Icma.az
close
up
RU
525ci qəzet COP29 fərqli rakursda: ekoloji dayanıqlığı dilçilik elmi də dəstəkləyir

525ci qəzet COP29 fərqli rakursda: ekoloji dayanıqlığı dilçilik elmi də dəstəkləyir

Sevinc HƏSƏNOVA
Pedaqogika üzrə fəlsəfə doktoru

1992-ci ilin iyun ayında, insanların iqlim sisteminə müdaxilələrinin qarşısını almaq məqsədilə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammiti dünya üzrə ekoloji mübarizənin təməl daşlarından biri olub. Bu sammit zamanı imzalanan Çərçivə Konvensiyası, qlobal iqlim dəyişiklikləri ilə mübarizə üçün beynəlxalq səviyyədə atılan əhəmiyyətli bir addımdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) ilk tədbiri 1995-ci ilin mart ayında Berlində keçirilib və o gündən etibarən hər il müxtəlif ölkələrdə davamlı olaraq təşkil edilir.

Hazırda 198 ölkənin iştirak etdiyi bu konfranslarda dünyanın müxtəlif bölgələrindən liderlər bir araya gəlir və onlar öz iqlim siyasətləri, strateji yanaşmaları və gələcək planları haqqında müzakirələr apararaq, bir-biriləri ilə əməkdaşlıq imkanlarını artırır. Burada məqsəd iqlim dəyişikliyi məsələlərini müzakirə etmək, qlobal siyasət və strateji qərarlar qəbul etməkdir. Sədrlik rotasiyası isə BMT-nin beş regionu arasında (Afrika, Asiya, Avropa, Latın Amerikası və Karib dənizi, Şimali Amerika) həyata keçirilir, bu da konfransın müxtəlif regionların tələblərini və prioritetlərini nəzərə almasına imkan yaradır, hər regionun bərabər şəkildə təmsil olunmasına və iqlim məsələlərinin müxtəlif perspektivlərdən müzakirə edilməsinə kömək edir. Belə tədbirlərdə dilçilik iqlim ədalətinin müzakirəsində, müvafiq beynəlxalq müzakirələrdə müxtəlif dillərdə danışan nümayəndələrin bir araya gəlməsi və digər məsələlərin həllində xüsusi rol oynayır.

Məlumdur ki, hər dil, öz mədəniyyətini və dünyagörüşünü əks etdirir. Müxtəlif dillərdə danışan iştirakçılar, fərqli perspektivlər gətirərək müzakirələrin zənginləşməsinə kömək edə bilərlər. Bu tədbirlərdə bilik mübadiləsi xüsusi önəm daşıyır. Müxtəlif dillərdə danışan tərəflər arasında açıq ünsiyyət, etimadın və əməkdaşlığın inkişafına səbəb olur. Bu, iqlim dəyişikliyi kimi qlobal problemlərin müzakirəsində xüsusilə əhəmiyyətlidir. İqlim siyasətləri və strategiyaları hazırlanarkən, müxtəlif icmaların dilini və mədəniyyətini nəzərə almaq, daha ədalətli və təsirli yanaşmaların inkişafına kömək edir.

Bu aspektlər, beynəlxalq müzakirələrin uğurlu olması üçün dilçilik və mədəniyyətlərin əhəmiyyətini əsas tutur, siyasətlərin formalaşdırılmasında da önəmli rol oynayır. Belə ki, dil, müzakirələrdə və qərar qəbuletmə proseslərində əsas ünsiyyət vasitəsidir. İştirakçılar, öz fikirlərini və təkliflərini ifadə etmək üçün dilə əsaslanırlar. Dil, mədəniyyətləri və fərqli perspektivləri bir araya gətirir. Müxtəlif mədəniyyətlərin dil və ifadələri, iqlim məsələlərinə olan yanaşmaları zənginləşdirir. Yazılı və şifahi ifadələr, insanlar arasında empatiya yaratmaqda önəmli rol oynayır. Ünsiyyət vasitəsi və ictimai hadisə olan dil beynəlxalq sazişlərin yaradılmasında, beynəlxalq razılaşmaların formalaşmasında, müzakirələrdə və sənədlərin tərtibatında əhəmiyyətlidir. Fərqli ölkələrdən gələn nümayəndələrin anlaşması üçün aydın və dəqiq dil istifadə olunmalıdır. Bundan başqa, məşhur ifadələrin, şüarların və ədəbiyyatın, ictimai hərəkatların formalaşmasında və geniş yayılmasında dil xüsusi rola malikdir. İlk növbədə, ünsiyyət-kommunikasiya xüsusi əhəmiyyət kəsb edir. Kommunikasiya, insanların bir-birilə məlumat, düşüncə, hisslər və ideyaları paylaşmaq, təyin etmək üçün istifadə etdikləri əsas bir prosesdir ki, bu, zaman fərdlər həm şəxsi təmasda, həm qruplarda, həm təşkilatlarda, həm də cəmiyyətdə ətraf aləmə və başqalarına uyğunlaşmaq məqsədilə məlumatlar yaradır. Fərqli dillərdə danışan iştirakçılar arasında aydın ünsiyyət təmin etmək üçün tərcüməçilər və tərcümə sistemləri vacibdir. Bu, müzakirələrin səmərəliliyini artırır, müxtəlif dillərdə danışan tərəflər arasında açıq ünsiyyət, etimadın və əməkdaşlığın inkişafına təsir edir. Ünsiyyətin açıq olması, fikirlərin dəqiq çatdırılmasına və başa düşülməsinə kömək edir. İnsanlar öz fikirlərini sərbəst ifadə edə bildikdə, birgə iş birliyinə daha çox açıq olurlar. İqlim dəyişikliyi kimi kompleks problemlər, müxtəlif bölgələrin və mədəniyyətlərin yanaşmalarını tələb edir. Açıq ünsiyyət bu yanaşmaların birləşdirilməsinə kömək edir. Bəzən belə məqamlarda duyğusal bağlar fərqli dillərdə danışan insanlar arasında empatiya və anlaşma hissi yaradır. Göründüyü kimi, bu səbəblər, beynəlxalq müzakirələrin müsbət nəticələrə yönəlməsində açıq ünsiyyətin əhəmiyyətini göstərir.

COP müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq bir platforma olduğundan fərqli dillərdəki iştirakçıların anlaşması üçün yüksək keyfiyyətli tərcümə və tərtibat tələb olunur. Bu, müzakirələrin və qərarların düzgün başa düşülməsinə kömək edir. Belə ki, müxtəlif dillərdə olan sənədlərin dəqiq tərcüməsi, fikir ayrılıqlarını aradan qaldırmaq və ortaq bir anlayış yaratmaq üçün vacibdir. Hər ölkənin özünəməxsus mədəni dəyərləri, yanaşmaları və terminologiyaları vardır. COP-da müzakirə edilən məsələlər, adətən, kompleks elmi və texniki terminologiya tələb edir. Bu terminlərin dəqiq tərcüməsi, sənədlərin anlaşılan olmasını və qərarların effektiv şəkildə qəbul edilməsini mümkün edir. COP çərçivəsində alınan qərarların və razılaşmaların yayılması üçün tərcümə və tərtibatın rolu əvəzsizdir. Bu, qərarların yalnız müzakirə iştirakçılarına deyil, həm də geniş ictimaiyyətə çatdırılmasını, müxtəlif ölkələrdən gələn nümayəndələrin müzakirələrə daha aktiv şəkildə qatılmasını təmin edir. Dil maneələrinin aradan qaldırılması, daha geniş fikir mübadiləsinə və daha yaxşı əməkdaşlığa yol açır. Dil, insanların fikirlərini, emosiyalarını və ideyalarını bir-birinə ötürmək üçün əsas vasitədir, fikirlərin və hisslərin dəqiq ifadə olunmasına imkan yaradır. Müxtəlif dillərdəki ifadə tərzləri, kontekst və mədəniyyət fərqlilikləri, mesajın düzgün başa düşülməsinə təsir edir. Dil, müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayır, məlumatların paylaşılmasını və müzakirəsini asanlaşdırır. İnsanlar düşüncələrini, təcrübələrini və biliklərini dil vasitəsilə paylaşa bilərlər. Bu aspektlər, COP konfranslarının uğurlu keçirilməsi və iqlim dəyişikliyi məsələlərinin beynəlxalq miqyasda müzakirəsi üçün dilin vacibliyini vurğulayır. Nəticədə, dil və dilçilik COP-da ünsiyyətin effektivliyini artırır, anlaşmanı asanlaşdırır və mədəniyyətlərarası əlaqələri gücləndirir. Dilin düzgün istifadəsi və dilçilik biliklərinin artırılması, ünsiyyətin keyfiyyətini yüksəldir.

COP29-da Azərbaycan dilində səslənən fikirlər, ölkəmizin iqlim siyasətini və qlobal müzakirələrdə iştirakını daha da gücləndirir. Həmçinin, bu fikirlər Azərbaycan dilində ifadə edildikdə, yerli kontekstdəki anlayışları və mədəniyyətləri daha geniş bir müzakirəyə daxil edir. Belə ki, iqlim dəyişiklikləri və davamlı inkişaf məsələlərinin müzakirəsində vacib bir komponent olan mədəniyyətlərarası dialoq fərqli mədəniyyətlərin, ənənələrin və baxışların bir araya gəlməsi, iqlimlə bağlı problemlərə müxtəlif yanaşmaların inkişafını təmin edə bilər. Bu baxımdan ölkəmizdə keçirilmiş bu mötəbər tədbirdə müxtəlif dillərdə danışan insanlar arasında təcrübələrin və perspektivlərin paylaşılması mühüm əhəmiyyət kəsb etdi. 

COP29-da mədəniyyətlərarası dialoqun gücləndirilməsi, iqlim dəyişiklikləri ilə mübarizənin daha səmərəli, ədalətli olmasına imkan yaratdı ki, bu insanların bir-birini anlamaq, əməkdaşlıq etmək və birgə hədəflərə çatmaq üçün yeni yollar aça bilər. Bu həm də müxtəlif mədəniyyətlərdən və dillərdən gələn insanların arasında anlayış, hörmət və əməkdaşlıq yaratmağı hədəfləyən bir prosesdir, fərqli mədəniyyətlərin dəyərlərini, adət-ənənələrini və inanclarını anlamağa kömək edir, qarşılıqlı hörmət və anlayışın inkişafına səbəb olur. Mədəniyyətlərarası dialoq, insanları bir-birinə yaxınlaşdırır və empatiya hissini gücləndirir. Bu, qlobal miqyasda əməkdaşlığın artırılmasına şərait yaradır. Deməli, fərqli mədəniyyətlərdən gələn insanların bir araya gəlməsi, dilçilik baxımından zəngin müzakirələrə səbəb ola bilər və iqlim dəyişikliyi ilə mübarizədə müxtəlif perspektivlərin daxil edilməsini təmin edə bilər. 

Mədəniyyət və ekoloji dayanıqlıq arasında sıx bir əlaqə vardır. Mədəniyyət, insanların yaşadığı mühitlə əlaqədar olaraq onların dəyərlərini, inanc sistemlərini, ənənələrini və davranışlarını formalaşdırır. Ekoloji dayanıqlı bir cəmiyyətin yaradılması üçün mədəniyyətin rolu danılmazdır. İnsanların mühitlə olan əlaqələrini və davranışlarını başa düşmək, dayanıqlı inkişafın təmin edilməsi üçün vacibdir. Dilçilik, ekoloji dayanıqlığı dəstəkləyərək, insanları mühitlə daha məsuliyyətli bir əlaqəyə yönləndirir. Dilçilər, ekoloji məsələlərə dair spesifik terminologiyanın inkişafına və yayılmasına kömək edirlər. Bu, cəmiyyətin ekoloji problemlərə dair anlayışını artırır və dayanıqlı davranışları təşviq edir. Dilçilik, ekoloji biliklərin yayılmasında və təhsil proqramlarının hazırlanmasında rol oynayır, uşaq və gənclərə ekoloji məsələlər haqqında məlumat vermək, dayanıqlı inkişafın təmin olunmasına kömək edir. 

COP29 konfransına ev sahibliyi etmək, 2024-cü ili Azərbaycan üçün yalnız bir beynəlxalq tədbir deyil, eyni zamanda ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının mühüm mərhələsi olaraq dəyərləndirilir. Bu konfrans, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf sahəsindəki səylərini dünya miqyasında nümayiş etdirmək üçün əvəzsiz bir platforma olacaq. Eləcə də bu tədbir, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın inkişafına, bilik mübadiləsinə və dayanıqlı inkişaf prinsiplərinin daha geniş tətbiqinə imkan yaradacaq. Fikrimizcə, Azərbaycanın bu sessiyada iştirak etməsi, ölkənin zəngin mədəni irsini, təbii gözəlliklərini və ekoloji innovasiyalarını dünya ictimaiyyətinə təqdim etmək üçün mükəmməl bir fürsətdir. COP29 layihəsi, Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, qlobal iqlim dəyişikliyi müzakirələrində lider mövqeyə yüksəlməsinə dəstək olacaq. 

Nəticə olaraq qeyd edə bilərik ki, 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilmiş COP29, iştirakçı ölkələr arasında mədəniyyət və iqlim siyasəti üzrə əməkdaşlığın inkişafına təkan verdi. Bu tədbir vasitəsilə Azərbaycan, dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizədə mədəniyyətin rolunu daha da önə çıxararaq, mədəniyyət və ekoloji məsuliyyət arasında əlaqənin güclənməsinə dəstək oldu. Bəşəriyyətin və cəmiyyətin qorunması üçün Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsini ölkəmizin gələcəyi üçün hesablanmış ən uğurlu addım kimi dəyərləndirmək olar. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə yaşıl enerji lideri olmaq arzusunu əks etdirir. Ölkə başçısı cənab İlham Əliyevin 2023-cü ilin dekabrında COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə qeyd etdiyi bu fikirlər uğurla gerçəkləşdi: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq”. 
 

seeBaxış sayı:40
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri