Icma.az
close
up
RU
525ci qəzet COP29 çox maraqlı keçir Hindistanlı nazir

525ci qəzet COP29 çox maraqlı keçir Hindistanlı nazir

"COP29 çox maraqlı keçir və ümid edirəm ki, hamının gözlədiyi nəticələrə nail olacağıq, xüsusən də inkişaf etməkdə olan ölkələr və dünyanın cənubundakı qlobal ölkələr üçün".

525.az xəbər verir ki, bunu APA-ya Hindistanın ətraf mühit, meşələr və iqlim dəyişiklikləri üzrə Dövlət Naziri Şri Kirti Vardhan Sinqh deyib.

“İqlim dəyişikliyinə qarşı tədbirlər və təsirin azaldılması ilə bağlı uyğunlaşma planlarımızı həyata keçirə bilməyimiz üçün həqiqətən də bu sahədə çox müsbət nəticələr gözləyirik.

İnkişaf etməkdə olan dünyanın bir hissəsi olaraq gözləntimiz eynidir ki, biz daha əvvəl verilən vəd və öhdəliklərin, xüsusən də Paris razılaşmasındakı öhdəliklərin yerinə yetirilməsini gözləyirik. Yumşaldılma hədəfləri və uyğunlaşma məqsədləri ilə bağlı artan ambisiyaları irəli apara biləcəyimizə ümid edirik”, - o qeyd edib.

seeBaxış sayı:16
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri