525 saylı avtobusda İZDİHAM Məsul şəxslər isə problemin olmadığını deyir VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Avtobusa minmək üstündə mübarizə aparır, hətta mübahisə edirlər... Sərnişinlər avtobusda özlərinə yer tapmaq üstündə söz davasına çıxırlar...
Görüntüləri Metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 525 saylı marşrut avtobusunun sərnişinləri qeydə alıblar. Avtosfer.az xəbər verir ki, qaynar xəttə göndərilən görüntüdən də aydın olur ki, avtobus minmək üçün sərnişinlərin uzun növbəsi yaranıb.
Mütəmadi olaraq bu marşrut xəttindəki avtobuslardan istifadə edən sərnişinlər pik saatlarda belə vəziyyətlə qarşılaşdıqlarını bildirirlər. Ərazidə dayanacaq pavilyonunun olmaması narahatlığı daha da artırır. Sürücülər isə sıxlıqla bağlı məsələnin onlardan qaynaqlanmadığını bildirdilər.
Marşrut xəttinin dispetçeri də avtobuslarda heç bir problemin olmadığını dedi.
Daha ətraflı videomaterialda.


