Icma.az
close
up
RU
Azərbaycanla Türkiyə bütün bölgəyə, dünyaya dostluğun, birliyin nümunəsidir Jalə Əliyeva

Azərbaycanla Türkiyə bütün bölgəyə, dünyaya dostluğun, birliyin nümunəsidir Jalə Əliyeva

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Dünən Prezident İlham Əliyev Türkiyəyə səfər etdi və səfər çərçivəsində orada Kahramanmaraş şəhərində bundan 3 il öncə zəlzələ nəticəsində yerlə-yeksan olan şəhərin qurulmasında böyük rolu, dəstəyi olan Azərbaycanın şərəfinə "Azərbaycan" məhəlləsinin açılışında iştirak etdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyevin Türkiyəyə səfərindən danışarkən bildirdi.

"Prezidentimiz çoxminlik insan axınının qarşısında çıxış etdi. Biz hamımız gördük ki, türkiyəli qardaşlarımız cənab Prezident İlham Əliyevi "Qarabağın fatehi" kimi isti şüarlarla qarşıladılar. Bayrağımız göylərdə dalğalandı. Prezidentimiz bu səfərdə Azərbaycan bayrağına böyük diqqət, qayğı göstərdi.

Cənab Prezidentin çıxışının hər bir detalı, hər bir cümləsi böyük Türk birliyindən, Azərbaycan–Türkiyə birliyindən xəbər verirdi. Eyni zamanda, Azərbaycanın və Türkiyənin bölgədə artan nüfuzu və dəyişən dünya nizamı çərçivəsində Azərbaycan və Türkiyə birliyinin əhəmiyyəti vurğulanırdı".

Deputat qeyd etdi ki, səfər çox əhəmiyyətli bir səfər kimi qiymətləndirilir.

"Ümumiyyətlə, İlham Əliyevin bütün xarici səfərlərinin hər biri Azərbaycanın xarici siyasət diplomatiyasının yeni bir uğuru kimi qiymətləndirilməlidir.

Söhbət Türkiyədən gedirsə, Türkiyə ilə Azərbaycan sözün əsl mənasında, bölgənin, dünyanın əsl dost, qardaş əhəmiyyətli strateji tərəfdaş olan iki ölkəsidir. Bu iki ölkənin arasındakı münasibətlər həm xalqlararası, həm mədəniyyətlərarası, həm də tarixi baxımdan, iki ölkənin rəhbərliyi, prezidentlərinin qarşılıqlı dost, qardaş səmimiyyəti baxımından qiymətləndirilməlidir.

Azərbaycan–Türkiyə birliyi fərqli yanaşmadır. Bu iki birlik dünya siyasətində fərqli amildir. Dünyada Azərbaycanla Türkiyə arasında olan bütün münasibətləri əhatə edən və durmadan inkişafını davam etdirən iki ölkə göstərmək mümkün deyil.

Bu gün Azərbaycanla Türkiyə bütün bölgəyə, dünyaya dostluğun, birliyin nümunəsidir", - deyə Jalə Əliyeva vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 İyun 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri