Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

525ci qəzet Baydendən Trampa yol xəritəsi Xa­qa­ni Cəfərli yazır

525ci qəzet Baydendən Trampa yol xəritəsi Xa­qa­ni Cəfərli yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xaqani CƏFƏRLİ

Dekabrın 11-də ABŞ prezidenti Cozef Bayden Çin, İran, Şimali Koreya və Rusiya arasında artan əməkdaşlığa qarşı Tramp administrasiyanın fəaliyyətini müəyyən edəcək yol xəritəsi olacaq təhlükəsizlik memorandumunu təsdiqlədi. "ABC News", "Associated Press" və "The Washington Post"un məlumatına görə, Bayden administrasiyası sənədin hazırlanmasına bir neçə ay öncə başlayıb. Sənəd yeni administrasiyanın fəaliyyətə başladığı ilk gündən, yəni 20 yanvar 2025-ci ildən etibarən ABŞ-nin əsas düşmənləri ilə mübarizə aparmasına kömək etmək üçün hazırlanıb.

Dörd hissədən ibarət memorandumun birinci maddəsi ABŞ-da dövlət strukturları arasında birgə fəaliyyətin və əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur. İkinci tövsiyə isə ABŞ-nin düşmənlərinin hərəkətləri haqqında müttəfiqlərlə məlumat mübadiləsinin sürətləndirilməsindən ibarətdir. Memorandumun üçüncü hissəsi sanksiyaların və digər iqtisadi alətlərin istifadəsinin gücləndirilməsini nəzərdə tutur. Sonuncu tövsiyə isə ABŞ-nin bu dörd düşməni ilə eyni vaxtda yarana biləcək böhranların idarə olunmasına hazırlıqların gücləndirilməsindən ibarətdir.

Memorandumda qeyd edilir ki, Ukrayna müharibəsi ilə təcrid olunmuş Rusiya pilotsuz uçuş aparatları və raketlər üçün İrana, qoşun və artilleriya üçün Şimali Koreyaya, ikili təyinatlı hissələr üçün Çinə müraciət edib və onlardan yardımlar alıb.

Bayden və Trampın bir çox məsələlərdə kəskin fikir ayrılıqlarına baxmayaraq, hər iki liderin administrasiyası milli təhlükəsizlik məsələlərində fəaliyyətlərini əlaqələndirməyə çalışırlar. Bu isə o deməkdir ki, memorandum Tramp administrasiyasının bilgisi daxilində imzalanıb. Bu qənaəti yaradan məqamlar çoxdur. Donald Tramp dəfələrlə ABŞ-nin düşmənləri olan Çin, Rusiya, İran və Şimali Koreya arasında yaranmış tərəfdaşlıq və əməkdaşlıqdan narahat olduğunu bildirib və bu dörd ölkə arasında əməkdaşlığa imkan verdiyi üçün Bayden administrasiyasını tənqid edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəsi başladıqdan sonra Moskva, Tehran, Pekin və Pxenyan arasında əməkdaşlıq həqiqətən də güclənib və tərəfdaşlığa çevrilib. Siyasi təhlilçilərə görə, bu ölkələrin ittifaqı üçün ən güclü stimul ABŞ-a qarşı dayanmaq istəyidir.

"Yeni Amerika Təhlükəsizliyi" Mərkəzinin Transatlantik Təhlükəsizlik Proqramının baş elmi işçisi Andrea Kendall-Taylor hesab edir ki, bu ölkələr arasında əlaqələr bir çox insanların düşündüyündən daha dərin və güclüdür.

Andrea Kendall-Taylor xəbərdarlıq edir ki, Trampın onların hər birinə ikitərəfli qaydada və müttəfiqlərimizin möhkəm dəstəyi olmadan yanaşması səhvdir: "Çünki onlar bir kollektiv olaraq fəaliyyət göstərdikləri halda biz müttəfiqlərimiz olmadan hərəkət etsək, tək qalırıq". Bu mənada ABŞ-nin Rusiya ilə müharibədə Ukraynanın mübarizəsini dəstəkləməsinin tərəfdarları hesab edirlər ki, bu, Çin, Rusiya, İran və Şimali Koreya arasında dərinləşən münasibətlərə qarşı durmağın ən yaxşı yoludur. ABŞ dövlət katibinin Avropa və Avropa məsələləri üzrə köməkçisinin keçmiş müavini Corc V.Buş İnstitutunun icraçı direktoru David Kramer də hesab edir ki, Çin, Rusiya, İran və Şimali Koreyaya qarşı durmağın ən yaxşı yolu Ukraynanın qalib gəlməsinə kömək etməkdir. Qeyd edək ki, ABŞ-nin "Beyin mərkəzləri"nin əksəriyyətində belə bir fikir hakim olmağa başlayır ki, Baydenin siyasətindən uzaqlaşmağın ən yaxşı yolu Kiyevin Moskva üzərində qələbəsini təmin etməkdir. Bayden administrasiyasının tənqidçiləri hazırkı prezidentin Ukraynanı silahlandırmaq, Rusiyanı isə diplomatik və iqtisadi cəhətdən təcrid etmək üçün Avropa və Asiyada müttəfiqlərindən ibarət geniş ittifaq yaratmasına baxmayaraq, Rusiya diktatoru Vladimir Putinlə münaqişənin gərginləşməsindən ehtiyat edərək Kiyevin Moskva üzərində qələbəsini təmin edəcək işləri görməyib.

Baydenin Tramp üçün hazırlatdığı "yol xəritəsi"nin zamanla Vaşinqtonun xarici siyasətinin təməlini təşkil edəcəyini istisna edilməməlidir. Xüsusilə də Moskvada səslənən fikirlər, Tehran, Pxenyan və Pekinin sürətlə silahlanmağa çalışması bu ehtimalı yaradır. NATO-nun baş katibi Mark Ruttenin qısa zaman öncə Alyans üzvlərini ortamüddətli perspektivdə Rusiya ilə mümkün müharibəyə hazır olmağa çağırmasını da, Baydenin "yol xəritəsi"nin gərəkliyini sübut edir.

Rusiya müdafiə naziri Andrey Belousov rəhbərlik etdiyi nazirliyin kollegiyasının geniş iclasında deyib ki, Rusiya "yaxın onillikdə" Avropada NATO ilə mümkün hərbi münaqişəyə hazır olmalıdır. Müdafiə Nazirliyinin kollegiyası iclasında hərbçilərə müraciət edən Vladimir Putin bildirib ki, ABŞ-nin təşəbbüsü ilə onilliklər ərzində mövcud olan təhlükəsizlik arxitekturasını sarsıdan yeni hərbi-siyasi ittifaqlar yaradılır. O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar 5500 km-ə qədər atəş məsafəsinə malik raketlər yaradır və bu raket sistemlərini Avropa və Asiya-Sakit Okean regionuna yerləşdirilmək istəyir. Putin xatırladıb ki, bu hərəkətlər ABŞ və SSRİ arasında 1987-ci ildə imzalanmış müqavilədə qadağan edilib: "Biz dəfələrlə bəyan etmişik ki, bu müqavilənin pozulması bütün qlobal təhlükəsizlik üçün mənfi nəticələrə gətirib çıxaracaq". Rusiyanın siyasi və hərbi rəhbərliyi NATO ilə "yaxın onillikdə" müharibə ehtimalını nəzərə alaraq silahlanmağa, eləcə də İran, Çin və Şimali Koreya ilə münasibətlərini dərinləşdirməyə çalışır. Bunun üçün artıq müəyyən addımlar atmağa başlayıb. Koreya Xalq Demokratik Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanması, İranla əhatəli saziş imzalamağa hazırlaşması belə addımlardandır. Aydın görünür ki, İran və Şimali Koreya da Rusiya ilə eyni mövqedədir. Hələlik Çinin mövqeyi qətiləşməyib. Qərb bloku ilə iqtisadi və ticari münasibətlər Çin üçün həyati önəm daşıdığı üçün Pekin Pxenyan və ya Tehran kimi Moskvanın istəyi ilə antiABŞ siyasətinə qoşulmaq istəmir. Digər tərəfdən, Pekində belə hesab edirlər ki, Rusiyanın Ukraynada, İranın isə Yaxın Şərqdə məruz qaldığı itkilər bu iki dövləti çox zəiflədib. Zəifləmiş Rusiya və İranla ittifaq yaratmaqla 50 dövləti "Ramşteyn formatı" adlandırılan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunda birləşdirməyi bacarmış ABŞ-la mübarizədən qalib çıxmaq üçün yetərli olmadığını Pekində çox gözəl bilirlər. Son zamanlar Çində Rusiya və İranla yaxın münasibətlərə görə hökumət ciddi tənqid olunur. Qərblə iqtisadi əlaqələr yaratmaqla həyat səviyyəsi kəskin yüksəlmiş çinlilər Rusiya və İranın antiABŞ isterikasından məsafə saxlamağın tərəfdarıdır. Çin rəhbərliyi isə cəmiyyətin bu istəyinə qarşı gedə bilmir. Rusiya, İran və Şimali Koreya isə Çinin dəstəyi olmadan Qərb blokuna qarşı uzun müddət dayana bilməz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri