Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

525ci qəzet Dədə Qorqudu bilmək!

525ci qəzet Dədə Qorqudu bilmək!

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla İstanbulda yerləşən Mərmərə Universitetində "Dədə Qorqud" dastanı barədə mühazirə oxuyub. Bu barədə yığcam təəssüratını "525-ci qəzet"lə bölüşən yazıçı qeyd edib ki, auditoriya mühazirəni maraqla qarşılayıb:

"Mərmərə Universitetinin rəsmi professoruyam. Oradakı ilk mühazirəmə bir sıra rəsmilər, universitet rəhbərliyi, müəllimlər, tələbələr, "Dədə Qorqud" pərəstişkarları toplaşmışdı. Mühazirə belə adlanırdı: "Aşkar və gizli "Dədə Qorqud".

Bu mövzunun üzərində çoxdan işləyirdim. "Kitabi-Dədə Qorqud" mətninin dərin və gizlin qatlarında baş verən proseslərə diqqət yetirmişəm. Mövzu "Dədə Qorqud" mətninin aşkar, yəni bizə məlum olan qatında özünü göstərən bəzi sualların cavabı kimi də qələmə verilə bilər. "Dədə Qorqud" dastanlarının süjet dolanbaclarını, personajlarını, müxtəlif məqamlarını daha dərindən və bütöv şəkildə öyrənmək üçün biz onun gizli qatlarına mütləq nüfuz etməliyik. Gizli qatlar bizə "Dədə Qorqud"un bir çox sirrini göstərəcək. Bu mənada, "Dədə Qorqud"un gizli qatı Mərmərə Universitetində mühazirənin dinləyiciləri tərəfindən maraqla qarşılandı və bu barədə məlumat Türkiyənin müxtəlif mətbuat orqanlarında yayımlandı.

Bu mühazirəni təşkil edən hər kəsə - rektor Mustafa müəllimə, dekan Sebahet xanıma, həmyerlimiz, dünya şöhrətli alim Məsud Əfəndiyevə, Türkiyə Dil və Sistem Fondunun müdiri Burak Ekeyə, eyni zamanda, tədbirdə iştirak edən müxbir və yazarlara dərin təşəkkürümü bildirirəm".

lll

Kamal Abdullanın məruzəsi və ümumiyyətlə, bu görüş barədə Türkiyənin məşhur "Yeni çağ" qəzetində Coşqun Çokyiğitin "Dədə Qorqud"u bilmək!" adlı yazısının Azərbaycan dilinə uyğunlaşdırılmış variantını təqdim edirik.

Coşqun ÇOKYİĞİT,
"Yeni çağ" qəzeti, Türkiyə

Ötən gün dostum, professor Hayati Durmaz "Səni çox əlamətdar tədbirə aparmağımı istəyirsən?" sualını verəndə bir köşə yazısı üçün masa arxasına keçmişdim. Həmin köşənin mövzusu qala gecəsinə dəvət aldığım "Paranoya" filmi və bəzi aktual xəbərlər barədə fikirlərim idi. Həyati xocadan hara gedəcəyimizi, tədbirin mövzusunun nə olduğunu soruşdum. "Dədə Qorqud" - deyə cavab verdi. Tərəddüdsüz qəbul etdim və Mərmərə Universitetinə yola düşdük.

Dədə Qorqud ismini hər birimiz eşitmişik. Çoxumuz onun dastanvari hekayələrini oxumuş və ya televiziyalardan seyr etmişik. Buna görə də, "Dədə Qorqud" deyiləndə hamı onu bildiyini zənn edir.

Əslində, insan oğlunun ən çox yanıldığı məqamlardan biri "bilmədiyini bilməməsidir". Məsələn, bir şəhərdə doğulub, böyüyüb, yaşayıb, o şəhərə kənardan gələn "maarifləndirmək həddi" yüksək olan bir şəxsin sezdiklərini görmədiyimizi və ya görsək belə, idrak səviyyəsinə çıxartmadığımızı onu dinləyəndə anlayırıq. Baxın, "Dədə Qoqud" haqqında da çoxumuzun "bildiklərimiz" belədir və Türk ədəbiyyatının, tarixinin ən vacib dastanının minlərlə illik dərin keçmişi barədə çox az qismimizin məlumatı var.

Mən "Dədə Qorqud" dastanının qələmə alındığı əsrlərdə deyil, daha əvvəlki dövrlərdən başlayaraq türk millətinin həyatına dair izlər daşıdığını professor Turan Yazqan xocadan öyrənmişəm. Ötən gün öyrəndim ki, Turan müəllim "Dədə Qorqud" dastanının ən böyük tədqiqatçılarından olan Kamal Abdullanın yaxın dostu imiş.

Kamal Abdulla ötən gün Mərmərə Universitetinin Ədəbiyyat zalında əhatəli, bol məlumatlı, üfüq açan bir məruzə ilə çıxış etdi. Mövzunun başlığı "Gizli və aşkar "Dədə Qorqud" idi. Mərmərə Universitetinin "İnsan və cəmiyyət elmləri" fakültəsinin dekanı professor Sebahat Dənizin giriş nitqinin ardınca Kamal Abdulla dastanların yaşandığı və qələmə alındığı zamanlar arasındakı fərqdən ətraflı şəkildə bəhs etdi. Bu barədə Turan xocadan da eşitmişdim. Çox güman ki, Kamal bəylə Turan xoca arasında da bu mövzu barədə geniş fikir mübadilələri aparılıb.

Kamal bəy çıxışında sovet vaxtı, xüsusilə, Stalin hakimiyyəti dövründə "Dədə Qorqud"la bağlı tədqiqatların qadağan olunduğunu, bu mövzu ilə maraqlanan şəxslərin edam edildiyini və ya Sibirə sürüldüyünü, dastan barədə qadağaların 1950-ci illərdə qüvvədən düşdüyünü vurğuladı. Onun bu sözləri mənə xatırlatdı ki, bütün Türk dünyasındakı türkçü-turançı aydınlar təqibə məruz qalıblar (Bunu "Güllələnən Türkologiya" kitabında professsor Ahmet Buran xoca da yazıb), Türk birliyi çərçivəsində görülən işlər içində ən çox mədəniyyət birliyi naminə fəaliyyət göstərən elm, ədəbiyyat və sənət adamları təqib olunublar.

Kamal Abdullanın şərəfinə təşkil edilmiş yeməkdə isə, akademik səviyyədə olmasa da, bəşəri əlaqələr kontekstində çox dərin, insanın ruhuna toxunan xatirələrdən bəhs edildi. Milli müdafiə nazirinin müavini Şuayip Alpay, Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu, İstanbul Universitetinin Hüquq fakültəsinin dekanı, professor Fethi Gedikli, sabiq mədəniyyət və turizm naziri Erkan Mumcu, "Dədə Qorqud" və Azərbaycan ədəbiyyatı ilə bağlı könüllü araşdırma aparan, Kamal Abdullanın ailə dostu Yasemin Bayer və ailəsi, Azərbaycan və Türkiyə vətəndaşı olub ailəsinin xatirələrini kinematoqrafik bir üslubla sözə çevirən Mehdi Gəncəli ilə Kamal müəllimin əsərlərini almancaya çevirən Orxan Aras, Turan Yazqanın tələbələrindən olan Berç Şirinoğlu da orada idi.

Dədə Qorqud, Çingiz Aytmatov, Fuat Köprülü, Ahmet Kabaklı, Bəxtiyar Vahabzadə kimi isimlər ətrafında gedən söhbətlər əsl məcrasına gələrək Kamal Abdullanın əsərləri, "Dədə Qorqud" dastanı haqqında "Gizli və aşkar Dədə Qorqud" adlı məruzəsi, "Qeyri-səlis məntiq"lə bağlı fikirlərlə yekunlaşdı.

Demək lazımdır ki, istər universitetdəki tədbirdə, istərsə də Kamal Abdulla üçün təşkil edilən xüsusi dəvətdə ev sahibi, idarəçi və yoldaş kimi xidmət edən hüquqşünas doktor Burak Ekenin səyləri bizə o anları unudulmaz bir ahənglə yaddaşımıza həkk etməyə imkan verdi. Təbrik edirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri