Icma.az
close
up
RU
525ci qəzet Böyük coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525ci qəzet Böyük coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Telman ORUCOV

(Əvvəli ötən çərşənbə sayımızda)

Rancit Sinqhə verilən almaz hələ XIII əsrdən mövcud idi. 1839-cu ildə isə almaz britaniyalı Con Lourenə məxsus olmuşdu, 1850-ci ildə İngiltərəyə gətirilmişdi. Loqq onu kraliça Viktoriyaya hədiyyə vermişdi. 1853-cü ildə almaz kraliçanın tacına bərkidildi. O vaxtdan indiyədək almaz Böyük Britaniya monarxlarının tacını bəzəyir.

Misal gətirilən nümunələrə görə sevənləri qınamaq da olmur, çünki bu fədakarlıq insan təbiətindən doğur, onun əksər canlılardan fərqli olduğunun əyani bir təzahürüdür. Qədim Romanın böyük şairi Ovidinin yazdığı kimi, məhəbbəti yaşamaqla, ibtidai insan bu ülvi hissin daşıyıcısına çevrilməklə, heyvanlara xas olan həyat tərzindən uzaqlaşmış, özünü yeni, tam fərqli xüsusiyyətlərə malik olan bir varlıq kimi göstərmişdir.

Məhəbbət cəmiyyətlərin yaratdığı qadağalara, qınaqlara da məhəl qoymur, hər cür təhlükə vəd edən hisslərin coşmasını nəinki söndürür, hətta onların alovlanması ilə öz təbiətindən irəli gələn igidliyə əl atdıqlarına görə də sevinir. Heç bir əzab onu qorxutmur, çünki onlara dözməyə, bu həyatı yaşamağa artıq hazırdır, hətta qarşıdakı ölüm şəklindəki ağır cəza da onları bu cəbhədən uzaqlaşdıra bilmir. Məhəbbət döyüşü axırda ölüm vəd etsə də, buna girişənlər həyatlarını itirməyə görə də ondan heç vaxt çəkinmirlər.

Yeniliyə maraq göstərməsi insanı igidliyə səsləyir

Özünü və dünyanı dərk etməyə çalışan insan təkcə məhəbbət əhvalatlarında sınanmır, onun igidlik göstərməsi, çətinlikləri hər cür əzablar hesabına dəf etməsi üçün digər motivlər də mövcuddur. Bu qarşısı alınmaz istəklərdən biri onun yeniliyə, naməlum olanlara möhkəm maraq göstərməsidir. Bu niyyətinə görə insan qorxulu təhlükələrə atılmağa hazırdır, əvvəl baş verən əhvalatlar onu qorxutmaq əvəzinə, daha qızğın hisslə və iradə ilə silahlandırır. O, qarşısına olduqca böyük məqsəd qoyduqda, hər cür əzaba, məhrumiyyətlərə də dözməyə, ölümlə üzləşməyə də hazırdır. Bunlar isə onu əvvəllər məlum olmayan igidliklər göstərməyə səsləyir və onlara müsbət cavab alır. Məhz bu hisslər avropalıları ətraf dünyanı öyrənmək həvəsinə cəlb etməklə, həsəd aparılacaq igidliklər göstərməyə həvəsləndirdi. Onlar, Ferdinand Magellanın nümunəsində olduğu kimi, uzun çəkən və çox saydakı əzablara dözəndən sonra, ağılsız bir təşəbbüs hesabına həyalarını itirə də bilərlər. Dünyanı öyrənmək, fəth etmək rahat həyatdan heç də həzz almaqla, ləzzətlə əhatə olunmuş bir şəraitində baş vermir, bu vəzifəni yerinə yetirmək üçün möhkəm iradə və sarsılmaz cəsarət göstərmək tələb olunur. Bir qayda olaraq, insan ona mənsub olanlarla heç vaxt kifayətlənmək istəmir, daha böyük imkanlar vəd edən həyat şəraitinə nail olmaqdan ötəri onları öyrənmək istəyir və bu qərarı ilə ətalətdən xəbər verən əvvəlki yaşayışına son qoyur. O, uzaq ölkələrə səfər etməkdən də çəkinmir, qaranlıq olanları işığa qərq etmək üçün onda əvvəllər məlum olmayan bir istək və tükənməz enerji yaranır.

Əlbəttə, bu həvəsin yaranması heç də təsadüfi deyildir, bir çox hadisələr onu buna hazırlamışdır. Bu igidlik, qəhrəmanlıq nümunələri heç də boş yerdə yaranmamışdır, onların həyata keçirilməsi üçün istəyin və yaranan şəraitlərin üst-üstə düşməsi də az rol oynamır.

Bu heç də sirr deyildir ki, insan yaranışdan sərvətə sahib olmaq, varlanmağa nail olmaq onun üçün hərəkətverici qüvvə rolunu oynamışdır. Əlbəttə, bu istək ibtidai insanda primitiv xarakter daşıyırdı, iri heyvanı ovlamaq onun böyük sevinc mənbəyinə çevrilirdi, çünki doğma icması aclıqdan xilas olacaqdı, bir müddət qida ehtiyatı ilə təmin ediləcəkdi. Ərzaq cəhətdən çətinlik çəkən qəbilələr başqasına hücum edib, onun ixtiyarındakı o dövrün ən mühüm sərvətini - qida maddələrini ələ keçirməsi ilə öyünürdü.

Lakin sərvət naminə insanın göydəki ulduzları qoparmağa cəhd etməsini də düşünmək sadəlövhlükdür. İnsan kosmosa yalnız məchulluq və qorxu mənbəyi kimi baxırdı, onun cisimlərini, az qala, müqəddəslik haləsi ilə əhatə edirdi. İnsanı Yer üzünün nemətləri maraqlandırırdı və onlara sahib olmaq istəyi daim onu axtarışlara, yeni olan bir şeyi tapmağa cəzb edirdi. İnsan öz həyatındakı və ərzaq istehsalındakı bir sıra dəyişikliklərlə ovçuluqdan və bitkilərin meyvəsini və kökünü yığmaqdan, kənd təsərrüfatı istehsalına keçməklə, Aqrar inqilaba imza atmışdı. İndi o, təkcə ovun nəticəsindən və yığmaq fəaliyyətindən asılı deyildi, əkinçilik və heyvandarlığın mənimsənilməsi, azacıq da olsa, istehsala başlaması ilə, öz həyatında ağla sığmayan müsbət dəyişikliklərə nail olmuşdu. Belə şəraitdə varlanmaq həvəsi də böyüyürdü, bu motiv insana yol göstərən ulduz rolunu oynayırdı.

Yaşadığı təbii şərait də insanın ağıl və əmək qabiliyyətinin inkişafına öz müsbət və mənfi təsirini göstərirdi. Hər şeyin hazır şəkildə təbiət tərəfindən təchiz edildiyi şəraitlərdə insan inkişafdan geri qalırdı. Onu yeniliyə, digər vasitələrə sahib olmaq maraqlandırmırdı, çünki təbiət onun üçün ana rolunu oynayırdı. Ana körpəsini döş südü ilə əmizdirdiyi kimi, təbiət də insan icmalarını hazır qida məhsulları ilə, məsələn, Şimali Amerika hindularını su hövzələrində bitən, yabanı düyü və bizonları ovlamaqla və balıq tutmaqla bol ət ehtiyatı ilə təmin edirdi. Qida barədə ehtiyac hiss etməyən, çətinlik çəkməyən icmalar ixtiyarlarında olan mənbələrlə kifayətlənməklə, yeni həyat tərzi, daha böyük bolluğa yiyələnmək hissi onları heç maraqlandırmırdı da.

Avropada isə təbiət insanları belə bol qida ehtiyatı ilə təmin etmirdi, ona nail olmaq üçün böyük əziyyət çəkmək tələb olunurdu. Ona görə də qitə sakinlərini təxəyyüllərində əfsanəvi bolluq məskəni kimi canlandırdıqları torpaqlar onları daha çox maraqlandırmağa başlayırdı. Onların yeni əraziləri fəth etmək istəyi və həvəsi, bəlkə də, müasir insana təəccüblü görünə bilər. Lakin ehtiyac və ondan xilas olmaq daim insanı hərəkət etməyə məcbur edən mühüm motiv rolunu oynamışdır.

Ədviyyat axtarışları böyük kəşflərə yol açır

Təəccüblü görünsə də, insanı təkcə qida maddələrinin bolluğu deyil, həm də istehlak etdiyi qidanın keyfiyyəti, dadı, onun getdikcə artan zövqünə uyğun olması da maraqlandırırdı. Bu sahədə avropalıların ədviyyatla tanışlığı, onların mətbəxində, məişətində mühüm dəyişikliyin əmələ gəlməsinə səbəb olmuşdu, odda əti qızartmaqdan, dadlı, ləzzətli xörəklər hazırlamasına keçilmişdi. Bunlar isə öz torpaqlarında bitməyən, Uzaq Şərqdən gətirilən ədviyyat növlərinin köməyi ilə meydana gəlmişdi. Ərəb tacirlərinin vasitəçiliyi ilə Şərqdən gətirilən ədviyyat avropalıların xörəyinə xüsusi dad verirdi, ona öyrənən adamlar primitiv qaydada hazırlanan qidaya artıq o qədər də maraq göstərmirdi. Bu həm də avropalıların zövqündə dəyişikliyin baş verməsinə səbəb olmuşdu. Ədviyyata yiyələnmək, ondan daha çox istifadə etmək istəyi müəyyən vaxt ərzində artmağa, alovlanmağa başladı. Daha dadlı xörəyə öyrənən adam artıq dadsız hazırlanan qidaya maraq göstərmir, hətta bəzən ona ikrah hissi ilə baxmağa başlayır.

Lakin ədviyyat mənbəyini tapmaq və ona sahib olmaq istəyini məhəbbət labirintində dolaşmaqla müqayisə etmək düzgün olmazdı. Ədviyyat yeyilən xörəyə dad vermək üçündür, dad təbii olaraq qida boğazdan keçdikdən sonra öz mahiyyətini itirir. Məhəbbət isə ürəyin səlahiyyətinə aid olduğundan, insanı bütünlüklə öz təsiri altına salır, uzun müddət yaşamaqda davam etməklə, insanın ali hədəfinə çevrilir. Məhəbbət arzulandığı romantikanı gözlədiyindən, poeziya xarakteri daşıyır. Ədviyyat isə yalnız xörəyə dad vermək üçün olduğundan, özünü ancaq məişət problemi kimi büruzə verir, ona görə də məhəbbətdən fərqli olaraq sırf prozaik xarakter daşıyır.

Bu heç də o demək deyildir ki, biz ədviyyat axtarışlarına çıxan səyyah-tədqiqatçıların gərgin əməyini, göstərdikləri əsl igidlikləri qiymətləndirməməliyik. Belə münasibət onlara qarşı yolverilməz ədalətsizlik olardı. Onlar maddi varlıqları axtarsalar da, onların məchulluğa bürünmüş ağır səfərləri hər cür təhlükələrlə dolu idi. Onların başına gələn macəralar ölümün ağuşuna atılmaq təsiri bağışlasa da, özünə məxsus romantikanı yada salırdı. Ona görə də biz bu insanların qəhrəmanlıqdan xəbər verən ağır zəhmətini nəinki aşağılamalı, onların böyük kəşflərlə nəticələnən səyahətlərini yüksək qiymətləndirməliyik.

Ədviyyat axtarışlarına həsr olunmuş səfərlər heç də hansısa ölkəni görmək kimi sadə maraqdan yaranmamışdı. Avropalıları bu məsələdə müəyyən ölçüdə narazı salan mühüm cəhət də mövcud idi. Bu da ədviyyatın baha qiymətə ərəb tacirlərindən alınması idi. Onlar da bu ləzzət mənbəyi olan bitki məhsulu növlərini uzaq məsafələrdən gətirdiklərindən, ağır yol xərci çəkməyə məcbur olurdular. Onlar bibəri Hindistanın qərb ərazilərindən, darçını və muskus qozunu isə uzaq Şərqdə yerləşən adalardan alıb gətirirdilər. Bu məhsullar heç də ərəb tacirlərinə məxsus deyildi, bu bitkiləri yerli ada sakinləri becərirdi. Ərəblər isə yalnız ticarət xidməti göstərirdilər. Avropada da ədviyyata tələb getdikcə böyüyürdü, ona görə də tacirlərin təklif etdikləri baha qiymətlərlə də razılaşmaq lazım gəlirdi.

Lakin XV əsrin ortalarında vəziyyət daha da pisləşdi, ərəblərin qitəyə ədviyyat gətirməsi, ümumiyyətlə, ticarət əməliyyatları dayandırıldı. Buna isə səbəb 1453-cü ildə Konstantinopolun türk sultanı Mehmet Fateh tərəfindən tutulması oldu. Axı Avropaya dəniz yolu Konstantinopoldan keçirdi, bu yolun hesabına Venetsiya Respublikası ticarətdən olduqca varlanmışdı. Türklərin Bizans imperiyası üzərində qələbəsi və onu yox etməsi, Avropanı təmin edən ticarət üçün keçilməz sədd rolunu oynadı. Bazarda ədviyyatın qiyməti otuz dəfə yüksəldi. Beləliklə, şəraitin təzyiq göstərməsi ilə Orta əsrlərin sonu böyük coğrafi kəşflər erasına çevrildi.

Avropalılar, əlbəttə, xüsusən varlı təbəqə, mətbəxlərində ədviyyata çox öyrəndiklərindən, hətta adət etdiklərindən, onu əldə etməyin digər yollarını axtarmağa başladılar. Bu sahədə venetsiyalı səyyah Marko Polonun "Səyahətnamə" kitabı onlar üçün bu həvəsi daha da artıran bir rol oynadı. Marko atası Nikkolaya qoşularaq quru yolla, əzablı və uzun vaxt tələb edən səfərə çıxmışdı. Böyük çətinliklərin müşayiət etdiyi bu ağır səfər nəticəsində o, 1271-ci ildə uzaq Çinə, o vaxtlar işğal edilmiş ölkəni idarə edən Monqol hökmdarı Xubilay xanın sarayına gəlib çıxmışdı. Səfərdən isə, əvvəlki çətinliyi nəzərə alaraq, dəniz yolu ilə qayıtmış, bir sıra ölkələri və onlarda yaşayan xalqların həyatını və məişət qaydalarını müşahidə etmişdi.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see147

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see141

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see135

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see134

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see134

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see128

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see126

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see124

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see122

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see120

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see117

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see115

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see114

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see114

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see112

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see111

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see109

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri