Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

525 ci qəzet Rusiyadan etiraf əvəzinə qarayaxma kampaniyası

525 ci qəzet Rusiyadan etiraf əvəzinə qarayaxma kampaniyası

Icma.az bildirir, 525.az portalına istinadən.

Pərvanə SULTANOVA
[email protected]

2024-cü il dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra araşdırmalar nəticəsində yeni faktlar üzə çıxıb. Azərbaycan tərəfi təyyarəyə atəş açan şəxsi də, bu əmri verəni də müəyyən edib. Amma açıq şəkildə gördüyümüz budur ki, Rusiya tərəfi həqiqəti ört-basdır etməyə çalışır, bununla da kifayətlənməyərək müxtəlif vasitələrdən, o cümlədən mediadan istifadə edərək yalan, böhtan kampaniyası aparır. Məqsəd məsuliyyətdən yayınmaq, üzərinə düşən öhdəliyə əməl etməməkdir ki, bütün bunlar da vəziyyəti süni şəkildə gərginliyə doğru aparır. Məsələn, bu günlərdə BAZA kanalı Qroznı, Rostov-Don və Aktau dispetçerləri ilə AZAL təyyarəsinin ekipajı arasında aparılmış danışıqlarla bağlı “məlumat” yaydı. Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev isə bəyan etdi ki, internetdə kiminsə nəyi isə dərc etməsi onun həqiqət olduğunu göstərmir. Qara qutuların məzmunu tamamilə fərqlidir. Bu açıqlama, eyni zamanda əldə edilən faktlar onu deməyə əsas verir ki, Rusiya hansı vasitələrə əl atmasından asılı olmayaraq, faktları təkzib edə, məsuliyyətdən qaça bilməyəcək.

Hazırda izlədiyimiz isə qeyd etdiyimiz kimi, Azərbaycana qarşı ucuz və primitiv metodlardan istifadə etməklə qarayaxma kampaniyasının aparılmasıdır. Təbii ki, Rusiya mediası, teleqram kanalları bunu özbaşına etmir. Bununla bağlı tapşırığın Rusiya Prezident Administrasiyasından verildiyi istisna deyil. Çünki sızdırılan məlumatlar da məhz həqiqəti gizlətməyə hesablanıb. 

Məsələnin başqa daha təəssüf doğuran tərəflərindən biri də 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması arasında mediada paralellərin aparılmasıdır. Təbii ki, bu cür paralellər aparmaq cəhdi absurddur, əsassızdır. Amma əgər məsələni gündəmə gətiriblərsə, o zaman bəzi sualların da cavabı da verilməlidir. Məsələn, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli Bəyanatı 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanıb. Rusiyaya məxsus helikopter isə 9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində vurulub. Rusiyanın hərbi helikopteri o ərazidə nə edirdi? Rusiyaya məxsus hərbi helikopterin Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında qaranlıqda və aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada uçuş həyata keçirməsi, onu Ermənistana məxsus hərbi kolonu müşayiət etməsini Rusiya tərəfi necə izah edə bilər?
Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi konfrontasiyaya getmədi və layiqli bir mövqe sərgilədi. Prezident İlham Əliyev rusiyalı həmkarına zəng edib üzrxahlıq etdi, helikopterin tam qiyməti ödənildi, həlak olan hərbçilərin ailələrinə kompensasiya ödənildi.

Ona görə də Azərbaycana qarşı kampaniya başladanlar, hansısa paralellər aparmağa çalışanlar həmin helekopterlə bağlı açıq qalan suallara cavab verib və Azərbaycanın davranışını da yada salsınlar.  

Məlumdur ki, 2023-cü il antiterror əməliyyatı zamanı Qarabağda rusiyalı sülhmərmlıların ölümü də Azərbaycana qarşı kampaniyanın bir hissəsinə çevrildi. Rusiya tərəfi yenidən bu mövzunu gündəmə gətirir və ölkəmizin ünvanına ittihamlar səsləndirir. Amma bu da yanlış və qərəzli bir yanaşmadır. Çünki antiterror əməliyyatı başlanan zaman Azərbaycan sülhməramlıları əvvəlcədən xəbərdar edib. Onlara  gizləndikləri yerdən çıxmaq, kazarmada oturmaq tapşırılıb. Buna baxmayaraq, onlar təlimata əməl etməyib, naməlum səbəbdən bir neçə hərbçi öz avtomobili ilə döyüş ərazisinə hərəkət edib. Azərbaycan hərbçiləri bunu erməni hərbçilər zənn edərək məhv edib. Amma yenə də Azərbaycan konfrontasiyaya yol vermədi, Prezident səviyyəsində üzrxahlıq olundu, cinayət işi qaldırıldı və s. 

İndi Azərbaycan da haqlı olaraq Rusiyadan eyni yanaşmanı, eyni mərd davranışı gözləyir, əvəzində isə qarayaxma kampaniyası ilə qarşılaşır.
Azərbaycan öz şərtlərinin yerinə yetirilməsini gözləyir, bunu etmək heç də çətin deyil, bu, beynəlxalq öhdəlikdir.

Prezident İlham Əliyev ötən il dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsi zamanı Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələblərinin nədən ibarət olduğuna toxunub: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”. 

Dövlət başçısı bütün bu şərtlərin ədalətli olduğunu və burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ olmadığını, bunun beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslandığını söyləyib.

Məlumdur ki, Rusiya bu cür davam edərsə, Azərbaycanla münasibətlər də zədələnəcək. Onsuz da hazırda Rusiyanın normal münasibətə olduğu ölkələrin sayı azdır, üstəgəl, qonşu ölkələrdən biri ilə münasibətlərin pozulması onun ziyanına olacaq. Rusiyanın bu məsələdə dirənişi, faktlardan yayınmaq istəməsi Azərbaycan ictimaiyyət arasında onsuz da pis olan imicinə daha da mənfi təsir edəcək. Çünki Azərbaycan xalqı tarixdə baş vermiş hadisələri unutmur, onları yaddaşından silmir. Uzağa getmədən elə ən yeni tariximizdə baş verən bir neçə hadisəni yada salmaq kifayət edir. 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına Kremldən dəstəyin verilməsi, 1990-cı ilin qanlı 20 yanvar qırğını, azadlıq, müstəqillik istəyən xalqın tanklar altına alınması, 1992-ci ilin dəhşətli, amansız Xocalı soyqırımı. Yüzlərlə insan, qadın, uşaq qoca rus ordusunun 366-cı alayının iştirakı ilə soyqırıma məruz qaldı. Siyahını daha da uzatmaq olar. Məhz Rusiya illərlə Ermənistanı silahlandırdı, Azərbaycan torpaqlarının işğalda qalmasına rəvac verdi. 44 günlük müharibə zamanı Rusiyanın müdaxiləsi ilə müharibə yarımçıq saxlanılsa da, Azərbaycan konfrontasiyaya getmədi. Dövlət başçısı səbirlə, təmkinlə davranaraq 2023-cü ildə proses tam başa çatdırdı. Müharibədən sonra Rusiya prezidenti, xarici işlər naziri dəfələrlə açıq şəkildə Ermənistan rəhbərliyini Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına görə tənqid edib. Bu da Moskvanın əsl üzünü, niyyətini bir daha ortaya qoyub. İstənilən halda, Rusiyanın başqa yolu yoxdur, nə qədər yalan məlumat tirajlayıb, Azərbaycana qarşı şər-böhtan kampaniyası aparsa da, həqiqəti gizlədə bilməyəcək.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “525”ə deyib ki, Rusiya tərəfinin bu cür yanaşması, bu cür addımlar atması, belə mövqe nümayiş etdirməsi anlaşılan deyil: “Təyyarəsi vurulan biz, vətəndaşları həyatlarını itirən biz, bütün bunların fonunda isə günahlandırılan da Azərbaycan. Təəssüflə qeyd etmək lazımdır ki, neçə gündür Rusiya mediası bizə qarşı qarayaxma kampaniyasını davam etdirir və bu istiqamətdə işlər aparır, tədbirlər həyata keçirir. Hesab edirəm ki, bu mənada Rusiyanın etdikləri bizim ikitərəfli münasibətlərə xələl gətirən yanaşmadır. Rusiya bu cür mövqe sərgiləməməlidir. Heç şübhəsiz ki, Rusiya kimi bir dövlətdə heç kim özbaşına bu cür təbliğat apara, Azərbaycana qarşı bu cür addımları ata bilməz. Bunun arxasında şübhəsiz ki, müəyyən qüvvələr dayanır. Bu istiqamətdə atılan addımlar da qeyd edilən məqsədi, hədəfi daşıyır, yəni məsuliyyətdən yayınmaq”.

C.Məmmədov əlavə edib ki, 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus təyyarənin vurulması arasında paralellərin aparılması kökündən yanlışdır: “Yəni belə bir paralel aparıla bilməz. Bu məsələyə yanaşmada bu cür mövqenin sərgilənməsi yanlışdır.

O vaxt helikopter vuruldu, Azərbaycan üzr istədi. Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin inkişafında, qorunmasında maraqlı olub, bu istiqamətdə səylərini davam etdirib. Amma bu gün Rusiya tərəfinin addımları narahatedicidir. Məsələ ilə bağlı cənab Prezident öz kəskin münasibətini və öz kəskin mövqeyini ortaya qoyub. Biz prinsipial mövqeyimizi və yanaşmamızı yenə qoruyuruq və bu istiqamətdə Rusiya tərəfindən addımları da qətiyyətlə pisləyirik. Burda hansısa paralelin aparılması qəbuledilməzdir. Rusiya bizdən üzr istəməlidir, kompensasiya ödəməlidir və günahkarları cəzalandırmalıdır. Burada başqa bir variant yoxdur. Rusiya öz səhvini düzəltməlidir. Amma səhvini düzəltmək əvəzinə bizə qarşı bu cür kampaniyaları davam etdirmək, şər-böhtanla məşğul olmaq, ruporlarını işə salaraq təzyiq etmək cəhdi göstərmək qəbuledilməzdir və bizim ikitərəfli münasibətlərimizə də ciddi şəkildə xələl gətirən məsələdir”. 

Deputat vurğulayıb ki, bu gün həqiqətən də Azərbaycan cəmiyyəti də bu məsələdə Rusiyanın tutduğu mövqeyi anlamır və qəbul etmir, ictimai qınaq yüksək səviyyədədir, yaxşı olar ki, Rusiya tərəfi üzr istəsin, kompensasiya ödəsin və bu cür təxribatlara, qarayaxma kampaniyalarına son qoysun: “Onlar bu cür addımları davam etdirdikcə bu təxribatları törətdikcə, münasibətlərimizi daha da kəskinləşdirəcəklər və münasibətlərə çox ciddi xələl gətirəcəklər. Yaxşı olar ki, onlar bu cür məsələlərdə daha diqqətli olsunlar və belə təxribatlara yol verməsinlər. Haqlı tərəf Azərbaycandır, haqlı olan bizik, bunu nəzərə almalıdırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri