Icma.az
close
up
RU
525ci qəzet Ukraynanın qış hücumu Xa­qa­ni Cəfərli yazır

525ci qəzet Ukraynanın qış hücumu Xa­qa­ni Cəfərli yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Mərkəzi qərargahı Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun (Institute for the Study of War) Ukrayna Silahlı Qüvvələrinin yanvarın 5-dən başlayaraq Rusiyanın Kursk vilayətində hücum əməliyyatlarını bərpa etdiyini təsdiqləməsi müharibə bölgəsində yeni vəziyyətin yaranmaqda olduğunu göstərir. Çünki bu hücumdan öncə belə məluamtlara yayılırdı ki, Ukraynanın hərbi gücü tükənməkdədir və Rusiya strateji təşəbbüsü ələ ala bilər. İndi isə məlum olur ki, Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatları həyata keçirmək qabiliyyətindədir. 

ISW-nin dərc etdiyi xəritə Ukrayna qoşunlarının üç istiqamətdə hücumlar həyata keçirdiyini təsdiqləyir. Açıq mənbələr üzərindən kəşfiyat məlumatlarının toplanmasını həyata keçirən OSINT mərkəzinin məlumatına görə, Ukrayna qoşunları yeni hücumun ilk günündə 2.7 km irəliləyiblər. Rusiyanın "hərbi müxbirləri"nin məlumatlarının ümumilləşdirilmiş təhlili təsdiqləyir ki, Ukrayna qoşunları qış hücumunun ilk günü Çerkasskoye Poreçnoye, Martınovka və Mixaylovka yaşayış məntəqələrini ələ keçiriblər. Bundan başqa, Ukrayna qoşunlarının Novosotnitskoye kəndinə daxil olduğu, Yamskaya və Novaya Sorochinaya yaxınlaşdığı haqqında məlumatlar da yayılıb. Eyni zamanda Ukrayna qüvvələrinin kiçik piyada dəstələri ilə Puşkarnoye istiqamətində Nikolskoye və Oleksandriya, eləcə də Russkaya Konopelkanın şimalında hücum əməliyyatları apardığı da bildirilir. Ukrayna qoşunlarının hücumunun təhlükəli miqyas aldığını göstərən digər məlumat Rusiya müdafiə nazirinin müavini, ordu generalı Yunus-Bek Yevkurovun təcili sürətdə Kursk vilayətinə səfər etməsidir. Yaxın vaxtlarda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyinə gətiriləcəyi iddia olunan ordu generalı Yunus-Bek Yevkurovun təcili sürətdə Kurs vilayətinə göndərilməsi Ukrayna qoşularının hücumunun sadəcə mövqe döyüşü olmadığını təsdiqləyir.

Rusiyanın "hərbi müxbirlər"i isə Ukraynanın Kursk bölgəsində yeni hücumunun aldadıcı əməliyat ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. "Hərbi müxbirlər" Rusiya ordusunun cavab vermək qabiliyyətinin məhdudluğundan şikayət edirlər. Bəzi "hərbi müxbirlər" isə yanvarın 5-də başlayan hücum zamanı Ukraynanın yeni elektron müharibə sistemlərinin müdaxiləsinin Rusiya qüvvələrinin ərazidə pilotsuz uçuş aparatlarından istifadə etməsinə mane olduğu, Rusiya qoşunlarının Ukraynanın mexanikləşdirilmiş hücumlarına qarşı müdafiə qabiliyyətinin zəiflətdiyi haqqında həyəcan təbili çalırlar.

ISW də öz növbəsində Rusiyanın Ukraynanın qabaqcıl elektron müharibə texnologiyalarına cavab vermək qabiliyyətinin aşağı olduğunu qeyd edir. İnstitutun analitiklərinin fikrincə, bu, Rusiya qoşunlarının döyüş meydanında Ukraynanın yeniliklərinə uyğunlaşmaqda çətinlik çəkdiyini göstərir.

Ukraynanın qış hücumu nə qədər gözlənilməz olsa da, ehtimal edilən idi. Belə ki, ABŞ prezidenti Cozef Bayden ötən il dekabrın 30-da  Ukraynaya təxminən 2.5 milyard dollarlıq hərbi yardım paketi açıqlamışdı. Yanvarın 3-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə müşaviri Con Kirbi yaxın günlərdə Ukraynaya yeni yardım paketinin açıqlanacağını bildirib. Con Kerbinin sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Pentaqona Ukraynaya silah göndərilməsini sürətləndirilmiş templə davam etdirməyi tapşırıb.

Ağ evdən yayılan məlumatda qeyd edilir ki, Vaşinqton son aylarda Ukrayna Silahlı Qüvvələrinə yüzlərlə hava hücumundan müdafiə raketi təhvil verib, daha çoxu isə yoldadır. Bayden administrasiyası Ukraynanı ən güclü mövqeyə çatdırmaq əzmində olduğunu göstərir.

ABŞ-la yanaşı, Ukraynanın avropalı müttəfiqləri də Kiyevə dəstəyi artırmaqda davam edirlər. İtaliya Nazirlər Şurası Ukraynaya silah və hərbi texnikanın tədarükü üçün icazənin müddətinin uzadılmasını təsdiqlədiyini rəsmən elan edib. Ukraynalı pilotlar Fransa istehsalı Mirage 2000-5F qırıcıları üzrə altı aylıq təlimlərini başa çatdırıblar. Paris 2025-ci ilin aprel ayına qədər Ukraynaya 12-20 ədəd arasında dördüncü nəsil Mirage 2000-5F təyyarəsi verməyi planlaşdırır. Almaniya mətbuatı Ukrayna Silahlı Qüvvələrinin 200 kq-a qədər partlayıcı daşıya bilən çoxlu pilotsuz uçuş aparatlarına malik olduğu haqqında məlumat yayıb.

Ukraynanın qış hücumun başladığı gün Bayden administrasiyasının Rusiyanın neft gəlirlərini hədəf alan yeni sanksiya tətbiq edəcəyi haqqında məlumat yayıldı. Məlumata görə, prezident Cozef Bayden Qərbin müəyyən etdiyi tavan qiymətindən yuxarı qiymətə satılan Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyaları gücləndirəcək, bu neft ticarətində iştirak edən şirkət və şəxslərə qarşı qadağalar tətbiq edəcək. Ukraynanın qış hücumu və prezident Baydenin sanksiyaları Rusiyanın mövqelərini zəiflədəcək. Bu isə yanvarın 20-dən prezident səlahiyyətlərinin həyata keçirməyə başlayacaq Donald Trampın Rusiya prezidenti ilə danışıqlarda mövqelərini gücləndirəcək. Xüsusilə Ukraynanın Kursk vilayətində yeni ərazilər ələ keçirməsi ehtimal olunan sülh danışıqlarında Moskvanın mövqeyini zəiflədəcək. Çünki ötən ilin avqustundan bəri Rusiya ordusu Ukrayna qoşunlarını Kurskdan tamamilə çıxarmağa nail ola bilmir. Bütün bu məqamlar Rusiyanın əleyhinə işləyir və mövqeyini güclü sürətdə zəiflədir. Digər tərəfdən Ukraynanın qış hücumu və yeni ərazilər ələ keçirməsi Rusiya cəmiyyətində etimadsızılıq yaradır. Artıq bunun əlamətləri aşkar müşahidə olunmağa başlayır. Kursk vilayətinin sakinləri və yerli idarəetmə orqanlarının rəhbərləri hakimiyyətə müraciət edərək müharibəni dayandırmağa çağırırlar. Ekspertlər hesab edirlər ki, Ukrayna Kurskdan əlavə iki istiqamətdə də hücum edəcəyi ilə bağlı ehtimallar gerçəkləşsə, bu, Moskva üçün ağır zərbə olacaq. Ekspertlər son zamanlar Qara dənizdə də Rusiyanın nəzarətinin zəiflədiyini qeyd edirlər. Ukraynanın suüstü dronlarla Rusiya donanmasına qarşı uğurlu əməliyyatları Rusiyanın Qara dənizdəki hərbi gücünü azaldaraq nəzarətini zəiflədib. Belə bir vaxtda Britaniyanın rəhbərlik etdiyi "dron koalisiyası"nın Ukraynaya külli miqdarda dron göndərməyə başladığı haqqında məlumatlar yayılmağa başlayıb. Bu məlumat təsdiqlənərsə, yaxın günlərdə Ukraynanın Qara dənizdə də hücumunun şahidi ola bilərik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri