“Müasir şairlər” layihəsi çərçivəsində “Qafiyə epoxası” poeziya toplusunun təqdimatı keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Müasir şairlər” ədəbi layihəsi çərçivəsində “Qafiyə epoxası” poetik toplusunun ikinci təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Uşaq Fondunun dəstəyi ilə baş tutub.
Tədbir iştirakçıları qarşısında layihənin rəhbəri Lalə Həsənova, Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli, həmçinin Azərbaycan və Rusiya Yazıçılar birliklərinin fəxri üzvü, Dünya Yazıçılar Təşkilatının (WOW) əlaqələndirmə şurasının rəhbəri Eldar Əhədov çıxış ediblər.
Proqramda poeziya toplusunun müəllifləri - Türkan Bayramzadə, Günatay Hüseynova, Ləman Həsənova, Aytən Həsənzadə, Bayram Məhərrəmov, Renat İlyazov, Tamilla Şıxəmirova, Samirə Şıxıyeva, Olqa Şalayeva, Lalə Həsənova, Arzu Manaflı, Zaur Cəfərov, Zülfiyyə Babayeva, Nell Kyüri və Nəzrin Hacı-Məmmədova da iştirak edirdilər. Onlar uşaqlara hərarətli sözlərlə müraciət edib, onlara bayram münasibətilə təbriklərini çatdırıb, balacalara cansağlığı, xoşbəxtlik arzulayıblar.
Tədbirin bədii hissəsində gənc bəstəkar Murad Muradovun musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, poeziya toplusunun satışından əldə olunacaq vəsait Azərbaycan Uşaq Fondunun uşaqlarına yardım üçün istifadə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















