Icma.az
close
up
RU
525ci qəzet BakıVaşinqton münasibətlərində yeni dönəm başlaya bilər Politoloq

525ci qəzet BakıVaşinqton münasibətlərində yeni dönəm başlaya bilər Politoloq

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefon zəngi iki ölkənin münasibətlərində yeni dönəmin başlaya biləcəyindən xəbər verir.

Bunu 525.az-a politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə hər bir ölkədə seçkilərdən sonra liderlərlə danışıqlara başlanılır, yeni dönəmin nədən ibarət ola biləcəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülür: “ABŞ fövqəldövlətdir və bu dövlətdə hakimiyyətdə kimin olması, onun Cənubi Qafqazda proseslərə baxış bucağının nədən ibarət olması, yanaşması əlbəttə ki, olduqca vacibdir. Bayden adminstrasiyası dövründə ikitərəfli münasibətlərdə baxmayaraq ki, Bakının bir çox ümidləri var idi, həmin ümidlərin heç də hamısının hər zaman doğrulmamasına şahidlik etdik. Bunun da nəticəsi kimi danışıqlar prosesinin uzanması, eyni zamanda Ermənistanın özünü qeyri-adekvat aparması, bir çox ABŞ KİV-də, parlamentində müntəzəm olaraq ölkəmizin tənqid edilməsini gördük. Donald Trampdan ümidlər böyükdür. Ümid edirik ki Tramp burdakı proseslərlə bağlı ondan əvvəlki siyasi liderdən fərqli olaraq bir qədər fərqli, daha obyektiv və ədalətli mövqe nümayiş etdirəcək. Ona görə ki, ABŞ-ın Cənubi Qafqaza və Mərkəzi Asiyayayolu  məhz Azərbaycandan keçməlidir”.  

Politoloqa görə, ABŞ-ın Ermənistanda diplomatlarının sayı çox ola bilər, Ermənistandakı səfirlik daha böyük ola bilər, hərbi mənada Ermənistanda daha geniş iştirak edə bilər, amma ümumi götürdükdə Azərbaycan olmadan bu region ətrafında da, region daxilində proseslərdə nəticəyə gəlmək olmaz.

“Son proseslər istər Rusiyanın, istər İranın, istərsə də ABŞ və Avropa İttifaqının Cənubi Qafqazdakı addımlarında bir daha göstərdi ki, Azərbaycanın maraqları nəzərə alınmadan Cənubi Qafqazda özlərinin hər hansı bir milli maraqlarını həyata keçirmələri mümkün deyil. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşı ola bilər. Bakı və Vaşinqton ümumiyyətlə bu otuz il ərzində hər zaman təhlükəsizlik, enerji istiqamətində çox yaxşı iş görürblər, bu işlər kifayət qədər effektiv idi, bundan sonra da onları davam etdirmək, həm də fəaliyyət sahələrini, əməkdaşlıq sahələrini daha da genişləndirmək olar, bu, mümkündür”, - Z.Məmmədov vurğulayıb.

Əlavə edib ki, görünən odur ki, Trampın hakimiyyətə gəlişindən sonra onun İranla və Rusiya ilə münasibətlərində korrektələr ediləcək, ümumiyyətlə Cənubi Qafqaz, Qara dəniz, Xəzər dənizi ətrafında baş verənlərlə bağlı ABŞ ciddi şəkildə qərarlar qəbul edəcəkdir: “Təbii ki, bu qərarlar Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə də təsir edəcək. Eyni zamanda, digər prosaeslərə də təsirsiz ötüşməyəcək. Hər halda telefon danışığı artıq baş tutub. Bu, prezident seçkilərindən sonra ilk danışıq idi, bundan sonrakı hadisələr isə artıq ABŞ Dövlət Departamentinin siyasətinin hansı   istiqamətlərdə davam edəcəyindən asılı olacaq”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri