Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

525 ci qəzet Qaro Paylan Ermənistan hakimiyyətinin dili ilə danışır

525 ci qəzet Qaro Paylan Ermənistan hakimiyyətinin dili ilə danışır

Icma.az, 525.az saytına istinadən bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Türkiyə Böyük Millət Məclisinin Xalqların Demokratik Partiyasından (HDP) olan erməniəsilli keçmiş deputatı Qaro Paylan Azərbaycanın əleyhinə mövqe sərgiləməsi ilə tanınır. O, bir neçə dəfə revanşist açıqlamalar verib, qondarma “erməni soyqırımı”nı ilə bağlı fəal iş aparıb.

Hətta Türkiyənin bu qondarma “soyqırımı” tanıması üçün mübarizəyə qalxıb. O, hər zaman türklərə qarşı düşmən mövqedə olub. İkinci Qarabağ müharibəsində, birgünlük antiterror əməliyyatında Azərbaycana qarşı çıxaraq, ermənilərin terror əməllərinə, işğalına haqq qazandırıb.  

Paylan 2015-ci ildə Türkiyə parlamentinə üzv seçilib. Öz çıxışlarında ermənilərin “soyqırım”a, “qırğın”a məruz qaldıqlarını dəfələrlə deyib. Onun “soyqırımı” ifadəsini işlətməsi AKP, CHP və MHP millət vəkilləri tərəfindən sərt reaksiya ilə qarşılanıb. Onlar “erməni soyqırımı”nın olmadığını bildirib və Paylanın parlamentin daxili reqlamentinin 161-ci maddəsinə uyğun olaraq cəzalandırılmasını tələb ediblər. Ermənilərin diaspor maraqlarını təmin etdiyi üçün və Türkiyəyə qarşı məqsədyönlü təxribatçı əməllərinə görə Paylan Ermənistan tərəfindən qızıl medalla da təltif olunub.

Bu günlərdə isə Paylan Ermənistana səfər edib və orda bəyan edib ki, indi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var: “Fransa və ABŞ-nin köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq”. 

Göründüyü kimi, Paylan əslində ermənilərin dili ilə danışır, Paşinyan hakimiyyətinin fikirlərini müdafiə edir. Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülhdən danışır, digər tərəfdən isə Paylan kimi marionetlərin dili ilə Azərbaycanı təhdid etməyə çalışır. Aydındır ki, Ermənistan sülh prosesini uzatmaqla vaxt qazanıb, silahlanıb və güc toplayaraq yeni müharibəyə hazırlaşır. İrəvanın belə bir planı olduğu ortadadır. Əks halda beşinci ilə keçib ki, müharibə başa çatıb, amma Ermənistan tərəfi hələ də sülh sazişi imzalamamaq üçün müxtəlif bəhanələr ortaya atır və ordusunu bərpa etməyə çalışır.

Məlumdur ki, Paşinyan ABŞ-da səfərdədir, burda onun ciddi görüşləri, yüksək səviyyəli müzakirələri təbii ki, olmayacaq. Ardınca isə onun Fransaya səfəri nəzərdə tutulub. Ermənistan lideri Bayden administrasiyasına və Fransaya güvənirdi. İndi ABŞ-da respublikaçıların hakimiyyətə gəlişindən sonra Vaşinqtondan əlini üzüb və yeganə ümid yeri Fransa Prezidenti Emmanuel Makrona qalıb. Deməli, Fransaya səfər zamanı Azərbaycana qarşı planlar, o cümlədən, Ermənistanın silahlandırılmasının davam etdirilməsi yenidən masada olacaq. 

Yeri gəlmişkən, rəsmi Bakı Ermənistana verilən silahların geri qaytarılması tələbini irəli sürüb. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bəyan edib ki, region üçün təhdid mənbəyinə çevrilən Ermənistanın silahlanması yeni gərginliyə səbəb olacaq. Ona görə də Ermənistana silah verən ölkələr müqavilələri ləğv etməli, verilmiş silahlar geri qaytarılmalıdır: “Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Əlbəttə ki, Ermənistana tədarük edilən çox sayda silah-sursat onu yeni müharibəyə hazırlamaq üçündür və onların qaytarılmaması regionda yenidən müharibə təhlükəsi riskini yaradır. Azərbaycan təbii ki, buna imkan verməyəcək. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrəvan təxribata əl atsa, artıqlaması ilə cavabını alacaq. İndi Paylan kimilərin dili ilə danışan Paşinyan hakimiyyəti ABŞ-a, Fransaya ümid etməkdənsə, regiondakı yeni reallıqları qəbul etməli, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması istiqamətində lazım olan addımları atmalıdır. Çünki çıxış yolu məhz bundadır. 

Onu da qeyd edək ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar Paylana cavabında onun keçmiş açıqlamalarına diqqət çəkərək bildirib ki, Türkiyənin “erməni soyqırımı”nı tanıması üçün uzun illər mübarizə aparan bu şəxs indi də Azərbaycanı hədəf alır. O, Paylanın Azərbaycan əleyhinə açıqlamalarının yalan və məntiqsiz olduğunu bildirib: “Yəni Ermənistan silahlanacaq, Azərbaycan da oturub özünə dost olmayan ölkənin güclənməsi üçün gözləyəcək? Elə bilirsiniz ki, Ermənistanın normallaşma adı altında Azərbaycan və Türkiyəyə qarşı qurulan oyunlarının fərqində deyilik? Azərbaycan milləti və dövləti sizin niyyətinizi bilir. Allah düşmənin də mərd olanını qismət eləsin. Azərbaycan qarşısındakı düşmənin mərd olmadığını bilsə də, həm hərb meydanında, həm də diplomatik müstəvidə mərdcəsinə davranıb. Bu ritorika özü ilə Qarabağ Zəfərini gətirib. Dediyim odur ki, özünə gəl, Qaro Paylan!”

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı “525”ə deyib ki, erməni əsilli keçmiş türkiyəli deputat Qaro Paylan əslində erməni xəstə təxəyyülünün məhsulunu növbəti dəfə ifadə etmiş olub: “Mən inanmıram ki, hətta o özü dediyi sözlərə inanmış olsun. Və ya Ermənistanda kimsə onun sözlərinə inansın. Biz gördük ki, erməni ordusu Azərbaycan Ordusu ilə heç müqayisəyə gəlməyəcək dərəcədə zəifdir. Erməni ordusu İkinci Qarabağ müharibəsində özlərinin də etiraf etdikləri kimi, 11-12 min fərarisi olan ordudur. 2023-cü ildə keçirilən bir günlük antiterror əməliyyatında da təxminən Azərbaycan ərazisində 10 minə yaxın hərbi terrorçu qruplaşmalar var idi. Onlar da fərarilik etdilər. Ermənistan nə iqtisadi cəhətdən, nə hərbi cəhətdən yaxın 100 ildə belə Azərbaycanla baş-başa gələ bilcək ölkə deyil. Əgər üç-beş il deyəndə bu “siyasətçi” inkişafdan danışırsa, təbii ki, Azərbaycan da yerində dayanmayıb axı. Bizim ölkəmiz də inkişaf edir, həm ordusunu gücləndirir, həm müasir silahlarla təminatı davam etdirir. Azərbaycan regionun əsas söz və güc sahibidir. Bunlar danılmaz faktlardır. Ona görə də bu cür fikirlər birmənalı olaraq xəstə təfəkkürün məhsulu kimi qiymətləndirilə bilər. Paylan Türkiyə vətəndaşıdır. Faktiki olaraq Azərbaycan və Türkiyə qardaşlığı, iki dövlət arasında bağlanmış Şuşa bəyannaməsi, strateji tərəfdaşlıq haqqında sazişlər və s. qardaş ölkəni müvəkkil edir ki, “erməni soyqırımı”nı tanıyan, erməniləri revanşist addımlar atmağa təhrik edən, Azərbaycan və Türkiyəyə qarşı bu cür mövqedən çıxış edən həmin şəxs haqqında cinayət işi açsın və cinayət məsuliyyətinə cəlb etsin. Türkiyənin cəza qanunvericiliyinə müvafiq olaraq terrorçuluğa, müharibəyə, çağırış maddələri ilə bu “siyasətçi” mütləq mənada məsuliyyətə cəlb edilməlidir. Biz bilirik ki, belə presidentlər var. Qardaş Türkiyədə PKK-çıların həmin maddələrlə məsuliyyətə cəlb edilmələri faktları mövcuddur. Eləcə də bu tip erməni əsilli keçmiş deputat da həmin maddələrlə məsuliyyətə cəlb edilməlidirlər. Mən buna çağırış edirəm və ümidvaram ki, qardaş ölkədə bu, olduqca ciddi şəkildə diqqətə alınacaq və həmin şəxsin açıqlamaları hüquqi cəhətdən qiymətləndiriləcək”. 

A.Əlizadə Ermənistanın bir sıra ölkələrdən aldığı silahları geri qaytaracağına inanmır: “Əksinə, mən də o fikirdəyəm ki, Paşinyan bu ölkələrə səfər edirsə və onlar həmin ölkələrdir ki, Paşinyanı zamanında hakimiyyətə gətiriblər, onun üzərinə öhdəliklər qoyublar. Əsas öhdəliklərdən biri də həmin güclərin Rusiyanın əvəzinə Ermənistana yerləşdirilməsidir. Həmin o dövlətlər Ermənistanı silahlandırmaqda davam edirlər və istisna deyil ki, silahlanma bundan sonra da davam edəcək. Sadəcə olaraq Azərbaycanın konkret şərtləri var, cənab Prezident bu şərtləri birmənalı olaraq ifadə edib. Ermənilər 30 il ərzində bizim çağırışlarımıza, konstruktiv təkliflərimizə yox dedilər, arxa çevirdilər. Nəticə nə oldu. O baş verdi ki, böyük faciə ilə qarşılaşdılar. Əgər yenə də bu çağırışlara, haqlı tələblərimizə müsbət cavab verməyəcəklərsə, birmənalı olaraq dəmir yumruq başlarına enəcək və daha böyük faciələrlə üzləşmiş olacaqlar. Hər zaman dediyim bir fikir var ki, əgər ermənilər bu cür davam etmək, revanşist addımlar atmaq istəyəcəklərsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq əvəzinə, regiona kənar qüvvələri cəlb etməyə çalışacaqlarsa, bu, qondarma dövlətin ümumiyyətlə gələcəkdə arealda mövcudluğu çox böyük sual altına düşəcək. Bunu tək mən demirəm, bəzi erməni politoloqları da, erməni müxalifətindəki bəzi qüvvələr də onun fərqindədirlər ki, Nikol Paşinyanın yürütdüyü siyasət gələcəkdə erməni xalqını, Ermənistan adlandırılan qondarma dövləti faciələrə sürükləyəcək. Əgər Ermənistan yenə də silahlanmaya davam edəcəksə, revanşist addımlar atmağa təhrik olunduğu fonda bu addımları atmaq həvəsinə düşəcəksə, bundan ən böyük əziyyət çəkən də elə Ermənistan özü olacaq”.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri