizəkarlar böyük koorporasiyaların sahibləridir və digər biznes sahələrinin nümayəndələridirlər. Tramp bu işlərlə məşğul olacaq. Eyni zamanda, ABŞ-nin Çin ilə, Rusiya ilə, o cümlədən Avropa ilə münasibətlərinə aydınlıq gətirəcək. Politoloq deyib ki, bu vacib məsələlər gündəlikdə dayanır və onların həlli ABŞ prezidenti üçün bir nömrəli məqsədlər sırasında olacaq.

O ki qaldı Cənubi Qafqazdakı proseslərə, Z.Məmmədova görə, bu proseslər Trampın Türkiyə və Rusiya, eyni zamanda İranla münasibətləri və əlaqələri kontekstində təhlil edilməlidir: "ABŞ Cənubi Qafqazdakı proseslərdə Bayden dövründən fərqli olaraq mən əminəm ki, daha az fəallıq nümayiş etdirəcək. Həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistanla bağlı məsələlərdə. Tramp daha çox çalışacaq ki, Rusiyanın, Türkiyənin münasibətlər aspektindən Cənubi Qafqazda məhz onlar vasitsilə razılaşdırılmış bu və ya digər proseslərdə birbaşa deyil, dolayı yolla rol oynasın. Əlbəttə ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin davam etdiyi dövrdə ABŞ-nin mövqeyinin bundan sonrakı mərhələdə nədən ibarət olacağı bizim üçün vacibdir. Bayden hakimiyyəti gedənə yaxın Ermənistanla strateji tərəfdaşlıq haqqında sənəd imzaladı. Bu sənədin imzalanması və bundan əvvəl ötən ilin aprelində ABŞ-Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə görüşün keçirilməsi, orda münasibətlərlə bağlı və Cənubi Qafqazla bağlı faktiki olaraq yol xəritəsinin qəbul edilməsi kimi məsələlər də var idi. Biz bunu da məsələlərdən kənarda qoya bilmərik. Düşünürəm ki, ABŞ-Cənubi Qafqaz münasibətlərində nə zaman ki, erməni məsələsi prioritet hesab edilib, o zaman Azərbaycanla münasibətlər korlanıb, münasibətlərimiz yaxşı vəziyyətdə olmayıb. Nə zaman ki, Cənubi Qafqazdakı proseslərə onlar təhlükəsizlik prizmasından baxırlar, burda biz ikitərəfli münasibətlərin isinməsini görmüş oluruq. Ona görə də hər şey bundan asılı olacaq ki, Tramp erməni məsələsini özü üçün nə qədər bölgədə prioritet hesab edəcək, bölgəyə hansı kontekstdə baxacaq - geosiyasi rəqiblərinə qarşı mübarizə və rəqabət kontekstində, enerji resursları, kommunikasiya xətləri kontekstində, yoxsa digər bayaq adlarını çəkdiyim məsələlər kontekstində".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri