Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycanda əyləncəli tədbirlərə nədən böyük tələbat var? Aytac Sahəd yazır

525 ci qəzet Azərbaycanda əyləncəli tədbirlərə nədən böyük tələbat var? Aytac Sahəd yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Son vaxtlar Bakı səhnələrində əcnəbi müğənniləri tez-tez görürük. Xüsusən də, axır bir-iki ildə ölkəmizə təşrif buyuran müğənnilər içərisində dünyaca məşhur sənətçilər var. Prosesin gedişatı bu sahədəki inkişafdan xəbər verir. Zaman-zaman qazanılan təcrübə tədbirlərin təşkilində də özünü göstərir. Əvvəllər bu sahədə gözəçarpan bir çox texniki problemlər belə bu gün aktuallığını itirməkdədir. Bir sözlə, inkişaf öz sözünü deyir.

Ancaq o demək deyil ki, bu sahədə güllük-gülüstanlıqdır. Qiymətlərdən tutmuş gələn sənətçilərin seçiminə kimi bir çox məsələlərdə narazılıqlar var.

Xüsusən də biletlərin baha olması tez-tez müzakirə mövzusuna çevrilir. O zaman belə bir sual yaranır: Bazarın təklif etdiyi qiymət həqiqətən keyfiyyətə ekvivalentdirmi?

Mövzu ilə bağlı "525"ə danışan konsert təşkilatçısı Səddam Məhəmməd deyir ki, Azərbaycada bu sahəyə böyük tələbat var:

"Bizdə əyləncə tipli tədbirlərə maraq həddinən artıq böyükdür. İnsanlar stresli iş yorğunluğunu haradasa çıxarmağa çalışırlar və bunun da ən gözəl yollarından biri konsertlərdir. Xüsusən də onların sevdiyi sənətçilər gəlirsə.

Tələbat faktorunu nəzərə alaraq, biz də çalışırıq ki, müxtəlif yaş qrupunda olan insanların zövqünü nəzərə alaq. Məsələn, gənclər əsasən rep, rok, pop, arabesk dinləyirsə, orta və yaşlı nəsil öz dövrünün müğənnilərini görməyə üstünlük verir.

Təbii ki, hər sahədə olduğu kimi, bu sahənin də bazar araşdırması mütləq şəkildə aparılır və strategiya həmin nəticələrə əsasən qurulur. Müasir dövrdə rəqəmsal platformaların təqdim etdiyi imkanlar bu sahədə işimizi xeyli yüngülləşdirir. Məsələn, həmin platformaların statistikalarında baxırıq ki, 18-45 yaş arası insanlar hansı janrı və hansı müğənniləri dinləyirlər. Müəyyən bir siyahı formalaşandan sonra oradakı adlara uyğun müğənni seçimi edirik".

Biletlərin bahalığına gəldikdə isə Səddam bəy qiymətlərə bir çox məqamın təsir etdiyini vurğuladı: "Burada əsas məsələ müğənninin nə qədər tanınmış və tələbatlı olmasıdır. Təbii ki, daha məşhur olan sənətçinin konsert biletinin qiyməti də baha ola bilər. Ümumi götürəndə isə deyə bilərəm ki, bazar qiymətinə uyğun olaraq bir konsertin bilet qiyməti digərindən çox da fərqlənmir.

Qiymətə təsir edən digər bir faktor isə tədbirin təşkilinə çəkilən xərcdir. Məsələn, müğənniyə və onun komandasına ödənilən məbləğ, sənətçinin alacağı qonorar, məkan, səs aparatlarının kirayəsi, reklam və s. məsələləri nəzərə alaraq qiymət təyin edilir və xərcləri qarşılamaq üçün hər şey satılan biletin pulu ilə qarşılanır".

Müsahibimizin sözlərinə görə, konsert biznesində risk faktoru yüksəkdir: "Bu məsələdə şans önəmlidir. Bəzən əziyyət çəkərsən, amma biletlər satılmaz, sən də konserti ləğv etməli olarsan və ya ziyanla başa vurarsan. Ümumiyyətlə, konsert biznesi kifayət qədər riskli sahələrdəndir, uduzmaq şansın qazanmaq şansından çox olur.

Bəzən nəzərə almadığın ən xırda bir nüans belə maddi itkilərlə nəticələnir. Bunun da acısını təşkilatçı çəkməli olur. Əlbəttə ki, təşkilatçı da istək və zövqlərə uyğun konsertlər təşkil etməkdə maraqlıdır. Ancaq elə hal ola bilər ki, xırdalığına qədər hesablanmış işdə hər hansı problem yaranar. Bəzən çox sevilən sənətçinin belə konsertlərində gözləmədiyin halda ya biletlərin bitdiyinin, ya da çox az satıldığının şahidi olmuşuq".

Ümumi bazar qiymətlərinə nəzər yetirdikdə ortalama bilet qiymətlərinin 50-300 manat arası olduğunu görürük. Təbii ki, bu rəqəmə bir çox amillər təsir göstərir. Siz bu tipli konsertlərə 30 manata da bilet tapa bilərsiniz, 400 manata da. Burada əsas düyün nöqtəsi kimi, harada dinləyəcəyinizdir.

Azərbaycanda xarici müğənnilərin konsertindən bəhs edəndə "Niyə baha qiymətə rəğmən bəzi konsertlərə bilet tapmaq mümkün olmur" sualını tez-tez eşidirik. Fikrimcə, bunun əsas səbəbi təklifin mahiyyətindədir. Məsələn, əgər mənim çox sevdiyim sənətçi Bakıya gəlirsə, onu görməkdən ötrü qiymət baha olsa belə, o bileti alacağam. Çünki sevdiyi sənətçini canlı dinləmək əsl pərəstişkar üçün ələ düşməyən fürsətdir. Əminəm ki, bir çoxları bu mövzuya mənim kimi yanaşır, nəticədə digər problemlər kölgədə qalır.

Amma bütün arqumentlərə baxmayaraq, mən də bilet qiymətlərinin baha olduğunu düşünürəm. Təbii ki, söhbət əcnəbi müğənnilərin konsertlərindən gedir. Yerli sənətçilərin konsert qiymətləri isə başqa yazının mövzusudur.

İstənilən halda bütün problemlərə baxmayaraq, bu sahədə görülən işlər sevindiricidir. Təki sənət qazansın...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri