Icma.az
close
up
RU
525ci qəzet Güc vasitəsilə sülh Xa­qa­ni Cəfərli yazır

525ci qəzet Güc vasitəsilə sülh Xa­qa­ni Cəfərli yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaqani CƏFƏRLİ

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna və Yaxın Şərqdəki münaqişələrə son qoymaq üçün "çox çalışacağını" bildirib. Bu bəyanatla Tramp özünün Floridadakı Mar-a-Laqo mülkündə "Öncə Amerika" Siyasət İnstitutunun keçirdiyi tədbirdə çıxış edib. Seçki kampaniyası zamanı isə Tramp Rusiya-Ukrayna münaqişəsinə "24 saat ərzində" son qoyacağını bildirmişdi.

Trampın prezident seçilməsindən sonra Rusiya-Ukrayna münaqişəsinin mümkün həlli barədə müzakirələr çoxalsa da, hər kəs danışıqların asan olmayacağını bilir. Məsələn, Trampın Rusiya-Ukrayna münaqişəsinə "24 saat ərzində" son qoyacağı ilə bağlı sözlərini şərh edərkən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, böhran bir gündə həll oluna bilməz. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın münaqişəni tezliklə bitirəcəyi ilə bağlı sözlərini "şişirdilmiş" adlandırıb. Trampın seçki kampaniyasının sözçüsü olmuş Karolina Leavit deyib ki, 47-ci prezident "müharibəni bitirmək" üçün "ilk gündə" Moskva və Kiyevi danışıqlar masasına "oturmağı" nəzərdə tutur. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Leavitin bu sözlərini şərh edərkən bildirib ki, Amerika hakimiyyəti Rusiyanı Ukrayna ilə danışıqlar masası arxasında "oturmamalı", demokratların "cinayətkar səhvlərini" düzəltməlidir. Bütün bu açıqlamalar onu göstərir ki, Tramp Rusiya-Ukrayna münaqişəsinə "24 saat ərzində" son qoyacağı ilə bağlı vədini gerçəkləşdirə bilməyəcək. Görünür, Vaşinqtonda da bunu anlayırlar. Tramp isə Rusiya-Ukrayna münaqişəsinə necə son qoyacağı ilə bağlı suallara son zamanlar gündəmə gələn "Güc vasitəsilə sülh" tezisi aydınlıq gətirə bilər.

Donald Tramp tərəfindən dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülən senator Marko Rubio bildirib ki, o, yeni vəzifəsində "sülhü güc vasitəsilə təmin etmək" niyyətindədir. Senator bildirib ki, bu zaman Amerikanın maraqları əsas götürüləcək.

Trampı seçkilərdə qələbəsi münasibəti ilə təbbrik edən Ukrayna prezidenti Volodimir Zelenski təbrik məktubunda ABŞ-nin yeni seçilmiş prezidentinin beynəlxalq məsələlərdə "güc vasitəsilə sülh" yanaşmasına sadiqliyini yüksək qiymətləndirdiyini yazıb. Zelenski hesab edir ki, məhz bu prinsip ədalətli sülhü yaxınlaşdıra bilər. Ukrayna prezidenti bu vəzifəni birlikdə həyata keçirəcəklərinə ümid bəslədiyini qeyd edib.

Tramp Rusiya-Ukrayna münaqişəsi ilə yanaşı, Yaxın Şərqdəki münaqişəyə də son qoyacağını vəd edib. Rusiya-Ukrayna münaqişəsi kimi, Yaxın Şərqdəki münaqişənin də qısa zamanda necə həll ediləcəyi məlum deyil. İranın BMT səfiri Əmir Əli İrəvaninin Nyu-Yorkda Trampa yaxınlığı ilə bilinən milyader İlon Maskla görüşü ilə bağlı məlumat Yaxın Şərqdəki münaqişənin diplomatik danışıqlar yolu ilə qısa zamanda həllinə müəyyən ümidlər yaratsa da, bu prosesin necə olacağını təsəvvür etmək mümkün deyil. Məlumata görə, gizli məkanda keçirilən və bir saatdan çox davam edən görüşdə İranla ABŞ arasında gərginliyin azaldılmasının yolları müzakirə olunub. İran tərəfi görüşü "müsbət" adlandırıb və gələcək dialoqa ümidlərini bildiriblər. Belə görünür ki, İran diplomatları ABŞ-la yeni sazişin mümkünlüyünə inanırlar. Lakin Tehranın rəsmi dairələrində fərqli fikirlər də var. Məlumata görə, bəzi İran rəsmiləri Trampla danışıqlara qarşıdırlar. Digər tərəfdən İranda İsrailə münasibətdə hər hansısa yumşalma müşahidə olunmur. Xüsusilə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərlərindən biri, general Məhəmməd Cəfər Əsədi dövlət televiziyasına müsahibəsində yəhudi xalqına qarşı sərt ittihamlar səsləndirib. General yəhudiləri "tarix boyu müsəlman dünyasına böyük iztirablar yaşatmaqda" ittiham etməklə yanaşı, Qurana istinad edərək yəhudiləri müsəlmanların ən böyük düşməni olduğunu əsaslandırmağa çalışıb. Suriyadakı İran qüvvələrinə komandanlıq edən general Əsədi yəhudi xalqını təhqir etməkdən çəkinməyib. İsrail rəsmiləri isə general Əsədin bu açıqlamalarını yəhudilərə qarşı qırğına çağırış kimi dəyərləndiriblər. Qeyd edək ki, İsrail tərəfinin narahatlığı əsassız deyil. Totalitar rejimdə "beşinci kolon" ittihamı ağır nəticələr doğura bilər. Tarix boyu yəhudilərə qarşı törədilmiş qətliamlar məhz belə ittihamlardan sonra baş verib. Buna görə yəhudi diasporunun liderləri "həyacan təbili" çalmağa başlayıblar. Yaxın Şərqdə, eləcə də İranla İsrail arasında gərginliyin artdığı bir zamanda Trampın diplomatik danışıqlar yolu ilə sülhə nail olacağı mümkün görünmür. Belə görünür ki, sülh yalnız Marko Rubionun ifadə etdiyi kimi, güc vasitəsilə mümkündür. Obrazlı ifadə etsək, ehtimal nəzəriyyəsinə görə, münaqişələrin daha da böyüməsi gözlənilir. Xüsusilə də Baydenin prezidentliyinin son iki, Tarmpın prezidentliyinin ilk aylarında münaqişələrin daha da şiddətlənəcəyi ehtimalı çox yüksəkdir. Bu münaqişələrin şiddətlənəcəyi ehtimalının yüksək olmasını şərtləndirən əsas amillərdən biri də ABŞ-la Çin arasında rəqabətin sərt mərhələyə keçməsidir. Trampın yüksək vəzifələrə namizədliyini irəli sürdüyü şəxslər də Çin və İrana qarşı sərt mövqeləri ilə tanınırlar. Digər tərəfdən unutmaq olmaz ki, Tramp özü də səkkiz il əvvəlki adam deyil. İlk dəfə prezident seçiləndə Trampın 70 yaşı vardı. İndi isə 78 yaşı var və səhhətində problemləri olduğu iddia edilir. Bu o deməkdir ki, Ağ evin siyasətini daha çox həmin məmurlar müəyyən və icra edəcək. Bu zaman isə məhz "güc vasitəsilə sülh" məntiqinə istinad ediləcək. Beş il əvvəl Rusiyada yeni doktorina kimi irəli sürülən "Lavrovla anlaşa bilməyənlər Şoyqu ilə anlaşmalı olacaq" fikri Ukraynaya qarşı geniş miqyaslı müharibəyə səbəb oldu. Marko Rubionun "güc vasitsilə sülh" tezisi "Lavrovla anlaşa bilməyənlər Şoyqu ilə anlaşmalı olacaq" fikrinin amerikansayağı ifadəsidir. Buna görə də münaqişələrin şiddətlənəcəyi, dünyada daha ciddi gərginliklərin yarana biləcəyi ilə bağlı ehtimların gerçəkləşməsinə hazır olmaq daha doğru olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri