Icma.az
close
up
RU
525 ci qəzet Aİ nin fəaliyyəti sülh prosesinə maneə törədir Deputat

525 ci qəzet Aİ nin fəaliyyəti sülh prosesinə maneə törədir Deputat

Icma.az, 525.az saytına istinadən bildirir.

Avropa İttifaqının müşahidə missiyası Ermənistanla şərti sərhəddə fəaliyyətə başlayan zaman ilkin mərhələdə orada 40 nəfərin olmasından söhbət gedirdi. Hətta Azərbaycan bununla bağlı özünün loyallığını da göstərmiş oldu. Yəni, tam olaraq onun əleyhinə çıxmadı.

Bunu 525.az-a Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Deputat əlavə edib ki, belə bir fikir də formalaşdı ki, əgər Ermənistan öz ərazisində bir missiyanın mövcudluğunu istəyirsə, bu onun daxili işidir. Təki bu ümumi prosesə xələl gətirməsin.
"Bu proses belə başlamışdı. Amma iki ay fəaliyyət göstərməli olan missiyanın müddəti uzadıldı, say tərkibi artırıldı. Nəticə etibarilə say 209-a çatdırıldı, onun da 165-i xarici ölkələrin nümayəndələridir. İstənilən halda,  sonrakı mərhələdə diqqət yetirildi ki, missiyada təmsil olunan şəxslər, xüsusilə də Fransanın və digər ölkələrin xüsusi xidmət orqanlarında çalışmış insanlardır, hətta onların içərisidə keçmiş generallar da var. Halbuki biz bilirik ki, keçmiş general olmur. Eyni zamanda, mənsub olduğu xüsusi xidmət orqanında ömrünün sonuna kimi fəaliyyətini davam etdirir. Bu şəxslərin missiyada təmsil olunması o deməkdir ki, heç də Avropa İttifaqının mülki missiya adlandırdığı təsisatı bilavasitə ümumi sülh prosesinə töhfə verəcək tərzdə yox, daha uzağa gedəcək perspektivə hesablanmış planları var ki, bu planlar bilavasitə Avropa İttifaqı Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyir. Onsuz da Aİ ilə Azərbaycan münasibətləri, Ai-Gürcüstan münasibətlərinin nə yerdə olduğunu bilirik. Bu zəncirin içərisində ən zəif olan halqa məhz Ermənistandır. Onlar Ermənistan üzərindən Cənubi Qafqazda gedən proseslərə müdaxilə etmək istəyirlər.

Əsas hədəf də buradan, Ermənistandan Rusiyanı çıxarmaqdır. Çünki Aİ-nin həmin missiyasının fəaliyyətinə nəzər saldıqda görürük ki, bu fəaliyyət tək iki dövlət arasında şərti sərhəddə yox, - halbuki biz bilirik ki, onlar iki dövlət arasında şərti sərhəddə delimitasiya və demarkasiya olunması prosesinə öz töhfələrini verməli idilər, - amma görürük ki, missiya hansısa ərazidə müşahidə aparır, səhəri gün orda bir təxribat baş verir. Bu onu göstərir ki, artıq onlar hansısa bir formada Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini nəzarətdə saxlamağa çalışırlar. Bəlkə də ola bilsin nəbzi öyrənirlər", ' o bildirib.

Deputat deyib ki, görünən odur ki, burda pərdəarxası digər proseslər gedir və bu proseslərin də əsas qayəsi özünü  məhz  hərbi müstəvidə baş verə biləcək işlər şəklində göstərir: "Üstəgəl Aİ-nin Sülh Fondu vasitəsilə Ermənistana yardım göstərilməsi, Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi.Bu da artıq bir çox məsələlərdən xəbər verir. Görünən budur ki, Aİ, Brüssel hər vəchlə çalışır ki,  Ermənistanda öz mövqelərini gücləndirsinlər. Ermənistanda marağı olan digər aktorları regiondan çıxarılmasına nail olsunlar. Hərbi sahədə Ermənistana əməkdaşlıq təklif etmək, bunu təşviq etmək, buna rəvac verəcək hansısa strategiyanın həyata keçirilməsi Ermənistanın siyasi hakimiyyətinin maraqlarına cavab verir. Aİ bunu çox gözəl bilir. Amma Aİ-nin mövqeyinə nəzər saldıqda görürük ki, burda daha çox diversifikasiya və digər məsələləri dilə gətirirlər. Məsələn, enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla əməkdaşlıq edirlər və s. Amma pərdəarxası Ermənistanda müəyyən revanşist qüvvələri bir qədər də ilhamlandırmağa hesablanmış bir fəaliyyət görürük. Ermənistanın siyasi hakimiyyətini bu və ya digər formada dəstək verməklə təsir etmək imkanlarını bir qədər də artırmış olurlar. Təbii ki, bu tipli yanaşmalar Cənubi Qafqazda, xüsusilə Azərbaycanla Ermənistan arasında sülh prosesinin daha müsbət nəticələrlə yekunlaşmasına xidmət etmir. Faktiki olaraq bu gün Ermənistanın nümayiş etdirdiyi müəyyən destruktiv mövqe bilavasitə həm də Aİ-nin bu prosesdə Ermənistanın maraqlarına cavab verə biləcək bir siyasətin yürüdülməsi ilə şərtlənir ki, bundan çıxış edərək əminliklə deyə bilərik ki, Aİ-nin bu kimi fəaliyyəti sülh prosesinə birbaşa olaraq maneəçilik törədir".
Pərvanə Sultanova
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri