525ci qəzet Avstriyanın xarici işlər naziri Ukrayna münaqişəsinə son qoymağın şərtini açıqladı
Icma.az bildirir, 525.az portalına istinadən.
Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq Ukrayna münaqişəsinə son qoymağın şərtini açıqlayıb.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o vurğulayıb ki, bunun üçün ABŞ-nin yeni prezident administrasiyasının dəstəyi lazımdır.
“Bizim ABŞ-nin yeni administrasiyasının dəstəyinə ehtiyacımız var. Bu, davamlı, əhatəli və ədalətli dünyaya nail olmağın yeganə yoludur”, - deyə Aleksander Şallenberq bildirib.
Diplomat vurğulayıb ki, Ukraynanın özünün iştirakı olmadan bu ölkənin gələcəyi ilə bağlı danışıqlar aparıla bilməz. Onun sözlərinə görə, bu, saxlanmalı olan əsas prinsipdir.
Qeyd edək ki, daha əvvəl Çexiya prezidenti Petr Pavel qeyd edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın iddialılığı Ukraynanın gələcəyi ilə bağlı danışıqlar üçün Rusiya lideri Vladimir Putinlə ünsiyyətdə faydalı ola bilər: “Trampın Putinlə birbaşa təması Rusiyanın güzəştləri nəzərdən keçirməyə hazır olmasına gətirib çıxararsa, bu, böyük irəliləyiş demək olardı”.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















