Icma.az
close
up
RU
525 ci qəzet Odlu fəryad Fraqmentlər

525 ci qəzet Odlu fəryad Fraqmentlər

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Məhliqa EYVAZQIZI

Beşmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzilimizin pəncərəsindən aşağı, həyətə baxanda diqqətimi çəkdilər: körpəcə qoşa zoğlardı. Səkinin kənarında asfaltı deşib çıxmışdılar. O namnazik zoğların hansı meyvənin tumundan bitdiyi hələ bilinmirdi.

Binanın birinci mərtəbəsi boyaboy mağazalar idi. Mağaza sahibləri özləri də səkinin kənarında sıra ilə ağaclar əkmişdilər. Tez-tez diblərinə su tökürdülər ki, böyüyüb kölgə salsınlar. Amma o ağaclar çox keçmədən quruyurdu. Özləri bitən zoğların isə həyat eşqi o qədər qüvvətli idi ki, sürətlə boy atırdılar. Tezliklə açılan kiçik, təzə-tər yarpaqlarından alça ağacı olduğu məlum oldu. Qoşa zoğlar böyüyüb qol-budaq ataraq şümal, göz oxşayan ağaca çevrildi. Ağacın yaxınlığındakı dayanacaqda avtobus gözləyən analar uşaqlarını onun kölgəsində günəşin yandırıcı şüalarından qoruyurdular.

Alça ağacı böyüdükcə kölgəsi də genişlənir, qalınlaşırdı. İndi onun kölgəsində daha çox adam otura bilirdi. Ağac ard-arda bir neçə il çiçəkləsə də, nədənsə, bar-bəhər gətirmirdi. Amma bir bahar o ağac daha sıx çiçək açdı. Çox gözəl görünürdü. Sanki ağ gəlinlik paltarı geyinmiş, həyat eşqi aşıb-daşan bir gözəl olmuşdu.

Yuxarı budaqları xeyli uzanıb az qala pəncərəmizə çatan o ağaca hər baxdıqca mən də çox sevinirdim. Ürəyim açılırdı, fərəhlənirdim. Elə bil ağac da mənim sevincimi duyaraq nazlanır, daha da gözəlləşirdi.

Bir gün evin altındakı mağazaya gedərkən alça ağacına yaxınlaşdım. Onun aşağıdakı kövrək budaqlarını, əlim yetən yarpaqlarını nəvazişlə sığalladım. Bu zaman yarpaqlar arasında xırdaca, noxud boyda yaşıl meyvələr gördüm. Qəlbim sevinclə döyünməyə başladı. Elə bil yazda gəlinlik paltarı geyinmiş həmin o gözəl indi dünyaya balalar gətirməyə hazırlaşırdı. Ağac bütün varlığı - kölgəsi, görünüşü, meyvəsi ilə insanlara xidmət etmək istəyirdi sanki. Elə bilirdi, insanlar da bunlara görə razı qalacaq, onu sevəcək, qoruyacaq, ona qayğı göstərəcəklər.

Əfsus! Belə olmadı...

Meyvələr bir az da böyüyüb fındıq boyda olanda adamlar duyuq düşdülər. Kölgəsində oturub dincələndə ağacın budaqlarını kobudluqla əyib, meyvələrini yoluşdurdular. Hələ bərkiyib qabıq tutmayan gövdəsi də əyilirdi ağacın, sanki indicə sınacaqdı. Budaqlar çox əyildiyindən bir də əvvəlki vəziyyətinə qayıtmadı. Adamlar yaşıl, tər yarpaqları yoluşdurub asfalt səkiyə tökürdülər. Ağac isə var qüvvəsini toplayıb yenidən dirçəlməyə, yaşamağa can atırdı.

Bir neçə yeniyetmə oğlan daha da irəli gedib, ağacın əl çatmayan meyvələrini yığmaq üçün onun budaqlarını şaqqıltı ilə, amansızcasına sındırmağa başladılar. Bu zaman ağacdan hansısa quşun hələ gözü açılmamış, sarıdimdik ətcə balaları zərblə yerə çırpıldılar. Uşaqlar isə heç nəyə əhəmiyyət vermədən budaqları dartışdırır, ağacı dayanmadan silkələyirdilər. Ağacın hündür yerində, sıx yarpaqlar arasında yuva qurmuş ana quşun fəryadı, səs-küyü ətrafa yayılırdı.

Mən onları bu işdən çəkindirmək üçün pəncərədən səsləndim. Oğlanlar heç elə bil eşitmədilər. Səki ilə addımlayan, ora-bura tələsən adamlar isə laqeyd şəkildə gah mənə, gah da yeniyetmələrin əməllərinə baxır, bir söz demədən uzaqlaşırdılar.

Günlər keçirdi. Ağacın kölgəsində istidən qorunan adamlar bəd əməllərini yenə də davam etdirirdilər. Atılmalı uşaq bezlərini, yedikləri yeməyin qalığını, boş plastik butulkaları ağacın budaqları arasına dürtür, dibini zibilləyirdilər.

İnsanların zorakılığına, ziyankarlığına məruz qalan ağac gündən-günə sınıxmağa, büzüşməyə, yarpaqları isə solmağa başladı. Ona kömək edə bilmədiyimə görə özümü günahkar sayır, əzab çəkirdim. Mənə elə gəlirdi ki, alça ağacı hamımızdan inciyib. Sanki daha heç kimə, elə mənə də əvvəlki kimi təbəssüm göstərmirdi.

Bir yay günü burnuma kəskin yanıq qoxusu gəldi. Elə bildim, mətbəxdə kibrit çöpünü yana-yana zibil qalağının, kağızın üstünə atmışam. Baxdım, mətbəxdə heç nə olmamışdı. Pəncərəyə baxanda qatı tüstü burumları gördüm. Tez pəncərəni açıb çölə boylandım. Gördüyüm mənzərə məni sarsıtdı.

Alovlanan alça ağacı idi. Gec idi, alov dilləri artıq onun gövdəsini aşağıdan yuxarı sarmış, öz öldürücü ağuşuna almışdı. Ona kömək edə bilməzdim.

Havada oynaşan alov dillərini görən adamlar da qorxaraq kənara çəkilir, bu mənzərəni soyuqqanlı seyr edirdilər. Mağaza sahibləri isə yanğının mağazalara keçə biləcəyindən təşvişə düşmüşdülər, ora-bura vurnuxurdular.

Sən demə, söndürülmədən yerə atılan siqaret kötüyü ağacın dibindəki kağız-zibil topasını alışdırmış, sonra da ağacı alov bürümüşdü.

Amma mənə elə gəldi ki, adamların biganəliyi, etibarsızlığı, qəddarlığı ağacı küsdürmüş, onu intihara məcbur etmişdi. Görünür, əslində eləydi: alça ağacı insan zülmünə, gördüyü haqsızlığa qarşı səssizcə fəryad qoparmış, sonra da bir qığılcımdan od tutub yanmışdı...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri