Icma.az
close
up
RU
525ci qəzet 11 ayda 16 toqquşma hadisəsi baş verib Azərbaycan Dəmir Yolları

525ci qəzet 11 ayda 16 toqquşma hadisəsi baş verib Azərbaycan Dəmir Yolları

Bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib.

525.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib.

Dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir. ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir.

"Müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin", - deyə qurum bəyan edib.

seeBaxış sayı:68
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri