Icma.az
close
up
RU
525 ci qəzet Paylan erməni xəstə təxəyyülünün məhsulunu növbəti dəfə ifadə edib Deputat

525 ci qəzet Paylan erməni xəstə təxəyyülünün məhsulunu növbəti dəfə ifadə edib Deputat

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Erməni əsilli türkiyəli keçmiş deputat Qaro Paylan əslində erməni xəstə təxəyyülünün məhsulunu növbəti dəfə ifadə edib. Mən inanmıram ki, hətta Paylan özü, yaxud Ermənistanda kimsə onun sözlərinə inansın.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Qeyd edək ki, hər zaman vətəndaşı olduğu Türkiyənin və Azərbaycanın əleyhinə mövqe tutan Paylan bu günlərdə Ermənistana səfər edib və orda bildirib ki, indi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var. Fransa və ABŞ-ın köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq.

“Biz gördük ki, erməni ordusu Azərbaycan ordusu ilə heç müqayisəyə gəlməyəcək dərəcədə zəifdir. Erməni ordusu İkinci Qarabağ müharibəsində özlərinin də etiraf etdikləri kimi, 11-12 min fərarisi olan ordudur. 2023-cü ildə keçirilən bir günlük antiterror əməliyyatında da təxminən Azərbaycan ərazisində 10 minə yaxın hərbi terrorçu qruplaşmalar var idi. Onlar da fərarilik etdilər. Ermənistan nə iqtisadi cəhətdən, nə hərbi cəhətdən yaxın 100 ildə belə Azərbaycanla baş-başa gələ bilcək ölkə deyil. Əgər üç-beş il deyəndə bu “siyasətçi” inkişafdan danışırsa, təbii ki, Azərbaycan da yerində dayanmayıb axı. Bizim ölkəmiz də inkişaf edir, həm ordusunu gücləndirir, həm müasir silahlarla təminatı davam etdirir. Azərbaycan regionun əsas söz və güc sahibidir. Bunlar danılmaz faktlardır. Ona görə də bu cür fikirlər birmənalı olaraq xəstə təfəkkürün məhsulu kimi qiymətləndirilə bilər”, - deputat söyləyib.

Məsələyə başqa tərəfdən də yanaşmağa üstünlük verdiyini deyən A.Əlizadə vurğulayıb ki, Paylan Türkiyə vətəndaşıdır, faktiki olaraq Azərbaycan və Türkiyə qardaşlığı, iki dövlət arasında bağlanmış Şuşa bəyannaməsi, strateji tərəfdaşlıq haqqında sazişlər və s. qardaş ölkəni müvəkkil edir ki, “erməni soyqırımı”nı tanıyan, erməniləri revanşist addımlar atmağa təhrik edən, Azərbaycan və Türkiyəyə qarşı bu cür mövqedən çıxış edən həmin şəxs haqqında cinayət işi açılsın və cinayət məsuliyyətinə cəlb edilsin: “Türkiyənin cəza qanunvericiliyinə müvafiq olaraq terrorçuluğa, müharibəyə çağırış maddələri ilə bu “siyasətçi” mütləq mənada məsuliyyətə cəlb edilməlidir. Biz bilirik ki, belə presidentlər var, qardaş Türkiyədə PKK-çıların həmin maddələrlə məsuliyyətə cəlb edilmələri faktları mövcuddur. Eləcə də bu tip erməni əsilli keçmiş deputat da həmin maddələrlə məsuliyyətə cəlb edilməlidir. Mən buna çağırış edirəm və ümidvaram ki, qardaş ölkədə bu, olduqca ciddi şəkildə diqqətə alınacaq və həmin şəxsin açıqlamaları hüquqi cəhətdən qiymətləndiriləcək”.

A.Əlizadə Ermənistanın bir sıra ölkələrdən aldığı silahları geri qaytaracağına inanmır: “Əksinə, mən də o fikirdəyəm ki, Paşinyan bu ölkələrə səfər edirsə və onlar həmin ölkələrdir ki, Paşinyanı zamanında hakimiyyətə gətiriblər, onun üzərinə öhdəliklər qoyublar. Əsas öhdəliklərdən biri də həmin güclərin Rusiyanın əvəzinə Ermənistana yerləşdirilməsidir. Həmin o dövlətlər Ermənistanı silahlandırmaqda davam edirlər və istisna deyil ki, silahlanma bundan sonra da davam edəcək. Sadəcə olaraq Azərbaycanın konkret şərtləri var, cənab Prezident bu şərtləri birmənalı olaraq ifadə edib. Ermənilər 30 il ərzində bizim çağırışlarımıza, konstruktiv təkliflərimizə yox dedilər, arxa çevirdilər. Nəticə nə oldu. O baş verdi ki, böyük faciə ilə qarşılaşdılar. Əgər yenə də bu çağırışlara, haqlı tələblərimizə müsbət cavab verməyəcəklərsə, birmənalı olaraq dəmir yumruq başlarına enəcək və daha böyük faciələrlə üzləşmiş olacaqlar. Hər zaman dediyim bir fikir var ki, əgər ermənilər bu cür davam etmək, revanşist addımlar atmaq istəyəcəklərsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq əvəzinə, regiona kənar qüvvələri cəlb etməyə çalışacaqlarsa, bu, qondarma dövlətin ümumiyyətlə gələcəkdə arealda mövcudluğu çox böyük sual altına düşəcək. Bunu tək mən demirəm, bəzi erməni politoloqları da, erməni müxalifətindəki bəzi qüvvələr də onun fərqindədirlər ki, Nikol Paşinyanın yürütdüyü siyasət gələcəkdə erməni xalqını, Ermənistan adlandırılan qondarma dövləti faciələrə sürükləyəcək. Əgər Ermənistan yenə də silahlanmaya davam edəcəksə, revanşist addımlar atmağa təhrik olunduğu fonda bu addımları atmaq həvəsinə düşəcəksə, bundan ən böyük əziyyət çəkən də elə Ermənistan özü olacaq”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Fevral 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri