Icma.az
close
up
RU
525 ci qəzet Xocalı kodu işğala rəvac verən milli satqınlar haqqında

525 ci qəzet Xocalı kodu işğala rəvac verən milli satqınlar haqqında

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Turəxanım QASIMOVA
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

33 il bundan əvvəl Xocalıda baş verən soyqırımdan informasiya blokadası səbəbindən gec xəbər tutduq. Xocalı qurbanlarının sayı barədə də dəqiq məlumat yox idi. O vaxt mən qəzetdə çalışırdım, bütün bunları yazmaq lazım idi. Amma yazmaq mümkün deyildi. Ölkənin ictimai-siyasi həyatı çox qarışıq idi. O vaxtkı hakimiyyət özü mövcudluğunu qoruyub saxlamaq istəyirdi, amma başa düşürdü ki, xalq arasında dayağı yoxdur, gec, ya tez gedəcək.

Digər tərəfdən özünü Xalq cəbhəsi adlandıran, bir qrup naşı, küçə adamları hakimiyyətə can atır, Prezident Mütəllibovun devrilməsinə çalışırdılar. Ölkə xaos və anarxiyaya sürüklənirdi. Məhz bu çəkişmələrin “sayəsində’’ ölkənin strateji postlarında tez-tez dəyişikliklər baş verirdi. Bu da şübhəsiz ki, Qarabağda erməni separatçıları və onlara dəstək verən Ermənistan hakimiyyətinin qlobal miqyasda isə bölgədəki maraqlı güclərin əl-qolunu açır, işğal prosesini günbəgün yaxınlaşdırırdı. Hakimiyyəti ələ keçirmək üçün bu ünsürlər yalan danışmalı idi, xalqı qurban verməli idi, lazım olsa bütün Qarabağdan da keçə bilərdi. İndi sual vermək yerinə düşər.

Axı bu adamlar niyə görə xalqın önündə getməli, dövlətçilik təcrübəsi olmaya-olmaya yüksək postlara can atmalı idilər? Məsələn, hərbi sahədə heç bir səriştəsi olmayan Rəhim Qazıyev Xocalı soyqırımından 20 gün sonra ölkənin ən strateji postlarından birinə təyin olunur. Müdafiə naziri Rəhim Qazıyev öz iddialarına naminə Şuşanı, Laçını qurban verir. Halbuki güclü komandanlıq vahid idarəetmə olsaydı, o işğal prosesinin qarşısı alına bilərdi. Xalqımız həmin xalqdır. 90-cı illərdə Qarabağda son damla qanına qədər vuruşdusa, eyni rəşadəti onların övladları 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatlarında göstərdilər. Yəni xalqın genetikası dəyişmir.

Üstəlik, 70-ci illərdə İmperiyada yaşamağımıza baxmayaraq artıq Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli özünüdərk prosesi özünün ən yüksək zirvəsinə çatmışdı. Bu proses özünüdərklə yanaşı, eyni zamanda suveren Azərbaycanda yaşamaq amalı idi. Odur ki, bir azərbaycanlı belə torpağının bir qarışının işğal edilməsi ilə barışa bilməzdi. Hakimiyyət uğrunda gedən mübarizədə sabiq kommunistlərlə səriştəsiz, küçə təfəkkürlü insanlar üçün qurban lazım idi. Əsasən də xalqın heysiyyatı ilə oynayan qaragüruhçular üçün qurban Xocalı olacaqdı. Təbii ki, erməni separatçıları, Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayına güvənərək Xocalını işğal planını hazırlayırdılar.

Bu işğalın qarşısı alına bilərdi, sadəcə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün güclü lider lazım idi. Axı bütün işğal prosesi də elə Xocalıdan başlanmışdı. Xocalı verilməli idi ki, onlar hakimiyyətə gəlsinlər. Gəlin müqayisəyə baxaq, Xocalı soyqırımından sonra Rəhim Qazıyev müdafiə naziri idi. Laçının işğalından sonra isə İsa Qəmbər Ali Sovetin sədri seçildi. Müqayisələr və paralellər dəqiqdir. Xocalı öldürülən hər bir azərbaycanlının hər bir soydaşımızın qanı erməni terrorçuları ilə yanaşı, həm də bu insanların üzərindədir. Hər şey başqa cür ola bilərdi. Milli birliyi milli xaos kimi beyinlərə yeritməyə çalışan bu satqınlar faktiki olaraq Azərbaycan torpaqlarının işğalına yol açdılar.

Xocalı şahidləri, o dəhşətli gecənin iştirakçıları 33 ildir danışırlar ki, Ağdamdan, Bakıdan Xocalıya dəstək gəlsəydi, Xocalı blokadadan azad edilə bilərdi. Amma görünür nə hakimiyyət, nə də onu əvəz etməyə can atan qüvvələr bunda maraqlı idilər. Xocalı xəyanətin qurbanı oldu, son damla qanına qədər vuruşsa da, Xocalının işğalı üçün düşmənə milli satqınlar tərəfindən bütün imkanlar yaradıldı. Mən bunu ötən məqalələrimdə də yazmışam. Qəzetdə müxbir kimi çalışanda hospitallara gedib yaralı əsgərlərdən müsahibələr alırdım. Çox çətin vaxtlar idi.

Yaxşı yadımdadır, hospitalların önündə həmin əsgərlərin valideynləri o vaxtkı müdafiə naziri Rəhim Qazıyevi didib-parçalamağa hazır idilər. O valideynlərlə söhbət etmək belə mümkün deyildi. Ordu rəhbərliyinə hədsiz nifrət bəsləyirdilər. Axı onlar öz övladlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinə göndərmişdilər. Amma mənzərə tamam başqa idi. Cəbhəarxasında idə satqınlıq və səriştəsizlik baş alıb gedir. Mən onları dinlədikcə quruyub qalırdım. Yaralanmış əsgərlərə yardım belə göstərilmirdi.

Tarix satqınları heç vaxt bağışlamır, onu kimlərin yazmasına baxmayaraq. Ordu rəhbərliyində özbaşınalıq, birabırçı idarəetmə üsulu, bir yiyəsizlik... bax bütün bunların qurbanı Azərbaycan torpağından savayı, həm də Azərbaycan əsgəri idi. Elə həmin özbaşınalığı yaradan milli satqınlıq yolunu seçmiş ünsürlərə görə erməni işğalının əl-qolu açıldı. Xocalı, Şuşa, Laçın, Kəlbəcər və digər şəhər və rayonlarımızı itirdik. Biz unutmamalıyıq. Bu gün Bakıda mühakimə olunan erməni terrorçuları ilə yanaşı, onların cinayətlərinə rəvac vermiş milli satqınları da heç vaxt unutmamalıyıq. Qan yaddaşımızda kodlaşma hər zaman belə olmalıdır.  Bizdən sonrakı nəsillər tarixdə hər kəsin yerini, kimin kim olduğunu bilməlidir.

Və bunları bu gün yazmalı idim. Bu gün Xocalıdan 33 il keçir. Fevral bizim üçün 30 il idi ki, fevralın 26-da bitirdi. Ən qısa və ən ağır ay idi. Mən Xocalı qurbanların fotolarına heç vaxt baxa bilməmişəm. Fotolardakı dəhşətlərdən savayı, həm də bir vətəndaş olaraq o günahsız qurbanların qarşısında bir utanc hissi vardı. Bir vətəndaş utancı. Ordumuzun 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antoiterror əməliyyatlarında şanlı qələbəsinə qədər, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xocalıda 3 rəngli Azərbaycan bayrağını ucaltmasına qədər. Erməni separatçıları indi Azərbaycan qanunları qarşısında cavab verir. Və İndi Xocalı suveren Azərbaycanın bir hissəsidir. Bundan sonra həmişə belə olacaq. Bayrağımız o ucalıqlarda dalğalanacaq. Zəfər və qürur ucalığımız kimi! 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri