Həmrəylik Günü münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərə təqdim olunub AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 29 dekabr, AZƏRTAC
Milli Kitabxanada “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, həmçinin əlamətdar günlə bağlı Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə “Ümummilli Lider Heydər Əliyev və milli həmrəylik məfkurəsi”, “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Azərbaycan xalqının milli ideologiyası, “Vətənpərvərlik məfkurəsi”, “Milli dövlətçilik məfkurəsi”, “Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti tarixi”, “Mənəvi dəyərlərin təbliği” və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















