Icma.az
close
up
RU
525 ci qəzet Türkiyə İsrailə qarşı siyasətini dəyişəcəkmi?

525 ci qəzet Türkiyə İsrailə qarşı siyasətini dəyişəcəkmi?

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaqani CƏFƏRLİ

Donald Trampın prezidentliyinin ilk həftəsi hələ tamam olmasa da, ABŞ-dakı hakimiyyət dəyişikliyi artıq dünya düzəninə ciddi şəkildə təsir göstərməyə başlayıb. Prezident Trampın bir sərəncamla Meksika körfəzinin adını dəyişdirərək Amerika körfəzi adlandırılması simvolik xarakter daşısa da, dünya düzənin Ağ ev sahibinin qərarlarından nə qədər çox asılı olduğunu göstərən mühüm hadisədir.

Trampın prezidentlik dönəminin başlaması ilə Türkiyənin İsrailə yönəlik siyasətində dəyişiklik yaranacağı ehtimalı da artıb. Türkiyənin İsrailə qarşı ticarət embarqonu ləğv edə biləcəyi ilə bağlı Ankarada fikirlər səslənməyə başlayıb. Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) sədri Nail Olpak bildirib ki, Qəzzada atəşkəs daimi sülhə çevrilsə, İsrailə qarşı tətbiq edilən ticarət məhdudiyyətləri ləğv edilə bilər. Siyasi müşahidəçilər hesab edirlər ki, rəsmi Ankara Trampla münasibətlərini pisləşdirməmək üçün İsrailə qarşı münasibətin dəyişməsinin zəruriliyini anlayır. Son günlər Türkiyədən İsrailin ünvanına səslənən tənqidlərin zəiflədiyi açıq hiss olunur.

İsrailin təhlükəsizliyinə müstəsna əhəmiyyət verən Trampın Türkiyənin yəhudi dövlətinə qarşı sanksiyasından razı qalmayacağı hər kəsə məlumdur. Ancaq Ankaranın birtərəfli addımının Türkiyə ilə İsrail arasında münasibətləri əvvəlki vəziyyətinə qaytarmaq üçün yetərli olacağını düşünmək də yanlış olar. Münasibətlərin yaxşılaşdırılması üçün Türkiyə və İsrailin Suriyada maraqlarını balanslaşdırması zəruridir. Suriya elə bir ölkədir ki, həm Türkiyə, həm də İsrail bu ölkədən özünə qarşı təhlükə gələ biləcəyindən ehtiyatlanır. Hər iki dövlət də haqlıdır. Türkiyə Suriyadakı kürd separatizmini və terror təşkilatı hesab etdiyi PKK-nın bu ölkədəki qüvvələrini özü üçün ciddi təhlükə sayır. İsrail də İranın uzun illər ərzində Suriyadan özünün Yaxın Şərqdəki proksi qüvvələrini silahlandırmaq üçün istifadə etdiyinə görə bu ölkəni əsas təhlükə mənbəyi hesab edir. Suriyadakı hakimiyyət dəyişikliyindən sonra İsrail yeni təhlükə ilə üzləşə biləcəyindən ehtiyatlanır. Suriyada hakimiyyətə gələn qüvvələr radikal islamçı cərəyanları təmsil edir. Bu radikal islamçı cərəyanlar isə İsraili əsas düşmən kimi görürlər. Suriyada hakimiyyəti ələ keçirən radikal islamçı qüvvələrin lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Colani) öncəki çıxışlarının birində Dəməşqdən sonra hədəflərinin Qüds (Yerusəlim) olduğunu bildirmişdi. Suriyanın yeni hakimiyyətinin bir çox təmsilçilərinin də oxşar açıqlamaları olub. Digər tərəfdən Suriyada radikal islamçıların hakimiyyəti ələ keçirməsi İordaniya, Misir və Səudiyyə Ərəbistanındakı radikal qüvvələri ruhlandırıb. İsrail bütün bu prosesi narahatlıqla izləyir.

İsrailin düşüncə mərkəzlərində belə fikirlər var ki, sünnü məzhəbli radikal islamçı cərəyanlar İrandan daha böyük təhlükə mənbəyi ola bilər. Buna görə də İsrail radikal islamçı cərəyanların Suriyada yenidən güclənməsinə qarşı bir sıra önləyici tədbirlər görür. Həmin tədbirlərdən biri də islamçı qruplara qarşı müttəfiq hesab etdiyi kürd birləşmələrinin mövqeyini gücləndirməkdir. İsrailin bəzi rəsmilərinin Suriyada kürd müxariyyatını açıq dəstəkləməsi isə Ankarada ciddi narahatlıq yaradır. Buna görə də Türkiyə ilə İsrail arasında münasibətlərin gələcəyi Qəzza ilə yanaşı, Suriyada gedən proseslərdən asılı olacaq. Bu mənada münasibətlərin yaxşılaşdırılması üçün iki dövlətin rəsmi strukturları ilə yanaşı, hər iki ölkənin cəmiyyətinin də üzərinə ciddi vəzifələr düşür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri