Icma.az
close
up
RU
525ci qəzet Trampın qayıdışı: ABŞAzərbaycan münasibətlərində yeni dönəm başlaya bilər

525ci qəzet Trampın qayıdışı: ABŞAzərbaycan münasibətlərində yeni dönəm başlaya bilər

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ-da respublikaçı Donald Trampın yenidən Prezident seçilməsi bir sıra ümidlər yaradıb. Seçki kampaniyası zamanı verdiyi bəyanatlar deməyə əsas verir ki, Ağ evin yeni lideri Bayden administrasiyasının kobud səhvlərini təkrarlamayacaq. Bu baxımdan Azərbaycan-ABŞ münasibətlərində də yeni səhifənin açılacağını söyləmək olar. Baxmayaraq ki, ABŞ-Azərbaycan münasibətlərinin uzun tarixi var, ölkəmiz müstəqillik əldə etdikdən bu yana Vaşinqtonla əlaqələr qurub, ötən illər ərzində Birləşmiş Ştatlarla bir çox mühüm sahələrdə sıx əməkdaşlıq edib, təhlükəsizlik, terrorla mübarizə, enerji məsələlərində öz töhfələrini verib, Co Bayden administrasiyası yanlış siyasəti ilə bütün bunları görməzdən gəldi.

Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda bu mövzuda öz fikirlərini bildirib: "Bizim ABŞ-la münasibətlərimiz demək olar ki, hər zaman sabit olub. Əlbəttə ki, müəyyən enişli-yoxuşlu dövrlər olub və o da bizim günahımız deyildi. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər... Bütün bu enişli-yoxuşlu dövrlərə baxmayaraq, biz münasibətlərə strateji, vacib mövqedən yanaşmışıq və biz burada mümkün qədər əlimizdən gələni etməyə çalışmışıq. Xüsusilə də bizim praktiki baxımdan sülhməramlı əməliyyatlarda iştirakımızı nəzərdə tuturam.

Bildiyiniz kimi, bu əməliyyatlar başlayanda Azərbaycan ilk qeyri-NATO ölkəsi idi ki, Əfqanıstanda həmin əməliyyatlara qoşuldu və oradan sonuncu çıxdı. ABŞ qoşunları ölkəni tərk etdi və daha dəqiq desək, oranı qoyub qaçdılar. Biz hələ də orada idik. Biz Türkiyənin Silahlı Qüvvələri ilə birlikdə hava limanını tərk edən sonuncu ölkələr olduq. Bu idi bizim tərəfdaşlığımız. Əfqanıstanla bağlı onların bizə ehtiyacı var idi. Mən xatırlayıram ki, ABŞ-ın yüksəkrütbəli məmurları və nəqliyyat komandanlığı, Müdafiə Nazirliyinin nəqliyyat komandanı Azərbaycana dəfələrlə gəlirdilər və bizə minnətdarlıq bildirirdilər ki, Azərbaycan "Şimal şəbəkə" adlandırılan bir dəhliz idi və biz onun tərkib hissəsi idik. Onu da qeyd etmək lazımdır ki, Əfqanıstana gedən əsas marşrut çox çətin marşrut idi. Ancaq Əfqanıstanda missiya başa çatdıqdan sonra onların etdikləri nə oldu? Onlar yenidən bizə qarşı sanksiyanı bərpa etdilər. Mən 907-ci düzəlişdən danışıram. Buna heç bir məntiqi əsaslandırma və izah təqdim etmədən, bu da onların bizə təşəkkürü. Uzun illər ərzində biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı nə düşünə bilər bu Administrasiya haqqında? Yəni, deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik".

Dövlət başçısı Qafqazda ayırıcı xətlərin çəkilməsini qeyd edərək Azərbaycanın hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olduğunu da diqqətə çatdırıb.

Bayden administrasiyası təkcə Azərbaycana yanaşmada nankorluq etmədi, həm də qlobal məsələlərdə yanlış siyasəti yeni münaqişə ocağları yaratdı, mövcud münaqişlərin eskalasiyasına rəvac verdi, onları idarəolunmaz vəziyyətə gətirdi. Ukraynada, Yaxın Şərqdə baş verənləri vurğulamaq kifayət edir. Bayden administrasiyası Ermənistanı silahlandırmaqla, sülh sazişinə yanaşması ilə Cənubi Qafqazda da yeni müharibə riskinə cəhd etdi. Onun hakimiyyəti dövründə sülh yolu ilə hər hansı bir məsələnin nizamlanmasına nəinki səy göstərildi, çağırış belə edilmədi.

Təbii ki, Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin necə inkişaf edəcəyi hazırda əsas maraq kəsb edən mövzulardan biridir. Prezident İlham Əliyev noyabrın 25-də Donald Trampa zəng edərək dövlət başçısı postuna yenidən seçilməsi münasibəti ilə onu təbrik edib. Dövlət başçısı Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacağını vurğulayıb. Birinci prezidentlik dövründə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirib.

Trampın birinci prezidentliyi dövründə Bakı ilə Vaşinqton arasında çox səmərəli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər olub. Prezidentlərin telefon söhbəti və bundan sonrakı gözləntilər barədə "525"ə danışan politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefon zəngi iki ölkənin münasibətlərində yeni dönəmin başlaya biləcəyindən xəbər verir. Onun sözlərinə görə, ümumiyyətlə, hər bir ölkədə seçkilərdən sonra liderlərlə danışıqlara başlanılır, yeni dönəmin nədən ibarət ola biləcəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülür: "ABŞ fövqəldövlətdir və bu dövlətdə hakimiyyətdə kimin, onun Cənubi Qafqazda proseslərə baxış bucağının nədən ibarət olması, yanaşması əlbəttə ki, vacibdir. Bayden administrasiyası dövründə ikitərəfli münasibətlərdə baxmayaraq ki, Bakının bir çox ümidləri var idi, həmin ümidlərin heç də hamısının hər zaman doğrulmamasına şahidlik etdik. Bunun da nəticəsi kimi danışıqlar prosesinin uzanması, eyni zamanda, Ermənistanın özünü qeyri-adekvat aparması, bir çox ABŞ KİV-də, parlamentində müntəzəm olaraq ölkəmizin tənqid edilməsini gördük".

Politoloq deyib ki, Donald Trampa ümidlər böyükdür: "Ümid edirik ki Tramp burdakı proseslərlə bağlı ondan əvvəlki siyasi liderdən fərqli olaraq bir qədər fərqli, daha obyektiv və ədalətli mövqe nümayiş etdirəcək. Ona görə ki, ABŞ-ın Cənubi Qafqaza və Mərkəzi Asiyaya yolu məhz Azərbaycandan keçməlidir". 

Politoloqa görə, ABŞ-ın Ermənistanda diplomatlarının sayı çox ola, hərbi mənada Ermənistanda daha geniş iştirak edə bilər, amma ümumi götürdükdə Azərbaycan olmadan bu region ətrafında da, region daxilində proseslərdə nəticəyə gəlmək mümkün deyil.

Z.Məmmədov əlavə edib ki, son proseslər istər Rusiyanın, istər İranın, istərsə də ABŞ və Avropa İttifaqının Cənubi Qafqazdakı addımlarında bir daha göstərdi ki, Azərbaycanın maraqları nəzərə alınmadan Cənubi Qafqazda özlərinin hər hansı bir milli maraqlarını həyata keçirmələri mümkün deyil: "Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşı ola bilər. Bakı və Vaşinqton ümumiyyətlə bu otuz il ərzində hər zaman təhlükəsizlik, enerji istiqamətində çox yaxşı iş görüblər, bu işlər kifayət qədər effektiv idi, bundan sonra da onları davam etdirmək, həm də fəaliyyət sahələrini, əməkdaşlıq sahələrini daha da genişləndirmək olar və bu, mümkündür. Görünən odur ki, Trampın hakimiyyətə gəlişindən sonra onun İranla və Rusiya ilə münasibətlərində korrektələr ediləcək, ümumiyyətlə Cənubi Qafqaz, Qara dəniz, Xəzər dənizi ətrafında baş verənlərlə bağlı ABŞ ciddi şəkildə qərarlar qəbul edəcəkdir. Təbii ki, bu qərarlar Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə də təsir edəcək. Eyni zamanda, digər proseslərə də təsirsiz ötüşməyəcək. Hər halda telefon danışığı artıq baş tutub. Bu, prezident seçkilərindən sonra ilk danışıq idi, bundan sonrakı hadisələr isə artıq ABŞ Dövlət Departamentinin siyasətinin hansı   istiqamətlərdə davam edəcəyindən asılı olacaq".

Deputat Hikmət Babaoğlu isə deyib ki, Azərbaycan Prezidentinin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığında bir sıra məsələlərə xüsusi diqqət çəkməsi həm regional baxımdan, həm də beynəlxalq münasibətlər baxımından böyük əhəmiyyət kəsb edir: "Azərbaycan Prezidenti ABŞ-da sözün əsl mənasında böyük səs çoxluğu ilə Trampın yenidən prezident seçilməsini vurğulaması ayrıca məsələdir. Çünki Amerika demokratiyası nümayəndəli demokratiyadır. Buna görə də bəzi hallarda səs çoxluğunu özündə əks etdirmir, yəni daha az səs toplayan namizəd məhz nümayəndə kollegiyalarının səsi ilə prezident seçilə bilirlər. Lakin bu dəfə keçirilən prezident seçkilərində həm səs çoxluğu, həm də nümayəndə kollegiyalarının səsi ilə ABŞ-ın yeni prezidenti seçildi".

Deputat bildirib ki, ölkə başçısının toxunduğu ikinci məsələ beynəlxalq münasibətlərin hazırkı vəziyyəti ilə bağlı oldu: "ABŞ Prezidenti ilə telefon danışığı zamanı Azərbaycan Prezidenti qeyd etdi ki, Trampın prezident seçilməsi beynəlxalq münasibətlər sistemində sülhün bərqərar olunmasına gətirib çıxara bilər. Doğrudan da hazırda beynəlxalq münasibət sistemində çox gərgin dövrdən keçirik. ABŞ kimi mühüm dövlətin varlığı da bu sistemdə çox böyük əhəmiyyət kəsb edir. Əgər Trampın öncəki prezidentliyi dövründə də aldığı qərarlara diqqət yetirsək, məhz beynəlxalq münasibətlər sistemində gərginliyin aradan qaldırılması üçün onun müəyyən addımlar atdığı görərik. Hansı ki, bu addımlar öz nəticələrini verib.

Üçüncü istiqamət isə Azərbaycan Prezidentinin Amerika-Azərbaycan münasibətlərinə diqqət çəkməsi oldu. Trampın prezidentliyi dövründə bu münasibətlərdə yeni bir səhifə açıldığı vurğulandı. Belə ki, Tramp Amerikası dövründə Azərbaycanla sıx əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuldu. Bu gün də iki ölkə arasında sıx əlaqələr mövcuddur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri