Icma.az
close
up
RU
525ci qəzet Son şans Xa­qa­ni Cəfərli yazır

525ci qəzet Son şans Xa­qa­ni Cəfərli yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaqani CƏFƏRLİ

İran parlamentinin deputatı Mahmud Nəbavian bəyan edib ki, Tehran ABŞ və İsrailin malik olduğu silahlarla təchiz olunmaq üçün nüvə siyasətini dəyişdirməlidir. Parlamentin açıq iclasında çıxışı zamanı bu fikirləri səsləndirən Nəbavian hesab edir ki, Tehran bu addımı İranın düşmənlərini qorxutmaq məqsədilə atmalıdır. İran parlamentinə Tehrandan deputat seçilmiş Nəbavian daha sonra deyib ki, İran öz düşmənlərinə qarşı çəkindirici təsir yaradan istənilən silahdan istifadə edəcək. Deputat Mahmud Nəbavian fikirlərini Qurani-Kərimə istinad etməklə əsaslandırmağa çalışıb.

İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə Suriya Regional Komandanlığın Milli Təhlükəsizlik Bürosunun direktoru Kif Mulhemlə görüşdə bildirib ki, Tehran "Müqavimət oxu"na dəstəyini davam etdirəcək. Tehran "Müqavimət oxu" ifadəsi altında İsraili bir dövlət kimi məhv etməyi hədəfləyən qüvvələri nəzərdə tutur. Buraya Qəzzadakı HƏMAS, Livandakı "Hizbullah", Yəməndəki "Ənsurallah", Suriyadakı "Zeynəbiyyun", "Fatimiyyun", "Qüvvət Əl-Ridha" və "Livaul-Baqir" (İmam Baqir briqadası), İraqdakı "Haşid əl-Şaabi" ("Xalq Səfərbər Qüvvələri") və Bəhreyndəki "Əl-Aştar briqadası" kimi İrana bağlı proksi qüvvələr daxildir. 

HƏMAS-ın ötən ilin oktyabrın 7-də həyata keçirdiyi qanlı terrora qarşı İsrailin başlatdığı qisas əməliyyatı nəticəsində HƏMAS və "Hizbullah" gücünü önəmli şəkildə itirib. Ancaq İranın Suriyadakı proksi qüvvələri olan "Zeynəbiyyun", "Fatimiyyun", "Qüvvət Əl-Ridha" və "Livaul-Baqir" hələ də döyüş qabliyyətini saxlayır və İsrail üçün hazırda əsas təhlükə məhz bu qüvvələr hesab olunur. Belə görünür ki, yaxın günlərdə Yaxın Şərqdəki hərbi əməliyyatların ağırlıq mərkəzi Suriya ərazsinə keçə bilər. İsrailin Qəzza və Livanın ardınca Suriyada da əməliyyat aparmağa hazırlaşdığı haqqında məlumatlar yayılmaqdadır. İsraili buna vadar edən İranın Suriyadakı proksi qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxlaması ilə yanaşı, Livanı tərk edən "Hizbullah" yaraqlılarının da əksəriyyətinin Suriya ərazisində məskunlaşmasıdır. Bu qüvvələr zərərsizləşdirilmədən İsrailin "Hizbullah" və HƏMAS-a qarşı uğurları uzun müddətli sabitliyi təmin etməyə kifayət etməyəcək. İranın Suriyada gücünü və  mövqelərini qoruyub saxlaması "Hizbullah" və HƏMAS-a qısa müddətdə döyüş qabliyyətini təmin etməyə də imkan verəcək. Buna görə də İsrailin yaxın həftə və aylarda əsas diqqətini Suriyaya yönəldəcəyini gözləmək olar.

Qəzza və Livandan fərqli olaraq Suriyada həyata keçiriləcək hərbi əməliyyatlar geosiyasi təsirlər yaradacaq. Qəzza və Livandan fərqli olaraq Suriyada İranın məğlubiyyəti Yaxın Şərqdə nəhəng proseslərə yol aça bilər. Bunu yaxın tarixdə Suriyada baş verən hadisələr də təsdiq edir. İŞİD-in meydana çıxışı göstərdi ki, bölgə dövlətlərinin sərhədləri nə qədər kövrəkdir və ciddi bir hadisə bölgənin bütün siyasi coğrafiyasını dəyişə bilər.

ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo son müsahibələrinin birində bildirib ki, ABŞ-nin dəstəyi olmadan Suriyadakı terrorçuların öhdəsindən gəlmək mümkün olmazdı. Nəzərə almaq lazımdır ki, İŞİD-ə qarşı ABŞ, Rusiya, İran və Türkiyənin eyni mövqedən çıxışı olmasaydı, Suriya və İraq terrorçu qrupun öhdəsindən gələ bilməzdi.

Bu gün Suriyadakı vəziyyət İŞİD-in meydana çıxdığı dövrlə müqayisədə daha kövrəkdir. Ölkə faktiki olaraq bir neçə təsir dairəsinə bölünüb. Rusiya-İran qüvvələrinin dəstəyi nəticəsində iqtidarını qoruya bilən Bəşər Əsəd bütün ölkəyə nəzarət edə bilmir. İranın Suriyadakı qüvvələri olmadan Bəşər Əsədin hakimiyyətini qoruması mümkün olmayacaq. Suriyada isə ölkənin bütövlüyünü təmin etmək istəyən başqa bir qüvvə mövcud deyil. Suriyada baş verən hadisələr isə domino effekti ilə bütün qonşularını təsirləndirəcək və ən çox İrana təsir edəcək.

İranın daxilində vəziyyət də bir neçə ay öncə ilə müqayisədə daha kövrəkdir. İranın hərbi-siyasi elitasını birləşdirmək imkanında olan yeganə lider - Ali Rəhbər Seyid Əli Hameninin səhhətində ciddi problemlərin olduğu haqqında məlumatlar son günlər artıb. İki dəfə sui-qəsdə məruz qalmış və 85 yaşlı Əli Hameninin siyasi səhnəni tərk etməsi isə İranın siyasi elitasında ciddi boşluq yaradacaq. Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsindən beş ilə yaxın vaxt keçir və bu müddət ərzində İran onu əvəz edə biləcək hərbi lider yetişdirə bilməyib. Seyid Əli Hamenidən sonra yaranacaq lider boşluğunu isə doldurmaq ümumiyyətlə mümkün olmayacaq.

İrandan gələn xəbərlərin sırasında İsrailin bu ölkəyə qarşı oktyabrın sonunda həyata keçirdiyi məhdud hava hücumu gözlənildiyindən daha ağır nəticələr doğurduğunu təsdiq edən bilgilər də var. İndi məlum olub ki, oktyabrın sonunda İsrail hava hücumu zamanı Tehrandan təxminən 30 km aralıda yerləşən Parçin hərbi kompleksində Taleqan-2 tədqiqat mərkəzini dağıdıb. Vaşinqton Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (ISIS) əldə etdiyi peyk görüntüləri tədqiqat mərkəzinin binasının tamamilə dağıldığını üzə çıxarıb. Bu mərkəz İranın nüvə silahı proqramının bir hissəsi olub. ISIS-in məlumatına görə, mərkəz nüvə qurğusunu gücləndirmək üçün lazım olan partlayıcıları sınaqdan keçirmək üçün istifadə edilib. İsrail rəsmiləri isə bildirlər ki, nüvə qurğusunda uranı partlatmaq üçün lazım olan plastik partlayıcıların hazırlanması üçün istifadə edilən mürəkkəb avadanlıq məhv edilib. Belə məlumatlar var ki, İranın Rusiyadan hava hücumundan müdafiə sistemləri almaq niyyətindən vaz keçməsinin səbəbi bu tədqiqat mərkəzini qorumalı olan Rusiya istehsalı hava hücumundan müdafiə sisteminin İsrailin hava hücumu zamanı effektsiz qalmasıdır.

İsrailin məhdud hava hücumunun qarşısını almaqda İranın gücsüz görünməsi ölkə daxilində təsirsiz qalmayıb. İnsan hüquqları uğrunda mübarizə ilə yanaşı, mərkəzdənqaçma da sürətlənib və öz müqqədəratını təyin etmə geridönməz xarakter almağa başlayıb.

İranın əsas müttəfiqi hesab olunan Rusiya Ukraynaya qarşı müharibədə ağır itkilər verir və Tehrana ciddi yardım etmək imkanını itirib. Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində İranı əsas təhlükə mənbəyi hesab edən Donald Trampın qalib gəlməsi, yeni seçilmiş prezidentin yüksək vəzifələrə İsraili birmənalı dəstəkləyən şəxslərin namizədliklərini irəli sürməsi İsrailin döyüş əməliyyatları həyata keçirməsinə çox münbit beynəlxalq şərait yaradır. Belə bir münbit şəraitin bir daha yaranması şübhə altındadır. Ona görə hazırkı vəziyyəti İranın Yaxın Şərqdəki, xüsusilə Suriyadakı proksi qüvvələrinin zərərsizləşdirilməsi və təhlükəsizliyini uzun müddətə təmin etməsi üçün İsrailin son şansı hesab etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri