Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

525ci qəzet Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər Telman Orucovdan yeni yazı

525ci qəzet Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər Telman Orucovdan yeni yazı

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Telman ORUCOV

Dünyadakı yeni ərazilərin, hətta insan yaşayan dörd qitənin kəşf edilməsində avropalıların müstəsna rol oynadıqlarını layiqincə qiymətləndirmək çətin olduğu kimi, bu inqilabi fəaliyyəti inkar etmək heç cür mümkün deyildir. Naməlum ölkələrə və xalqlara onların marağı Orta əsrlərdən böyüməyə başlamış və həmin ərazilərə ayaq basmaq, onlarla yaxından tanış olmaq həvəsi daha da güclənmişdir. Bu heç də o demək deyildir ki, onlar kor-koranə hərəkət edir, qaranlığa işıq salmaq üçün məqsədi bəlli olmayan fədakarlıq göstərirdilər. Ən azı, onlar təxəyyüllərində bu ölkələri və xalqları yaradır və onlara xüsusi cazibədarlıq xüsusiyyətləri verirdilər.

Naməlum olanlar barədə yaranan təsəvvürlər

İnsana ona görə də bəzən fantastik mənzərələrin bolluğu ilə seçilən bu torpaqları kəşf etmək üçün həmin çağırış tipli düşüncələr hakim kəsilir, qığılcım rolunu oynamaqla, sonrakı gurlayan  alovun yaranmasına səbəb olur. Onlar haqqında azacıq eşitdiklərini sonra, bu ölkələri və xalqlar barədə  uydurulmuş müxtəlif keyfiyyətlərlə silahlandırmaqla böyüdürlər. Guya həmin ərazilərdə boyu 28-30 fut hündürlüyündə olan nəhəng insanlar yaşayır. Uzaq şimaldakı qadınları isə onlar qəddar məxluqlar kimi təsəvvür edirdilər. Bunları heç də təkcə özləri uydurmamışdılar, onlara məlum olan qədim yunan mifləri də qeyri-adi əhvalatlarla və varlıqlar barədəki biliklərlə onların şüurunu doldurmuşdu.

Qədim yunan mifologiyası, antik dünyaya tanışlıq başlandıqdan sonra, öz qeyri-adiliyi ilə onlar avropalıların marağını daha da qızışdırmışdı. Krit adasındakı labirintdə saxlanan yarıöküz, yarıinsan olan Minotavrın hər il çox sayda afinalı oğlan və qızları yeməsi maraq kəsb etməklə yanaşı, həm də onları qorxudurdu. Heraklın igidliyi barədə rəvayətlər məlum olmayan hadisələrlə və heyvanlarla dolu idi. Bu qəhrəman, dimdiyi, qanadı və caynaqları misdən olan quşlarla da mübarizə aparmış, Atlantı aldada bilmiş, çoxbaşlı gidranı və Nemey şirini, kentavrları, ikibaşlı kerber itini məğlub edə bilmişdi. Qədim yunanlar xüsusən təəccüb doğuran, döyüşkən və həm də qəddarlıqları ilə seçilən qadın cəmiyyəti olan amazonkalar barədə əfsanələr də uydurmuşlar. Dəniz səfərlərinin təhlükəli olduğu, Odisseyin əhvalatlarında sirenaların xoş səslə oxumasına heyran olan səyahətçilərin məhv olmaqla üzləşdikləri şəklində təsvir edilmişdi.

Avropalılar qədim yunanları elmin, fəlsəfənin, incəsənətin, demokratiyanı da özündə əks etdirən hüququn, arxitekturanın, ümumilikdə Avropa sivilizasiyasının beşiyi saydıqları Afinada, yunan torpaqlarında yaşayanların miflərinə də şübhə ilə yanaşmaq istəmirdilər. Mifologiyadakılar fantastikliyi ilə seçilsə də, qitə sakinləri olan xalqların nağıl tipli, primitiv miflərindən reallığa daha yaxın, həm də dramatik səhnələrlə daha bol olduğuna görə fərqlənirdi və avropalılar asanlıqla onun təsiri altına düşürdülər.

Bunlara təəccüblənmək də düzgün deyildir. Axı bir qayda olaraq insan həyatın naməlum cəhətlərinə daha çox maraq göstərir, onun real olaraq necə mümkün olduğunu bilməyə, öyrənməyə, anlamağa can atır. Konqitiv inqilabın başlanması ilə insan, öz təfəkkürünü inkişaf etdirməyə, idrakını gücləndirməyə çalışırdı. Bu isə bəşər cəmiyyətində ardıcıl inkişafın bir generatoru rolunu oynayırdı.

Məhəbbət: fədakarlıq və faciəli sonluq

Hətta ibtidai insan da öz maraq dairəsinin genişlənməsi, həyat tərzinin dəyişilməsi ilə təkamülün bünövrəsini qoymuşdu. İnsanın təbii hissi olan məhəbbət, onun hakim kəsilməsindən xəbər verən ehtiras təkcə şirinliyi ilə deyil, həm də onun daşıyıcılarına əzab verməsi ilə, ağla sığmayan hiss kataklizmlərinə cəlb etməsi ilə seçilir. Təsadüfi deyildir ki, b.e.ə. VI əsrdə Lesbos adasında yaşamış yunan şairəsi Sapfo insan üçün çox təsirli və ali hiss olan məhəbbəti, ondan müdafiəsi mümkün olmayan şirin-acı əjdaha adlandırmışdı. İnsanın məhəbbət dünyasında yaşaması üçün hər cür fədakarlığa hazır olması, onu həyatdakı digər qorxulu hadisələrdən də çəkinməməyə, çaşmağa səsləyir. İstər Şərqin, istərsə də Avropa xalqlarının nağıllarında təsvir olunan məhəbbət əhvalatları, cismani hissiyyat, bir qayda olaraq, faciələr məkanına çevrilir, sevənləri ağır bədbəxtliklər öz ağuşunda boğmağa başlayır.

Lakin belə çox təkrar olunan sonluq, sonralar məhəbbət dünyasının sakinləri olanları heç də qorxutmur, onlar bu təhlükə dənizinə, hisslərinin iradələrinə qalib gəlməsi nəticəsində, məhəbbət naminə heç nəyi nəzərə almadan baş vururlar.

Məhəbbətin qurbanları, onu müxtəlif cür qiymətləndirilməsinə görə geniş çeşiddə, ali hiss naminə ağla gəlməyən faciəli sonluqlara sahib olurlar. Qadın, əslində dünyanı gözəl etdiyinə görə, onun yolunda qurban gedənlər daha çox olur. Qıza vurulan, onu ürəkdən sevən oğlan və ya kişi coşqun sevgisinə görə həyatını da qurban verməyə hazırdır, çünki sevdiyinin də cavab hisslərinə qətiyyən şübhə etmir, qızın da onun yolunda hər cür fədakarlığa gedəcəyinə inanır. Lakin təəssüf ki, məhəbbəti, ustalıqla qurulan tələ hesab edən bəzi qızlar, adətən onları sevənləri öz sədaqətinə nəinki inandırmağı və hətta ondan istədiyi kimi, öz məkrli niyyətləri üçün istifadə etməyi də bacarırlar.

Bibliyadakı yəhudi qəhrəmanı, filistinlilərin çox qorxduğu Samson, düşmən tayfanın qızı Dəlilə tərəfindən tələyə salındığını ağlına da gətirmir. Axı onların görüşləri Samsona olduqca böyük həzz verir, axı Dəlilə ona özünün eşq təyinatlı xəzinəsini bağışlamışdır. Filistinlilər Samsonun əfsanəvi gücünü yaradan səbəbi bilməyə çalışır və bunu öyrənməyi Dəliləyə tapşırırlar. Dəlilə hər cür nəvaziş göstərərək, Samsondan bu sirri ona açmağı xahiş edir. Bir neçə dəfə bu xahiş təkrar olunduqdan sonra, Samson sevdiyi qızın ovsununa dözməyi bacarmır və ona etiraf edir ki, onun gücü saçlarındadır. Bir dəfə gur eşq səhnəsindən sonra Samson yuxuya gedib yatanda, Dəlilə onun başını qırxır və malik olduğu nəhəng güc Samsonu tərk edir. Filistinlilər tam zəifləmiş Samsonu əsir götürürlər və onu bir sütunlu binada saxlayırlar. Samson başındakı saçın uzandığını görüb, əvvəlki gücünün bərpa olunmasına əmin olur. O, zəncirlə bağlandığı daş sütunu dartıb yerə salır, binanın tavanı dağılır və onun altında çox sayda filistinli və Samsonun özü həlak olur.

Dəlilə yüngül əxlaqlı qız olduğuna görə, Samsona saxta məhəbbət bəsləməklə, casusluq etmişdi. Sevginin adamı kor etməsi Samsonun nümunəsində bir daha aydın görünür.

Avropada isə Orta əsrlərdəki Françeska da Riminin məhəbbət macərası və sevgililərin acı taleyi, onu qitə mədəniyyətinin ən məşhur obrazlarından biri etmişdir. Onun cavan yaşında məhəbbətinə görə həlak olması sonralar ədəbi, təsviri sənət, musiqi əsərlərində, kinoda geniş istifadə edilmişdir. Dante Aligyeri özünün "İlahi komediyası"nda ilk dəfə bu məşhur və gözəl qıza xeyli yüksək sətirlər həsr etmişdi.

Françeska da Rimini (1258-1284-cü illər) 15 yaşında olanda, Ravennanın hökmdarı olan atası onu Canqotto (Covanni) Malatestaya ərə vermişdi. Nikah siyasi məqsəd naminə bağlanmışdı, belə füsunkar qız axsaq oğlana ərə getmişdi. Lakin Françeska az sonra ərinin kiçik qardaşı Paolo ilə sevişmiş, əri onları cinayətlərində tutanda, hər ikisini qılınc zərbəsi ilə öldürmüşdü. Covanni anlamalı idi ki, şəhərdə gözəlliyi ilə seçilən və mələyə bənzər bu qız ona sədaqətli arvad olmayacaqdır və ona görə də gənc xanımı onun daha yaraşıqlı kiçik qardaşlına vurulmuşdu. Françeska yeniyetmə ikən sevmədiyi adama ərə getdiyindən, sonra onu cəlb edən əsl məhəbbət həyatını yaşamış və birgə yaşadıqları şirinliyin zəhər kimi acı dadı hər iki sevgilinin həyatına son qoymuşdu. Bu hadisədən səkkiz əsrə yaxın vaxt keçir, lakin məhəbbət fədaisi olan Françeska da Rimini təkcə müxtəlif növlü əsərlərdə deyil, həm də məhəbbətin aliliyinə qiymət verən və həyatını buna həsr etməklə fərqlənən adamların xatirələrində yaşamaqda davam edir.

Məhəbbət dənizi ona baş vuranları, hətta onun dərinliklərində boğulanları şərəf zirvəsinə yüksəldib, onlara əlavə, əsrlərlə ölçülən ömür verməyi ilə seçilir. Françeska da Rimini və Paolo Malatesta başlarında bu çələngi daşımağa layiq olmuşlar. Onlar məhəbbətin qurbanı olsalar da, ölməz şöhrətlərinə rəğmən, hələ də sevən məxluqlara nümunəvi təsir göstərməyi bacarırlar.

Françeska da Rimini ilə Dəlilə arasında məhəbbətə münasibətdə qütbvari fərq vardır. Françeska Paoloya sevgisinə görə öz həyatını qurban verməklə yanaşı, həm də məhəbbət bəslədiyi oğlanın da həyatını itirməsinə səbəb olması ilə cəzalansa da,  az müddətdə də olsa, onlar bu ali hissin əbədi baharını da yaşamış, Venera bağının bəxş etdiyi imkandan bol istifadə etməklə, əsl insan həyatının ən yüksək dəyərindən həzz almışdılar.

Dəlilə isə Samsonu, əslində, sevmirdi, lakin onu tələyə salmaq, ağlasığmaz qüvvətinin sirrinə bələd olmaq üçün onunla fiziki yaxınlıq edirdi. Onların ruhları isə tam müxtəlif paralellərdə yaşayırdı. Samson öz dərin hissi ilə bu qızı sevirdi və həmin onu qarsan bu alovun da qurbanı oldu. Dəlilə isə məhəbbətin nə olduğunu bilmirdi, öz saxta hisslərini işə salmaqla, casusluq qabiliyyəti ilə öyünürdü.

Lakin sevən qadınların çoxu,  onları yüksəldən hissə, məhəbbət duyğusuna daimi sədaqətli qalırlar. Elonza və Abelyar tarixçəsində Elonza ölənə qədər özündən yaşca iki dəfə böyük və müəllimi olan kişidə məhəbbət alovunun daha gur yanmasına nail olmuşdu. İzolda Tristana olan sevgisini ölənə qədər hifz etmişdi.

Yaxud başqa bir misal. Əfqanıstanda Payinda xanın qızı olan Vəfa Bəyim Şah Şucaya ərə getmişdi. Az sonra, 1803-cü ildə öz düşməni olani digər sülalə ilə qanlı döyüşə girən Şuca dustaq edilmişdi və arvadı onu Kaşmirdəki məhbəsdən 1813-cü ildə azad etmək üçün ərinin düşməni Rancit Sinqhə çox qiymətli olan məşhur Köhi-Nur almağını təklifı etmişdi və Şucanın  ikinci dəfə də 1815-ci ildə Lahor dustaqxanasından azad olmasına kömək etmişdi. Axırda britaniyalıları, ona sığınacaq verməyə inandıra bilmişdi. 1838-ci ildə əri Şucanın siyasəti xanımının məsləhətindən məhrum olduğuna görə uğursuzluğa uğramışdı. Vəfa  Bəyim bu vaxt artıq ölmüşdü.

Kohi-Nur almazı isə tarixdə öz növündən olan daş-qaşların içərisində hadir nüsxə olması ilə seçilir, onun sahibləri buna görə iftixar hissləri yaşayırdılar. Xeyli əvvəl, XVII əsrin son rübündə hakimiyyətdə olan Teymur Şah öz Timurid əcdadlarına bənzəmək istəyirdi. Bu cəhdi bir fayda verməsə də, lakin o, daş-qaş aludəçisi idi. Köhi-nur almazını sinəsinin döş tərəfində, dirsəkdən yuxarı sancılmış şəkildə gəzdirirdi, atının da qaşqasına qiymətli bəzəkli sancaq vururdu.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri