Icma.az
close
up
RU
525 ci qəzet Lavrov Trampı nədə və niyə ittiham edir?

525 ci qəzet Lavrov Trampı nədə və niyə ittiham edir?

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Rusiya xarici işlər naziri Sergey Lavrov Tramp administrasiyasının "Güc vasitəsilə sülh" siyasətindən və "Öncə Amerika" şüarından narahat olduqlarını bəyan edib. Lavrov hesab edir ki, "Öncə Amerika" şüarı Hitlerin "Öncə Almaniya" çağırışına narahatedici dərəcədə bənzəyir. Rusiyanın ən təcrübəli diplomatlarından biri hesab olunan Lavrovun bu açıqlaması təsadüfi deyil və bunun bir neçə səbəbi var.

Bir neçə həftə öncəyə qədər Rusiyanın siyasi dairələrində belə qənaət vardı ki, Tramp səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra Ukraynanı Rusiya ilə anlaşmağa vadar edəcək. Lakin Trampın inaqurasiya mərasimindən 20 günə yaxın vaxt keçir və "24 saata sülh" vədinin gerçəkləşməsi üçün heç bir addım atılmır. Əksinə, Tramp administrasiyasının Ukraynaya silah dəstəyini davam etdirdiyi, hətta bu dəstəyi artırdığı haqqında məlumatlar var. Niderlandın Ukraynaya F-16 qırıcıları və Farnsanın Mirage 2000 qırıcıları verməsi də Tramp hakimiyyətə qayıtdıqdan sonra gerçəkləşməyə başladı. Moskvada çox gözəl bilirlər ki, Tramp administrasiyasının razılığı olmasaydı, Niderland Amerika istehsalı F-16 qırıcılarını Ukraynaya verə bilməzdi.

Digər tərəfdən Trampın neftin qiymətini ucuzlaşdırmağa çalışması, Rusiyanın müttəfiqləri olan Çin və İrana qarşı təzyiqləri artırması Moskvanın narahatlığını artırır. Moskvada yaxşı başa düşürlər ki, Tramp administrasiyasında aparıcı şəxslər olan dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşavir Maykl Uolts Rusiyanın aid edildiyi "Şər bloku"na qarşı sərt mövqe tutan siyasətçilərdəndir. Marko Rubio və Maykl Uolts Senatdakı "şahinlər"in dəstəyi ilə Çin və İranı cilovlamağa çalışacaqları da hər kəsə aydındır. Moskvada anlayırlar ki, İran və Çinin zəiflədilməsi Rusiyanın zəiflədilməsinə gətirib çıxara bilər. 

Moskvada anlayırlar ki, Qərb Rusiya, İran və Çini Suriya məsələlərinin həlli üçün xarici dəstək prosesindən kənarlaşdırmağa çalışır. Bununla da Qərb Rusiyanı Yaxın Şərqdən sıxışdırıb çıxarmağı hədəfləyir. Kreml Suriyanın yeni hakimiyyətinin Rusiyaya qarşı ittiham və iddialarının arxasında Qərbin dayandığını düşünür. Valday Beynəlxalq Diskussiya Klubunda keçirilən 14-cü Yaxın Şərq Konfransında çıxışında Lavrov bildirib ki, Əhməd əl-Şəranın rəhbərlik etdiyi Suriyanın yeni hakimiyyət orqanları konstruktiv dialoqa hazır deyil.

Maraqlıdır ki, uzun illər beynəlxalq hüququ və BMT Nizamnaməsini dəfələrlə pozan Rusiya dövlətinin xarici işlər naziri indi bəyan edir ki, yalnız BMT Nizamnaməsinə əməl olunması yeni dünya müharibəsindən qaçmağa imkan verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri