525 ci qəzet “Müasir metodist” layihəsi çərçivəsində onlayn görüş keçirilib
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərlə Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən yanvarın 22-də onlayn görüş keçirilib.
525.az xəbər verir ki, görüşün məqsədi ümumi təhsil müəssisələrində metodik xidmətin təkmilləşdirilməsi üzrə metodistlərə metodiki dəstəyin göstərilməsi, həmçinin qarşıda duran əsas fəaliyyətlərin müzakirə edilməsi olub.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Rayon Təhsil idarələrinin (RTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər, ARTİ MDM-in idarəetmə heyəti və əməkdaşları iştirak ediblər. Görüş interaktiv formatda təşkil olunub, metodistlərlə müasir metodiki yanaşmalar, innovativ üsullar və aktual problemlərlə bağlı planlaşdırılan fəaliyyətlər müzakirə edilib.
Belə ki, görüş zamanı metodiki işin təşkili istiqamətində ümumi məsələlər də müzakirə olunub. Bu müzakirələr zamanı iştirakçılar ümumi təhsil müəssisələrində metodiki işlə bağlı təşkilati işlərin təkmilləşdirilməsi, metodiki dəstək sahəsində qarşılaşdıqları çətinliklər və onların həlli yolları haqqında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu kimi görüşlərin keçirilməsi ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin müəllimlərə göstərdikləri metodiki dəstəyin effektivliyini artırmaq və təhsil sahəsində yenilikləri təşviq etmək baxımından böyük əhəmiyyət kəsb edir.
Təhsil sahəsində innovasiyaların tətbiqinə və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə yönələn bu kimi tədbirlərin gələcəkdə də mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 27 Yanvar 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















