Icma.az
close
up
RU
525 ci qəzet “Hər şey Trampın bölgəyə hansı kontekstdən baxacağından asılı olacaq” Politoloq

525 ci qəzet “Hər şey Trampın bölgəyə hansı kontekstdən baxacağından asılı olacaq” Politoloq

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir ölkə başçısı üçün bu və ya digər şəkildə ilk növbədə dövlətin qarşısında duran çağırışların həlli prioritetdir. Bu gün ABŞ qarşısında çox vacib daxili çağırışlar dayanıb.İlk növbədə bu daxili çağırışları həll etmək lazımdır. Həmin çağırışlar həm də ölkə daxilində müxtəlif təfəkkürlü, müxtəlif baxış bucağı olan siyasi elitaların gələcəyə və ölkələrin gələcəyinə dair fikirlərinin toqquşmasıdır.

Bu barədə 525.az-a politoloq Zaur Məmmədov yanvarın 20-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mümkün Cənubi Qafqaz siyasətini şərh edərəkən bildirib.

Onun sözlərinə görə, qlobalistlər, neoliberallar və neomühafizəkarlar böyük koorporasiyaların sahibləridir və digər biznes sahələrinin nümayəndələridir: “Tramp bu işlərlə məşğul olacaq. Eyni zamanda, ABŞ-ın Çin ilə, Rusiya ilə, o cümlədən Avropa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu vacib məsələlər gündəlikdə dayanır və onların həlli ABŞ prezidenti üçün bir nömrəli məqsədlər sırasında olacaq”.

O ki qaldı Cənubi Qafqazdakı proseslərə, Z.Məmmədova görə, bu proseslər Trampın Türkiyə və Rusiya, eyni zamanda İranla münasibətləri və əlaqələri kontekstində təhlil edilməlidir: “ABŞ Cənubi Qafqazdakı proseslərdə Bayden dövründən fərqli olaraq mən əminəm ki, daha az fəallıq nümayiş etdirəcək. Həm Gürcüstan, həm Azərbaycan həm də Ermənistanla bağlı məsələlərdə. Tramp daha çox çalışacaq ki, Rusiya, Türkiyə ilə münasibətlər aspektindən Cənubi Qafqazda məhz onlar vasitəsilə razılaşdırılmış bu və ya digər proseslərdə birbaşa deyil, dolayı yolla rol oynasın. Əlbəttə ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin davam etdiyi dövrdə ABŞ-ın mövqeyinin bundan sonrakı mərhələdə nədən ibarət olacağı bizim üçün vacibdir”.

Politoloq əlavə edib ki, Bayden hakimiyyəti gedənə yaxın Ermənistanla strateji tərəfdaşlıq haqqında sənəd imzaladı: “Bu sənədin imzalanması və bundan əvvəl ötən ilin aprelində ABŞ-Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə görüşün keçirilməsi, orda münasibətlərlə bağlı və Cənubi Qafqazla bağlı faktiki olaraq yol xəritəsinin qəbul edilməsi kimi məsələlər də var idi. Biz bunu da məsələlərdən kənarda qoya bilmərik. Düşünürəm ki, ABŞ-Cənubi Qafqaz münasibətlərində nə zaman ki, erməni məsələsi prioritet hesab edilib, o zaman Azərbaycanla münasibətlər korlanıb, münasibətlərimiz yaxşı vəziyyətdə olmayıb. Nə zaman ki, Cənubi Qafqazdakı proseslərə onlar təhlükəsizlik prizmasından baxırlar, burda biz ikitərəfli münasibətlərin isinməsini görmüş oluruq. Ona görə də hər şey bundan asılı olacaq ki, Tramp erməni məsələsini özü üçün nə qədər bölgədə prioritet hesab edəcək, bölgəyə hansı kontekstdə baxacaq - geosiyasi rəqiblərinə qarşı mübarizə və rəqabət kontekstində, enerji resursları, kommunikasiya xətləri kontekstində, yoxsa digər bayaq adlarını çəkdiyim məsələlər kontekstində”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri