Icma.az
close
up
RU
525ci qəzet Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb

525ci qəzet Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ən yüksək “compliant” (uyğundur) reytinq balını alıb.

525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri vergi orqanlarının məlumat mübadiləsinin genişləndirilməsi, bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqidir. Azərbaycan 2013-cü ildən “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirakı öhdəliyini öz üzərinə götürüb.

Qlobal Forum indiyə qədər 2010-2016-cı və 2016-2024-cü illəri əhatə edən qiymətləndirmənin iki mərhələsini həyata keçirib. Birinci mərhələ çərçivəsində 125 yurisdiksiya əhatə olunub. Azərbaycan üzrə qiymətləndirmənin ikinci mərhələsinin 2023-cü ilin sentyabr ayında başlanıldığı elan edilib və bu il həmin mərhələ çərçivəsində qiymətləndirici ekspertlərin ölkəmizə səfəri baş tutub. Ekspertlər səfər çərçivəsində ölkəmizin qanunvericiliyi və təcrübəsi ilə əyani tanış olublar. Qiymətləndirmə Qrupunun (PRG) 48-ci iclasında qiymətləndirmənin ikinci mərhələsi üzrə elan edilmiş nəticələrə əsasən, Azərbaycan ən yüksək “compliant” (uyğundur) reytinq balına layiq görülüb. Ölkə reytinqi və müvafiq hesabat noyabrın 21-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində dərc edilib.

Qlobal Forum ölkələr üzrə 2-ci mərhələ çərçivəsində qiymətləndirmələrə 2016-cı ildən başlayıb və proses Azərbaycandan başqa ümumilikdə 123 ölkəni əhatə edib. Nəticələrə əsasən, 18 ölkə “Compliant” (standartlara uyğundur), 91 ölkə “Largely compliant” (standartlara əsasən uyğundur), 12 ölkə “Partially compliant” (standartlara qismən uyğundur), 2 ölkə isə “Non-compliant” (standartlara uyğun deyil) reytinqlərinə layiq görülüb.

2019-cu ildən isə ölkələr üzrə qiymətləndirmələr daha dərindən həyata keçirilir və həmin tarixdən indiyədək ən yüksək “Compliant” reytinqini əldə edən 4 ölkədən sonra məhz Azərbaycan olub. Qiymətləndirmə prosesi çərçivəsində bir sıra qanunvericilik aktlarının və beynəlxalq müqavilələrin müddəaları, ölkədə hüquqi şəxslərin qeydiyyatı və ləğv olunması prosesləri, vergi orqanlarında qeydiyyat məlumatlarının mövcudluğu və aktuallığı, hüquqi şəxslər tərəfindən vergi bəyannamələrinin verilməsi təcrübəsi təhlil edilib. Bundan başqa, ölkədə mühasibat uçotu və bank sənədlərinin mövcudluğu, saxlanılması qaydaları, həmin məlumatların vergi orqanlarına əlçatanlığı, ölkədə vergi orqanlarının hüquqları və mövcud məlumat mənbələri, vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməletmə səviyyəsi, Azərbaycan Respublikasının beynəlxalq tərəfdaşlarının sayı, mübadilə olunan məlumatların keyfiyyəti və tamlığı, həmin məlumatın təhlükəsizliyinin qorunması şərtləri də araşdırılıb.

Qlobal Forum çərçivəsində Azərbaycanın ən yüksək reytinqə layiq görülməsi ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcud olmasından xəbər verir. Bu göstərici ölkəmizə bir sıra üstünlüklər qazandırır, əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonunda ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, xarici investisiya axınının stimullaşdırılması, eləcə də iri maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri