Icma.az
close
up
RU
525 ci qəzet Tramp Kubada rejimi dəyişəcəkmi?

525 ci qəzet Tramp Kubada rejimi dəyişəcəkmi?

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaqani CƏFƏRLİ

Dördillik fasilədən sonra yenidən prezident seçilməyi bacaran Donald Trampın Çin, Rusiya və Yaxın Şərq siyasətinin nədən ibarət olacağı hərtərəfli müzakirə olunduğu halda, Amerika qitəsinə yönəlik siyasəti çox da müzakirə edilmir. Əgər Trampın Kanada və Panama kanalı ilə bağlı açıqlamaları olmasaydı, ABŞ-nin yeni administrasiyanın Amerika qitəsi ilə bağlı siyasəti ümumiyyətlə müzakirə mövzusu olmazdı. Halbuki Trampın Çin, Rusiya və Yaxın Şərq siyasəti kimi Amerika qitəsinə yönəlik siyasəti də önəmlidir. Çünki Amerika qitəsində sanksiya altında olan, dünyanın ən çox neft malik Venesula adlı bir ölkə var. Bu ölkənin sanksiyalardan azad olaraq dünya bazarlarına neft çıxarması "qara qızıl"ın qiymətinin kəskin düşməsinə səbəb olacaq. Venesuelaya qarşı sanksiyaların aradan qaldırılması üçün bu ölkədə hakimiyyət dəyişikliyi baş verməlidir. ABŞ başda olmaqla dünyanın aparıcı dövlətləri Nikolas Maduronun hakimiyyəti qəsb etdiyi qənaətindədirlər. Maduronu narkotik ticarətində ittiham edən ABŞ onun həbsinə çalışır. Maduronun həbsinə yardım edəcək informasiyaya görə mükafatı Vaşinqton 25 milyona qədər artırıb. Ekspertlər hesab edir ki, Maduronun iqtidardan kənarlaşdırılması üçün öncə Kubada rejim dəyişikliyi baş verməlidir. Kubadakı mövcud siyasi rejim qaldığı müddətdə, Maduro iqtidarını qoruya bilər. Çünki Kubanın hərbi dəstəyi sayəsində Maduro hakimiyyətini qoruya bilir.

Donald Trampın özü Kubaya və onun rəhbərliyinə son dərəcə mənfi münasibət bəsləyir. Üstəlik, Tramp ABŞ dövlət katibi vəzifəsinə Kubada rejim dəyişikliyinin ən qatı tərəfdarı Marko Rubionun namizədliyini irəli sürüb. Kubalı mühacir ailəsində doğulmuş Marko Rubio Kubadakı rejimi terrorun sponsoru hesab edir. 

Trampın komandasının əsasını Floridadan olan şəxslər təşkil edir ki, onların demək olar ki, hamısı Kubada rejim dəyişikliyini dəstəkləyirlər. Yeni dövlət katibi adaya qarşı yeni, daha da sərt sanksiyaların tətbiqini tələb etməklə yanaşı, oradakı hökumətin ən qısa zamanda dəyişməsi üçün mümkün olan hər şeyi edəcəyini vəd edir.

Kuba hökuməti də bunu gördüyü üçün Trampın andiçmə mərasimi siyasi məhbus hesab olunan 550-dən çox adamı azadlığa buraxmaq qərarına gəlib. Rəsmi Havana bununla Trampın sərt sanksiyalara əl atmasının qarşısını almağa çalışır. Ancaq bununla Trampın Kubaya mənfi münasibətinin dəyişməyə nail olacağını düşünmək yanlış olar. Böyük ehtimalla, Kubaya qarşı böyük təzyiq mexanizmi işə salınaraq Havanada rejim dəyişikliyinə nail olunmağa çalışılacaq. Kubada rejim dəyişikliyi isə Maduronun ən yaxın müttəfiqini itirməsinə və qitədə təklənməsinə səbəb olacaq. Kubada rejim dəyişikliyi Rusiyanın da zərbə alması demək olacaqdır. Çünki Kuba Moskvanın Karib hövzəsində yeganə müttəfiqidir.

Vaşinqtonda belə hesab edirlər ki, Kuba və Venesuala Rusiya və Çin tərəfindən dəstəklənir. Məqsəd isə bu iki dövlətin ərazisindən ABŞ-a qarşı istifadə edirlər. Ekspertlər hesab edirlər ki, hələlik söhbət ABŞ-nin Kubaya hərbi müdaxiləsi gündəmdə deyil. Lakin bunu sona kimi istisna etmək də olmaz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri