Icma.az
close
up
RU
525ci qəzet Baydendən qətiyyətli vidalaşma Xa­qa­ni Cəfərli yazır

525ci qəzet Baydendən qətiyyətli vidalaşma Xa­qa­ni Cəfərli yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Prezident Cozef Bayden səlahiyyət müddətinin başa çatması ərəfəsində bir-birindən qətiyyətli addımlar ataraq Rusiya ilə qarşıdurmada Ukraynanın mövqelərini gücləndirməyə başlayıb. Ukraynaya ABŞ istehsalı ATACMS və Britaniya-Fransa istehsalı Storm Shadow/SCALP qanadlı raketləri ilə Rusiyanın dərinliklərini vurmasına icazə verməsinin doğurduğu əks-səda səngiməmiş prezident Bayden Ukraynaya piyadalar əleyhinə minaların da verilməsinə göstəriş verib.

Bununla da kifayətlənməyən prezident Bayden Ukraynanın ABŞ-a olan 10 milyad dollara yaxın borcunun təxminən yarısını, 4.65 milyard dolların silinməsi ilə bağlı Konqresə təqdimat göndərib. Sənəddə qeyd edilir ki, Konqresin 2024-cü ilin aprelində Ukraynanın dəstəklənməsi məqsədilə ayırdığı 61 milyard dollarlıq yardım paketinə kredit şəklində Kiyevə verilən 9 milyard dollara yaxın iqtisadi yardım da daxil idi. Konqresin qəbul etdiyi qanunda deyilirdi ki, ABŞ-nin hazırkı prezidenti bu borcun 50 faizini silə bilər. Borcun digər yarısını 2026-cı il yanvarın 1-dən sonra ABŞ-nin növbəti prezidenti bağışlaya bilər. Prezident Bayden də səlahiyyətlərindən istifadə edib və Ukraynanın ABŞ-a olan borcunun 4.65 milyard dollarını bağışlayıb.

Ukraynaya dəstəklə yanaşı, prezident Bayden Rusiyanın mövqelərini sarsıdacaq addımlar da atır. O, indiyədək sanksiyalardan kənarda qalan Rusiyanın "Qazprombank"ına, onun Rusiya Federasiyasından kənarda fəaliyyət göstərən 6 törəmə şirkətinə və Rusiyanın 50-dən çox maliyyə institutuna qarşı sanksiya tətbiq edib.

ABŞ-nin maliyyə naziri Janet Yellen bildirib ki, bu sanksiya Rusiyanın hərbi səylərini daha da zəiflədəcək, Kremlin ABŞ sanksiyalarından yan keçərək öz silahlı qüvvələrini maliyyələşdirməsini və təchizatını çətinləşdirəcək. Nazir Janet Yellenin bu ehtimalının gerçəkləşməyə başladığını söyləmək olar. Son məlumata görə, ABŞ-nin son sanksiyasından sonra 20 ölkənin bankları "Qazprombank"ın UnionPay kartlarına xidmət göstərməyi dayandırıb. Bu ölkələr arasında Rusiyanın əsas ticarət tərəfdaşı olan Hindistan, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi ilə yanaşı, Argentina, Macarıstan, İndoneziya, Qazaxıstan, Kamboca, Qətər, Mərakeş, Meksika, Tayland, Tunis, Özbəkistan, Yaponiya, Cənubi Koreya, Uruqvay, Misir və Yunanıstan kimi ölkələr də var. Çinin "Bank of China", "China Construction Bank", "Industrial and Commercial Bank of China" və "Agricultural Bank of China" kimi böyük bankları da "Qazprombank"ın UnionPay kartlarına xidməti dayandırıblar. "Qazprombank"a qarşı sanksiya Rusiyanın neft və qaz satışına mənfi təsir edəcək. Rusiyadan neft və qaz alıcılarının əksəriyyəti bank ödənişlərini məhz "Qazprombank" və onun törəmə bankları vasitəsilə həyata keçirirdi.

Bayden administrasiyasının Rusiyaya növbəti zərbəsi Vladimir Putinin opponentlərinin xaricdə siyasi qətllərini əmr etməsilə bağlı məxfi sənədlərin bir hissəsinin məxfiliyinin ləğv edilərək hər kəs üçün əlçatan sənədə çevirməsidir. Bununla bağlı məlumatda qeyd edilir ki, bu sənədlər siyasi sui-qəsdlərin Rusiya Federasiyasında idarəetmə forması kimi mövcudluğunu təsdiq edir.  Məxfiliyi ləğv edilən sənədlər arasında 2004-cü ildə Qətərdə İçkeriya Respublikasının liderlərindən biri Zelimxan Yandarbiyevin qətli, 2006-cı ildə Federal Təhlükəsizlik Xidmətinin keçmiş sədri Aleksandr Litvinenkonun Londonda polonium-210 kimyəvi silahı ilə öldürülməsi, iş adamı Aleksandr Perepiliçının 2012-ci ildə Böyük Britaniyada bioloji zəhərlə öldürülməsi ilə bağlı kəşfiyyat məlumatları var. Bundan başqa, Rusiya xüsusi xidmət orqanlarının Kremlin göstərişi ilə keçmiş sovet respublikalarının siyasi liderlərinin həyatı üçün təhlükə yaratdığı, misal olaraq 2004-cü ildə Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun zəhərləməsi ilə bağlı hadisə qeyd edilir. Prezident Baydenin bu addımları Ukraynada ruh yüksəkliyinə səbəb olduğu kimi, yeni gözləntilər də yaradıb. Belə gözləntilərdən biri də Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin təzminat kimi Ukraynaya verilməsi ilə bağlıdır. Ukrayna ilə yanaşı, ABŞ-da bəzi ekspertlər hesab edir ki, mürəkkəb olsa da, prezident Bayden buna cəhd edə bilər. ABŞ-nin nüfuzlu "beyin mərkəzi" hesab oluan "Atlantic Council"in baş elmi işçisi Melinda Qarinq də hesab edir ki, prezident Bayden səlahiyyət müddətinin sonuna kimi bu məsələni həll edə bilər.

Prezident Baydeninin bu addımları məhz indi atması ilə bağlı bir-birinə zidd olan fikirlər var. Bəzi ekspertlər hesab edir, prezident Bayden Donald Trampın Ağ evə dönüşünə kimi Ukraynanın mövqelərini gücləndirməyə çalışır. Bəziləri hesab edir ki, prezident Bayden bu addımlarla xələfi Trampın Ukraynaya yarada biləcəyi problemləri önəmli şəkildə öncədən zərərsizləşdirir. Lakin fərqli fikirlər də var. "Atlantic Council"in Avrasiya Mərkəzinin direktor müavini Şelbi Magid hesab edir ki, Co Baydenin son addımları Donald Tramp üçün faydalı ola bilər. Şelbi Magidə görə, Baydenin Ukraynanı gücləndirməsi və Rusiyaya qarşı qadağaları artırması Trampın sülh nizamlanmasına nail olmasına yardım edə bilər. Prezident Baydenin son addımlarının Trampla razılaşdırıldığını ehtimal edənlər də var.

Qeyd edək ki, Tramp prezidentliyinin ilk müddətində ən gözlənilməz addımları da səlahiyyətinin son günlərində atmışdı. Məsələn, Çinin uyğur türklərinə qarşı siyasətinin soyqırımı kimi tanınması ilə bağlı ABŞ Dövlət Departamenti Trampın prezidentliyinin başa çatmasına bir neçə saat qalmış qərar vermişdi.

ABŞ-nin Ali Məhkəməsinin bir neçə ay əvvəl verdiyi qərara görə, ABŞ prezidenti səlahiyyət müddəti başa çatdıqdan sonra dövlət başçısı olduğu vaxt verdiyi qərarlara və atdığı addımlara görə məsuliyyətə cəlb edilə bilməz. Buna görə də prezident Baydenin səlahiyyət müddəti başa çatana qədər dünyanı təəccübləndirən addımlar atmaqda davam edəcəyini ehtimal etmək olar. Prezident Baydenin administrasiyasından məhsuldarlığı ikiqat artırmağı tələb etməsi təsadüfi ola bilməz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri