Yolları bərbad vəziyyətdə olan qəsəbə: Səki, asfalt, işıqlandırma yoxdur VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonu, Masazır qəsəbəsində yollar bərbad vəziyyətdədir. Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”in “qaynar xətti”nə qəsəbə sakinləri bildiriblər.
Qeyd edilir ki, Əliağa Vahid küçəsində, eləcə də, digər ərazilərdə yollar pis gündədir. Asfalt dağılıb, böyük yarğanlar yaranıb. Ərazidə gecə saatlarında qaranlıq olur. İşıqlandırma yoxdur. Piyadaların hərəkəti üçün səki olmadığına görə, insanlar məcbur qalıb maşın yoluna çıxırlar. Yollarda heç bir müşahidə kamerası, sürət həddini ölçən cihaz yoxdur. Bu səbəbdən də, gecələr burada “avtoş”lar öz məharətlərini göstərirlər. Avtobuslardan istifadə edənlər üçün də vəziyyət gərgindir. Ərazidə dayanacaqlar yoxdur. Yağış və qarlı havalarda sərnişinlər küçədə dayanırlar.
Bildirilir ki, məsələ ilə bağlı lazımı yerlərə dəfələrlə şikayət olunsa da, heç bir tədbir görülməyib.
Oxunub 50
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 23 Yanvar 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















