Icma.az
close
up
RU
Verstappen “Formula 1”dən erkən gedə bilər? “Mənfi ssenari” açıqlaması

Verstappen “Formula 1”dən erkən gedə bilər? “Mənfi ssenari” açıqlaması

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Dördqat dünya çempionu Maks Verstappen “Formula-1”də karyerasını planlaşdırılandan daha tez başa vura biləcəyini istisna etməyib.

İdman.Biz xəbər verir ki, niderlandlı pilot 2026-cı ildən qüvvəyə minəcək yeni texniki reqlamentlərin onun üçün “tam mənfi” təcrübə yaradacağı halda, 2029-cu ili gözləmədən “Formula-1”dən ayrılmaq qərarı verə biləcəyini bildirib.

Maks Verstappen hazırda “Red Bull” komandası ilə 2028-ci ilin sonuna qədər müqavilə ilə təmin olunub. Lakin o, karyerasını Fernando Alonso və ya Lyuis Hamilton kimi 30 yaşlarının sonu və ya 40 yaşlarına qədər davam etdirmək niyyətində olmadığını açıq şəkildə qeyd edib. Verstappen 2026-cı ildə 29 yaşını tamamlayacaq.

Qeyd edək ki, “Red Bull” 2026-cı ildən etibarən yeni mərhələyə qədəm qoyacaq və tarixində ilk dəfə öz daxili istehsalı olan güc qurğularından istifadə edəcək. Komandanın rəhbərliyində yer alan Loran Mekis mövsümün əvvəlində çətinliklərin yaşana biləcəyini etiraf edib.

Maks Verstappen vəziyyətə sakit yanaşdığını bildirib. O, Niderland mətbuatına açıqlamasında ətrafındakı insanların içində ən rahat olanın özü olduğunu deyib və hər şeyin sonda yoluna düşəcəyinə inandığını vurğulayıb. Bununla yanaşı, yeni qaydalar onu qane etməsə, Formula-1-dən tamamilə ayrılmaq variantını da açıq saxlayıb.

Pilot əsas məqsədinin “Red Bull”la müqaviləsini sona qədər yerinə yetirmək olduğunu bildirib. O, komanda daxilində münasibətlərin çox yaxşı olduğunu və bunun onun üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Verstappen həmçinin “Formula-1”dən kənar GT3 layihələrinin və sıx yarış qrafikinin də həyatının ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb.

Beləliklə, 2026-cı il Maks Verstappen üçün təkcə yeni qaydaların deyil, həm də “Formula-1”də qalmaq qərarının taleyini həll edə biləcək həlledici mövsüm kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Yanvar 2026 04:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri