Icma.az
close
up
RU

525ci qəzet Damlalar hopduqca qəmli torpağa

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Ələddin ƏZİMLİ

O əllər

Bir zamanlar

saçlarımda gəzən əl.

İllər ötdü,

hər şey soldu,

xəzan oldu,

xəzan, əl.

Artıq

nə o saçlar var,

nə də o ilıq əllər.

Məni yaman incidir

"o zamanlar" -

yəni o illər.

Yerdən, göydən,

o saçlardan,

o əllərdən qəm yağır.

Daha mənə

ağı söylə,

nəğmə qoşub oxuma.

İnsaf elə,

girmə bir də yuxuma...

lll

Qayadan sürüşən daşlar içində,

Sükut əriyirdi hey damla-damla.

Nəyin baş verdiyi anlaşılmırdı,

Çoxları getmişdi dərin xəyala.

Külək də susmuşdu, quşlar da hətta,

Heyrət içindəydi səmada bulud.

Kimsə qulağıma pıçıldayırdı:

"Unut olanları, bir yolluq unut".

Damlalar hopduqca qəmli torpağa,

Daşlar silkələnir, göy qaralırdı.

Daşların, torpağın canında sanki,

Müdhiş bir vahimə, bir qorxu vardı.

Bayquş sədasından səksənən ağac,

Kökündən göyəcən tər içindəydi.

Çaylar can atırdı dənizə sarı,

Təkcə tanrı sakit, öz işindəydi.

Bozumtul bir damla qopub sükutdan,

Qışqıra-qışqıra çırpıldı daşa.

Çiliklənən damla, bihuş zərrələr,

Uçurdu havada o baş-bu başa.

Günəşin qüruba enən çağıydı,

Qaranlıq ustufca çökürdü yerə.

Mən də yorulmuşdum, dilsiz sükut da,

Diqqət kəsilmişdik baş verənlərə.

...Yanbayan düzülüb sıralanmışıq,

Gözəl bir meşəlik, meyvəli bağıq.

Damla-damla hopub soyuq torpağa,

Ümid var, təzədən qayıdacağıq...

Sənsiz

Sənsiz

Yalan, gizli sözüm yox,

Yanlış bir əməlim də.

Sənsən möhkəm dayanan,

Ömrümün təməlində.

Sənsiz

Gediləsi yerim yox,

Açacağım qapı da.

Sənsən keşikdə duran,

Ürəyimin çatında.

Sənsiz

Bu dünyanın dadı yox,

Yediyimin tamı da.

Sənsən ömrün hər anı,

Səhəri, axşamı da.

Sənsiz

Heç bir rahatlığım yox,

Gecəmin yuxusu da.

Sənsən qaranlıqda nur,

Dünyamın mənası da...

Ağcaqayınlar

Meşənin kənarındakı ağcaqayınlar,

onun dövrəsində

fırlanan ağcaqanadlar

üzümüzə açılası yay səhərinin

Günəşli olacağına işarədir.

Xatırlayırsanmı,

Ay işığında gövdəsi

əlcə-əlcə ağaran ağcaqayınlar

o xoş günlərdən xatirə, nişanədir?

Arxamca boylanan

gövdəsi ulduz-ulduz ağaclar

çəkir məni maqnit tək.

İndiki çağımda,

yaxında, ya uzaqda,

hətta, yuxumda belə

ağcaqayın görən tək

gövdəsini sığallamadan

ötə bilmirəm yanından.

Bir qədər uzaqlaşıb,

yenidən dönürəm ona.

Çevrilmək istəyirəm həyanına

bu qız ağacların,

ağcaqayınların.

Unutma, köhnə dost,

yaşımın bu çağında

istəsəm də, istəməsəm də,

ötən günlər ürəyimdə,

xəyalımdadır.

Həmişəki tək

sevgi və kədər dadır...

(1994 Moskva - 2024 Cəlilabad).

Bu günlərdə arxivimdən tapılan, 1994-cü ildə Moskvada yazdığım şeir, redaktədən sonra)

Duyğu

Bəlkə,

qayıdasan geriyə,

qovasan bu üzücü, sərsəri gecəni.

Əl uzadıb pəncərəyə

gətirəsən səhəri.

Dəyişə rənglər, çalarlar.

Sən gedəni

çox şeylər unudulub,

hətta,

doğmalar belə yad olub,

sozalıb gözlərimin nuru,

qəlbimin hərarəti.

Hər halda,

öz bildiyin yaxşıdır.

Bağışla,

unutdum soruşmağı -

sən də mənim kimi tənhasanmı?

Duyursanmı,

hər yandan boylanan kədəri,

vaxtsız öləziyən çiçəkləri?

Anırsanmı ötənləri,

ağrı qarışıq gələcəyini,

nə vaxtsa geri dönəcəyini?..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri