525 ci qəzet Yaponiya və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Yaponiya və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar.
525.az Yaponiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Tokiodakı səfiri Gürsel İsmayılzadə ilə Yaponiya parlamentinin xarici işlər nazirinin müavini Matsumoto Hisaşi arasında keçirilən görüşdə danışılıb.
Söhbət zamanı M.Hisaşi ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib. O, həmçinin şəxsiyyətlərarası əlaqələrin və təhsil proqramlarının inkişafının vacibliyini qeyd edərək, Azərbaycanın Osakada keçiriləcək “Expo 2025” sərgisində iştirakından gözləntilərin olduğunu vurğulayıb.
Səfir öz növbəsində iki ölkə arasında çoxillik dostluğun əhəmiyyətini qeyd edib və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Tərəflər, həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın perspektivlərini, Qafqaz regionundakı vəziyyət və beynəlxalq arenada qarşılıqlı fəaliyyəti müzakirə ediblər ("Report").
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















