Icma.az
close
up
RU
525 ci qəzet Kandarda ilişənlər Aytac Sahəd yazır

525 ci qəzet Kandarda ilişənlər Aytac Sahəd yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Aytac SAHƏD

Universiteti təzəcə bitirmişdim. İxtisasım üzrə nəzəri bilgilərim yetərincə olsa da, təcrübəmin azlığı ciddi işlərə başlamağa imkan vermirdi. Elə yaşdaydım ki, nəyi çox, nəyi az bildiyimə dair aydın təsəvvürüm belə yox idi. Di gəl, yaşın diktə etdiyi inad və ərköyünlükdən dolayı dağı dağ üstünə qoyacağımı düşünürdüm.

O cahil cəsarəti ilə də özümü potensialımı aşan bir işdə sınamaq qərarına gəldim. Müraciət edəndə o qədər ümidli olmasam da, bəxtim gətirdi, məni işə götürdülər. Rəhbərlik müəyyən səbəblərdən potensialımı düzgün qiymətləndirmədi, belə yanaşma sərf elədiyinə görə heç mən də səsimi çıxarmadım.

Əvvəl-əvvəl hər şeyin yolunda getdiyini düşünsəm də, bir müddət sonra necə səhv etdiyimi anladım. Çox çətinlik çəkirdim, tapşırılan işlərin öhdəsindən gələ bilmirdim. Kollektiv də haqlı olaraq, məni qəbul etmirdi, çünki onların illərlə əziyyət çəkib çatdıqları yerə tələsmişdim.

İlk aylar az qala hər gün ağlayırdım. Ancaq geri çəkilmək də istəmirdim. Hər günü özümü təsdiq üçün fürsət bilirdim. Xeyli müddət sonra cəhdlərim nəticə verdi. Min bir əziyyətlə də olsa, özümü sübut etməyi bacardım. Hətta yadımdadır, işdən çıxmaq istədiyimi deyəndə rəhbərlik qalmağım üçün maaşımı artırmağı da təklif etmişdi. Artıq kollektivin də sevimlisinə çevrilmişdim. Yaşım az olduğundan mənimlə mülayim rəftar edir, səhvlərimi görəndə ya göz yumur, ya da ehmalca başa salırdılar.

Hər şeyin yoluna düşdüyü bir vaxtda sakitcə ərizəmi yazıb işdən çıxdım.

O şirkətin əməkdaşı olduğumu bu gün qürurla dilə gətirirəm, çünki oranın karyera inkişafımda böyük rolu var. Amma şirkətin yerləşdiyi tərəflərdə bir işim olanda, yolumu bilərəkdən uzadıram ki, küçəsindən belə keçməyim. Yaşadığım travmalar hələ də mənimlədir. Orada qazandığım uğurlar o travmaların ağrısını unutdurmur.

İndiki ağlım olsaydı, qoymazdım məni o qədər incitsinlər. Məsələn, ilk dəfə ağlamaq üçün girdiyim künc otaqdan çıxıb, birbaşa qapıya üz tutardım. Bircə dəqiqə də qalmazdım orada, bəlkə də heç başdan getməzdim. Bilmirəm. İndi bir həqiqəti aydın şəkildə dərk edirəm ki, həyatda heç nə insanın özündən dəyərli deyil, hətta qazandıqları belə.

İstənilən halda şair demişkən, "indi daha kövrəlməyin yeri yox". Olan olub, keçən keçib. Həyatdır, əlbəttə, səhvlərimiz də olacaq, düzlərimiz də. Ən əsası atılan yanlış addımlardan nəticə çıxarmaq və eyni xətaları yenidən təkrarlamamaqdır.

Mənim də bu səhvdən çıxardığım xeyli dərslər oldu. Ən vacibi isə potensialıma görə hərəkət etməyi, bu yolda həm özümə, həm də başqalarına qarşı dürüst olmağı öyrəndim.

Elə o təcrübədən yola çıxaraq, bu gün daha diqqətli davranıram. Məsələn, nə vəd olunur-olunsun, bacaracağımdan şübhə etdiyim heç bir işə qol qoymuram.

Bu həqiqətə çatmaq üçün təxminən bir ilimi verməli oldum. Bəlkə də, əvəzi ağır olduğuna görə bu mövzuya belə həssas yanaşıram, deyə bilmərəm. Ancaq nə vaxt insanın özünü olduğundan daha üstün təqdim etməsinə dair nəsə eşitsəm, yaşadığım o acı təcrübəni xatırlayıram.

Son dövrlərdə karyera planlaması və inkişafı ilə bağlı məsləhət verən təlimçilərin dilindən belə tezisləri tez-tez eşidirik. "Təqdimat bacarığı" adı altında "özünü olduğundan daha üstün göstərmək" şüarları gündən-günə populyarlaşır. Bu nəzəriyyənin belə sürətlə məşhurlaşmasında müəyyən obyektiv səbəblərin xüsusi rolu var. Rəqabət mühitinin mümkün şərtlərini nəzərə alanda belə yanaşmanın gərəkliliyini etiraf etməli olursan. Tutaq ki, bir insan on bilir, ancaq özünü beş göstərməyi bacarmır. Belə olan halda həmin şəxsin iş həyatında bir çox şansları qaçıra biləcəyi istisna deyil. Amma vay o gündən ki, insan beş bilib, özünü on göstərsin, hələ üstəlik, hamıdan əvvəl bu yalana özü inansın.

Məsələyə "bircə kandarı keçim" düşüncəsi ilə yanaşanlar sonrasını düşünmür. Halbuki əsas həngamə də elə prosesin gedişatında yaranır. Qəribəsi budur ki, saxta görüntüyə meyilli insanlar uydurduqları yalanların təbliğatını da yaxşı apara bilirlər. Məsələn, cəmi üç nəfərin iştirak etdiyi yarışda üçüncü olub, bunu bəh-bəhlə uğur hekayəsi kimi təqdim edənlər var. Özünü fərqli göstərib, gerçək mahiyyətini gizlətmək üçün dəridən-qabıqdan çıxan o qədər insan tanıyıram ki. Təəssüf ki, çox vaxt qazanan da onlar olurlar. Necə deyərlər, zəmanə onların zəmanəsidir. Belə qeyri-sağlam rəqabət mühitində isə mübarizə aparmaq çox müşküldür.

Maraqlısı bir də odur ki, belə davranış tərzi təkcə iş mühitində yox, insanlararası münasibətlərdə də özünü göstərir. Halbuki bovarizmin yön verdiyi macəralar xoşbəxt sonluq vəd edə bilməz. Belə münasibətlərin mayasında bir riya var axı. Yolun başında özünü olduğundan fərqli, daha doğrusu, olduğundan üstün göstərmək cəhdi zaman keçdikcə çirkin yalanlara rəvac verir. Uzunmüddətli münasibətlərdə bir nöqtədən sonra insanın əsl mahiyyəti bütün çılpaqlığı ilə üzə çıxır. Bu, aksiomadır.

Deyirlər, yalan qurucudur, həqiqət dağıdıcı. Ara-sıra hamımız yalanın kölgəsinə sığınırıq. Bəlkə yaşamağın ən doğru yolu elə budur - hər səmtə qonaq olmaq.

Mütləq həqiqətin gücünü isə daim xatırlamaqda fayda var - hər şey onda başlayıb, onda da bitir. Həqiqətdən o yanası yoxdur. Mən o bir ildə öyrəndim ki, həyat şərtlərinin nə diktə etməsindən asılı olmayaraq, ən yaxşısı dürüst oynamaqdır. Həm də lap başdan. Yalanın müşayiəti ilə gedilən yol dəyərsiz hədiyyələri gözəl bağlamalara bükməyə bənzəyir. Bəzək nə qədər gözəl olsa da, dəyər hədiyyəyə biçilir. Ən doğrusu özünü içindəkinə layiq bəzəməkdir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri