Icma.az
close
up
RU
525ci qəzet “Azərbaycan İqlim Maliyyəsi Fəaliyyət Fonduna vəsait ayıracaq” Samir Şərifov

525ci qəzet “Azərbaycan İqlim Maliyyəsi Fəaliyyət Fonduna vəsait ayıracaq” Samir Şərifov

Icma.az bildirir, 525.az portalına istinadən.

"COP29-un sədri kimi Azərbaycan İqlim Maliyyəsi Fəaliyyət Fondunun yaradılmasının təşəbbüskarıdır və fonda öz töhfəsini vermək üçün müvafiq məbləğdə vəsait ayıracaq".

525.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov COP29-un Maliyyə, investisiya və ticarət günü çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının (The Coalition of Finance Ministers for Climate Action) xüsusi iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, fondun vəsaitləri karbohidrogen yanacaqları istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü ianələr əsasında formalaşdırılır: “Yığılan həmin vəsaitlər, iqlimlə əlaqəli layihələrin maliyyələşməsinə, bərpa olunan enerji mənbələrinin təşviq edilməsinə və yeni iqlim həlləri üzrə araşdırmaların və tədqiqatların dəstəklənməsinə yönəldiləcək.

S. Şərifov iqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının fəaliyyətini və Koalisiyanın növbəti iclasının COP29 çərçivəsində Bakı şəhərində keçirilməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, Koalisiyaya son 6 ayda 5 yeni ölkə qoşulub, bu da onun artan təsirini və nüfuzunu göstərir. Eyni zamanda, Azərbaycanın Koalisiyaya qoşulmasından qısa müddət keçməsinə baxmayaraq, əməkdaşlığın genişləndirilməsində öz marağını ifadə edir.

Nazir eyni zamanda elan edib ki, Azərbaycan Beynəlxalq Valyuta Fondunda (İMF) özünə məxsus olan xüsusi borclanma hüquqlarını Fondun idarəedilməsinə verilməsi nəticəsində əldə olunacaq gəlirlər hesabına İMF-nin məqsədli fondlarına vəsait ayıracaq ki, bu da iqlim dəyişikliklərinin yaratdığı mənfi fəsadların qarşısının alınması və aradan qaldırılmasına və həmin ölkələrdə yoxsulluğun azaldılmasına xidmət edəcək.

İclasın panel müzakirələrində Milli Müəyyən Edilmiş Töhfələrin uğurlu icrası üçün maliyyə və investisiyaların səfərbər edilməsi, üzv ölkələr arasında iqlim üçün maliyyə səfərbərliyi təşəbbüslərinin əlaqələndirilməsi, həmçinin, tərəfdaş qurumlar və özəl sektor tərəfindən iqlim maliyyəsinin effektiv və əlaqələndirilmiş şəkildə təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, tərəfdaş qurumların, maliyyə təminatçıları və özəl sektorun ölkələrə Milli Müəyyən Edilmiş Töhfələrin və Milli Uyğunlaşma Planı üçün maliyyə səfərbərliyində fəal iştirakının təşviqi müzakirələr zamanı diqqət mərkəzində olub.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə nazirinin müavini Lord Livermor, Misirin maliyyə naziri Əhməd Kuçuk, Uruqvayın maliyyə naziri Azucena Arbeleçe, Marşal Adalarının maliyyə naziri David Paul, Niderland Krallığının maliyyə nazirinin müavini Yasper Veselinq və digərləri çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrinin təmin edilməsində ölkələrin real maliyyə imkanlarının uzlaşdırılmasının, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə əlçatanlığının təmin olunmasının və iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.

Eyni zamanda, maliyyə nazirləri öz çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi istiqamətində maliyyə resurslarının daha effektiv səfərbər olunmasına, iqlimlə bağlı qlobal çağırışlara qarşı lazımi və dayanıqlı tədbirlərin görülməsinə dair təklif və tövsiyələrini irəli sürüblər.

İclasda çıxış edən İMF-nin təmsilçisi Azərbaycanın bu təşəbbüsünü olduqca yüksək qiymətləndirib və bunun Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda ilk təşəbbüs olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev İMF-nin sərəncamçı direktoru Kristalina Georgiyevanı qəbul edərkən Azərbaycanın Fond vasitəsilə inkişaf etməkdə olan və yoxsul ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştirakı müzakirə olunub. 95 ölkənin maliyyə nazirlərinin üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir və həmin beynəlxalq təşkilatlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar. Hazırda Koalisiyaya Hollandiya və Uqandanın maliyyə nazirləri həmsədrlik edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri