Icma.az
close
up
RU
525 ci qəzet Jalə Əliyeva: Azərbaycanla Şimali Kipri çox sıx tellər bağlayır

525 ci qəzet Jalə Əliyeva: Azərbaycanla Şimali Kipri çox sıx tellər bağlayır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası İşçi qrupunun üzvü Jalə Əliyeva və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid yanvarın 30-dan fevralın 2-nə kimi Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərində səfərdə olublar.

Səfərlə bağlı daha geniş məlumat əldə etmək, eyni zamanda yeni yaradılmış Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin fəaliyyəti haqqında suallarımıza cavab tapmaq üçün sözügedən Cəmiyyətin üzvü, deputat Jalə xanım Əliyeva ilə görüşdük. Millət vəkili dedi ki, Azərbaycan nümayəndə heyəti burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Rauf Raif Denktaş və Dr.Fazıl Kiçik II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu"nda iştirak edib: "Bu simpozium Azərbaycan-Şimali Kipr Türk Respublikası Dostluq Cəmiyyətinin və Türk Birliyi Dayanışma Dərnəyi Başqanı Güvən Arıklının təşəbbüsü ilə həyata keçirilirdi. Simpoziumda 12 ölkədən 52 nümayəndə iştirak edirdi. Türkdilli ölkələrin nümayəndələri, eyni zamanda Azərbaycanı, Türkiyəni, Türk dünyasını Avropada təmsil edən, tanıdan vətəndaş cəmiyyətlərinin nümayəndələri, ziyalılar, rektorlar, mötəbər şəxslər vardı. Ana məqsəd, əlbəttə ki, həm Şimali Kiprin azadlıq hərəkatı, keçdiyi tarix haqqında bir daha danışmaq idisə də, eyni zamanda gələcək inkişafımızın istiqaməti olan Türk dünyası ilə həmrəylik, böyük Türk birliyinin yaradılması, yaranmış olan Türk dövlətləri topluluğunun bundan sonrakı inkişafı, Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr münasibətləri kimi amillər bu simpoziumda öz əksini tapmışdı. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkənin prezidenti, Türkiyənin Kiprdəki səlahiyyətli səfiri, Baş nazir, Baş nazirin müavini, eyni zamanda turizm, mədəniyyət, gənclik və ətraf mühit işləri naziri, xarici işlər naziri, Parlament sədri və digər rəsmilər tərəfindən çox yüksək səviyyədə qəbul edildi.

Bütün görüşlərimizin ana mövzusu Azərbaycan-Türkiyə-Şimali Kipr münasibətləri, adada vəziyyət, bölgədə durum idi".

J.Əliyeva bildirdi ki, Azərbaycanın mübarizə tarixi, 44 günlük müharibəmiz, Böyük Zəfər və bu məsələlərin həllində Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstək, Kipr türklərinin öz yaşamını sərbəst şəkildə davam etdirə bilməsində Türkiyənin, eyni zamanda Azərbaycanın rolu da müzakirələrin, görüşlərin əsas mövzusuna çevrilib: "Bilirsiniz ki, ötən il cənab Prezident İlham Əliyevin əzmkarlığı və təşəbbüsü ilə Türk dünyasında ilk olaraq Azərbaycanda Şimali Kipr Türk Respublikası ilə parlamentlərarası dostluq qrupu yaradıldı və biz çox yaxşı bir örnək olduq. Bu nümunənin davam etməsi, digər türkdilli respublikalar tərəfindən də genişlənməsi kimi fikirlər, təşəbbüslər müzakirə olundu. Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar şəxsən cənab Prezident İlham Əliyevə salamlarını, böyük minnətdarlığını çatdırmağımızı xahiş etdi. Mən də parlamentin yaz sessiyasının ilk iclasında onun Prezidentimizə salam və təşəkkürlərini səsləndirdim".

Millət vəkilinin sözlərinə görə, Baş nazir Ünal Üstel simpoziumun açılışında çox geniş çıxış edib və o da Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında qurulan və durmadan inkişaf edən münasibətlərin birbaşa Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün olduğunu xüsusi vurğulayıb, dövlətimizin başçısına sonsuz minnətdarlıqlarını bildirib: "Cənab İlham Əliyevin Parlamentin VII çağırışının açılış mərasimindəki nitqində söylədiyi "Bizim ailəmiz türk ailəsidir" ifadəsi, deyərdim ki, Türk dünyası üçün vacib bir şüara çevrilib. Baş nazirin çıxışında da məhz bu məqama xüsusi toxunuldu. İllər əvvəl Praqada ölkə başçılarının sammitində cənab Ərdoğanın orada olmamasından istifadə edən erməni tərəfi yenə də hədyanlar yağdırmağa, tarixi həqiqətlərlə heç bir əlaqəsi olmayan yalanlarını Türkiyənin ayağına yazmağa cəhd etmişdi. Onların bu qərəzli açıqlamaları qarşısında Prezident İlham Əliyev qətiyyətlə dayanaraq böhtançı tərəfi susdurmuş, Türkiyənin haqlı mənafeyini inamla müdafiə etmişdi. Düşünürəm ki, bunlar Türk xalqlarının gələcək tarixinin yazılmasında, müqəddəratının həll edilməsində çox əhəmiyyətli ifadələrdir. Simpozium çərçivəsində keçirdiyimiz bütün görüşlərdə, eyni zamanda sadə xalqla, ziyalılarla görüşlərimizdə də bir daha şahid olduq ki, bu birlik bizim hər birimizə çox lazımdır. Tədbirdəki çıxışımda buna toxunaraq, qeyd elədim ki, Avropa Birliyi var, niyə Türk Birliyi olmasın? Türkiyəfob, islamofob, Azərbaycanofob düşüncələrlə silahlanmış qərəzli qüvvələrə qarşı niyə Türk Birliyi yaranıb inkişaf etməsin, öz sözünü deməsin? Bu, çox əhəmiyyətli bir məsələdir və düşünürük ki, bu şəkildə simpoziumların keçirilməsi, araşdırmaların aparılması ümumi işimiz üçün çox vacibdir".

J.Əliyeva Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası Dostluq Qrupunun hələ çox yeni olduğunu, amma buna baxmayaraq, böyük gözləntilərin mövcudluğunu diqqətə çatdırdı: "Azərbaycan Şimali Kiprlə bütün sahələrdə əməkdaşlıq edir və əməkdaşlıq etmək əzmindədir. Haşiyə çıxaraq qeyd edim ki, səfər çərçivəsində biz həmçinin, Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin yerləşdiyi Heydər Əliyev Mərkəzində olduq. Mərkəzdə Ulu öndər Heydər Əliyevin zəngin irsi, onun həyatı və fəaliyyəti ilə bağlı çox sayda kitab, Azərbaycanı tanıdan əsərlər nümayiş etdirilir, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti tanıdılır, mütəmadi olaraq ölkəmizlə bağlı tədbirlər həyata keçirilir. Cəmiyyətin sədri əslən Azərbaycandan olan Orxan Həsənoğludur. Burada nümayəndə heyətimizin ŞKTR Prezidenti Ersin Tatarla görüşü keçirildi. Onu da bildirim ki, Ersin Tatar bir ildə doqquz dəfə bu Mərkəzi ziyarət edib. Bu da onun qarşılıqlı münasibətlərə verdiyi dəyərin bir göstəricisidir. Görüşdə hər iki ölkənin inkişaf edən münasibətləri, Prezidentlər cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın Türk Birliyinin möhkəmləndirilməsini hədəfləyən təşəbbüsləri, Türk Dövlətləri Birliyinin gələcək inkişaf perspektivləri, Azərbaycanın Zəfər salnaməsi, Kipr türklərinin hüquqları və sair məsələlərə toxunuldu. Eyni zamanda Azərbaycanın böyük Zəfəri, Qarabağda gedən nəhəng quruculuq işləri, Azərbaycanın müstəqillik və suverenlik uğrunda apardığı mübarizə, bütün uğurlarımızın arxasında dayanan Prezident İlham Əliyevin Dəmir Yumruq siyasəti, qətiyyətli mövqeyi haqqında geniş bəhs edildi".

J.Əliyeva dedi ki, Kipr türklərinin sərbəst şəkildə, sülh şəraitində yaşamasının vacib amillərindən biri onun Türkiyə və Azərbaycan tərəfindən dəstəklənməsidir. Parlamentlərimiz arasında əlaqələrin güclənməsi, xüsusi qrupun yaradılması da bu münasibətlərimizin daha ardıcıl inkişafına səbəb olacaq. Çünki Şimali Kiprlə bizi çox sıx tellər bağlayır. Təkcə dilimiz, dinimiz, müəyyən ənənələrimiz, tarixi bağlarımız, coğrafiyanın yaxınlığı deyil, həmçinin, keşməkeşli taleyimiz də bizi birləşdirir".

Şimali Kiprə ilk dəfə 2009-cu ildə getdiyini xatırladan J.Əliyeva bu 16 ildə çox şeyin dəyişdiyini dedi: "O zaman Kiprin Barış Hərəkatının növbəti ildönümü münasibəti ilə parlament nümayəndə heyəti ilə getmişdik. Və o vaxtdan bu vaxta böyük fərq var idi. Çünki əgər 2009-da bizim də belə bir problemimiz var, bizim də Qarabağ kimi dərdimiz var və Qarabağın azadlığı bizim üçün hər bir şeydir deyirdiksə, 2025-ci ildə artıq zəfər çalmış Azərbaycanın nümayəndəsi kimi Kiprə gedirdik. Bu, bizim üçün nə qədər qürurverici idisə, kiprlilər üçün də o qədər əhəmiyyətli idi. Biz bunu onların bütün münasibətlərində hiss edirdik.

Qeyd etmək istərdim ki, ölkələr arasında münasibətləri təkcə siyasi arenada deyil, digər sahələrdə də inkişaf etdirmək çox əhəmiyyətlidir. Bəzən siyasətin, rəsmiyyətin aça bilmədiyi qapıları ədəbiyyat, incəsənət açır. Bu səfərimizdə Mətbuat Şurasının sədri və AYB sədrinin müavini hörmətli Rəşad Məcidin iştirakı da xeyli anlamlı oldu. Türk dünyası və türklük həqiqətlərinin ədəbiyyatda öz əksini tapması tarixin yaşaması baxımından da çox əhəmiyyətlidir. Bir zamanlar məhz bunun üçün mübarizə aparan, öz qələmi ilə çarpışan ziyalılarımızı, yazıçılarımızı da unutmuruq. Bu baxımdan ədəbiyyatçılarımızın üzərinə böyük iş düşür.

Yeri gəlmişkən, 2000-ci ildə Azərbaycandan Kiprə gedən çox böyük bir nümayəndə heyətinin tərkibində mərhum anam, gözəl şair Nurəngiz Gün də var idi və o, Kiprin yeni tarixi ilə bağlı ona nəql edilən hadisələrdən çox təsirlənərək "Quzey Kıbrıs rüzgarları" poemasını yazmışdı. Səhv eləmirəmsə, bu poema Kipr Barış Hərəkatına həsr olunmuş yeganə poemadır. Amma əminəm ki, "Yavru Vatan" deyilən Kiprimiz bundan sonra da ədəbiyyatçılarımızın diqqətində olacaq. Bu ideyaların, həqiqətlərimizin, tariximizin qələmə alındığı əsərlərə çox ehtiyacımız var. Söhbətimizin bu yerində həmin məşhur poemasından bu anlamlı sətirləri xatırlamaq yerinə düşərdi:

Tənha ada!

Sırğa gülüm, qızıl gülüm, kiparisim!

Ətri əmbər Kıbrısım! - Quzeyim!

Su üzündən məlul baxan gül zənbili kimisən...

Dəryalar rüzgarında qəhri nihan süsənim!

Köməksiz-həyansız bapbalaca Vətəncik!

Haqqı hələ də danılan,

Hələ də tanınmaz qalan

Cənnət məskən!

Ən müztərib Öksüz Yazı!..

Dilbər məkan!

Torpağın üstündə qalan ilk Halay!

Pozulubmuş dünyamızın yaddaşı,

cəsur Türk! Sən əfv et...

"Tab gətirə bilmədim, Bu təklənmiş torpağa dualarımla gəldim..." - deyən Nurəngiz xanımın həmin poeması rəsmi görüşlər zamanı təqdim olunub. Jalə xanım deyir ki, Kiprə səfərdə bu poemanı xatırlamamaq olmazdı: "Oraya gedərkən apardığımız digər hədiyyələrlə yanaşı, bu poemanı da bütün görüşlərimizdə rəsmilərə təqdim etdim, haqqında məlumat verdim. Çox böyük maraqla, sevgi ilə qarşılandı. Görüşlərdə poemanın Türkiyədə çapı məsələsi də müzakirə olundu".

Söhbətimizin sonunda xanım deputat bir daha qeyd etdi ki, iki ölkə arasında mənəvi birliyin özünü təsdiqləyib, inkişaf etməsi üçün parlament üzvü olaraq hər cür xidməti göstərməyə hazırdır.

Şahanə MÜŞFİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see174

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see117

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see112

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri