Icma.az
close
up
RU
İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? Ədəbiyyatımızın Dədə Qorqudu

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? Ədəbiyyatımızın Dədə Qorqudu

Kulis.az İmamverdi Əbilovun Süleyman Rəhimov haqqında yazdığı "Ədəbiyyatımızın Dədə Qorqudu" xatirə yazısını təqdim edir.

Sü­ley­man Rə­hi­mov­la ün­siy­yə­ti­min uzun bir ta­ri­xi var. Onun məğ­rur-xe­yir­xah tə­biə­ti­nə bə­ləd ol­duq­ca, elə bil, qar­şım­da zir­və­si əbə­di bə­yaz əzə­mət­li dağ, so­nu gö­rün­məz bir üm­man, in­tə­ha­sız üfüq pey­da olub. Yax­şı ki, hər gö­rü­şən­də on­dan bir ya­di­gar av­toq­raf, adi və­rəq­də təəs­sü­rat, bir­lik­də çək­dir­di­yi­miz fo­to, evi­miz­də­ki lent sə­si, qə­zet kə­na­rı­na qeyd­lər və s. qa­lıb.

İlk də­fə Neft­ça­la­ya 1955-ci ilin no­yab­rın­da gəl­di. Ax­şam­dan ara ver­mə­yən ya­ğış ye­ni­cə kəs­miş­di, Ya­zı­çı­lar İt­ti­fa­qı­nın "Po­be­da"­sı kü­çə­miz­də da­yan­dı. Az­ca bə­yaz­la­şan saç­la­rı sə­li­qə ilə da­ran­mış Süleyman Rə­hi­mov ma­şın­dan düş­dü. Ar­xa qa­pı­nı açıb "Zər­qə­ləm, çat­dıq, aya­ğın Neft­ça­la tor­pa­ğı­na dəy­sin, bu­ra bə­rə­kət­li yer­di, nef­ti, ba­lı­ğı, qa­ra kü­rü­sü... dün­ya­da məş­hur­dur" - de­di. Qo­naq­lar­la gö­rü­şüb evə də­vət et­dim: Süleyman Rə­hi­mov, ömür gün yol­da­şı Zər­qə­ləm, Tə­lət Əy­yu­bov, Bö­yü­ka­ğa Qa­sım­za­də, sü­rü­cü Sü­ley­man. Er­tə­si gün qə­sə­bə­nin qış klu­bun­da ya­zı­çı­lar­la gö­rüş ola­caq­dı. Hər üç ya­zı­çı­nı təq­dim et­mək mə­nə hə­va­lə olun­muş­du. Əl­bət­tə, əsas söh­bət Süleyman Rəhimov­dan get­mə­liy­di. Ara­mız­da­kı bö­yük yaş fər­qi­nə bax­ma­ya­raq bü­tün əda və rəf­ta­rın­da tə­bii idi, elə bil, sa­də­cə ola­raq müd­rik tay-tu­şu­muz idi. O vaxt Po­pov fa­mi­li­ya­lı bir hərb­çi qon­şum var idi. Qo­naq­lar ma­şın­dan dü­şən­də tə­sa­dü­fən kü­çə­dən ke­çir­di. Na­bə­ləd ma­şın­dan ona na­bə­ləd gö­rü­nən adam­la­rın düş­dü­yü­nü gö­rən ki­mi yo­lu­nu də­yiş­di, qo­naq­lar­la ta­nış ol­du, öz növ­bəm­də mən də onu şa­ma də­vət et­dim.

Az adam ta­pı­lar ki, elm, sə­nət adam­la­rı­nın əy­ləş­di­yi süf­rə­də ne­mət­lə­rin çe­şi­di­nə xü­su­si diq­qət ye­tir­sin. Çün­ki söh­bə­tin məz­mu­nu, hə­ra­rə­ti hər şe­yi yad­dan sı­xa­rır, ədə­bi söh­bət­lə­rin seh­ri hər şe­yi üs­tə­lə­yir. Qon­şum pod­pol­kov­nik­lə Sü­ley­man müəl­lim Şərq ad­la­rı­nın mə­na zən­ginliyin­dən və zə­rif­li­yin­dən da­nı­şır­dı. Həm­söh­bə­ti­nin diq­qət­cil və za­ra­fat­cıl adam ol­du­ğu­nu gö­rüb be­lə bir şərt qoy­du: Hə­rə öz adı­nın, fa­mi­li­ya­sı­nın və ar­va­dı­nın adı­nın mə­na­sı­nı şərh et­sin. Son­ra da "Sü­ley­man", "Rə­him" və "Zər­qə­ləm" söz­lə­ri­ni izah et­di. "Zər­qə­ləm" - "zo­lo­toe pe­ro", vi­di­te kak prek­ras­no zvu­çit?".

Növ­bə­ti ax­şam qə­sə­bə­nin mər­kə­zin­də­ki klub­da gö­rüş ol­du. Ma­raq­lı, döv­rün ru­hu­na uy­ğun bey­nəl­mi­ləl şən­lik ax­şa­mı­na bən­zə­yən bu gö­rüş­də­ki mə­ru­zə­dən son­ra Sü­ley­man Rə­hi­mov öz ya­ra­dı­cı­lı­ğın­dan və ye­ni in­san tər­bi­yə­sin­də ədə­biy­ya­tın müs­təs­na ro­lun­dan da­nış­dı. Son­ra Bö­yü­ka­ğa və Tə­lət öz şeir­lə­ri­ni oxu­du­lar. Tə­lə­tin ay­dın tə­ləf­fü­zü və cin­gil­ti­li sə­si in­di də qu­laq­la­rım­da­dır:
Ağ ev­dən qap­qa­ra xə­bər­lər ya­yan
­O kor bay­qu­şun
Gəl­sin bo­ğa­zı­na bü­tün ana­lar
Tök­sün qur­ğu­şun!..
...Sü­ley­man Rə­hi­mov öz keç­mi­şi­ni unu­dan­la­ra nif­rət edər, eh­ti­ya­cı olan­la­ra kö­mək əli­ni uzat­maq­dan zövq alar­dı. Be­lə hal­lar­da və­zi­fə, sə­la­hiy­yət həd­di­nin ona qə­tiy­yən dəx­li ol­maz­dı. Mehr-ül­fət bağ­la­dı­ğı­mız uzun il­lər ər­zin­də onu hə­mi­şə xalq­la, ən çox da sı­ra­vi adam­lar­la qay­na­yıb-qa­rı­şan gör­mü­şəm. Təh­ki­yə tər­zin­də tə­fər­rüa­tın də­qiq­li­yi­ni sev­di­yi ki­mi adam­la­ra mü­na­si­bə­tin­də də zə­rif idi, həs­sas idi, də­qiq idi... 1957-ci ilin ya­yı. Ba­kı­nın is­ti, kü­lək­siz bir gü­nü Sü­ley­man müəl­li­mə baş çək­mək eh­ti­ya­cı duy­dum. İt­ti­fa­qa gəl­dim. Səd­rin ota­ğı­na keç­mək üçün Küb­ra xa­nı­ma mü­ra­ciət et­dim. Hə­mi­şə iş­gü­zar gö­rü­nən Küb­ra xa­nım bu də­fə də qı­sa ca­vab­la ki­fa­yət­lən­di: «Meh­di yol­daş içə­ri­də­dir». Fi­kir­ləş­dim ki, sədr və ka­tib ki­mi söh­bət­lə­ri xey­li vaxt apa­rar. Son­ra qa­yıt­maq məq­sə­di­lə ge­ri dö­nür­düm ki, əli­ni cib dəs­ma­lı ilə si­lə-si­lə içə­ri gi­rən Süleyman Rəhimov­la üz-üzə gəl­dim.

- Ay xoş gə­lib, sə­fa gə­tir­mi­sən. Keç, keç içə­ri, - de­yib mə­ni öz ka­bi­ne­ti­nə apar­dı. Meh­di Hü­sey­nə təq­dim et­di, Neft­ça­la­nı gö­rüb-gör­mə­di­yini so­ruş­du.

- Neft­ça­la­da 1950-ci ilin ma­yın­da ol­mu­şam, Əli Və­li­yev­lə, gö­rüş­də. İmam­ver­di­ni də o vaxt­dan ta­nı­yı­ram.

Bir qə­dər söh­bət­dən son­ra Mehdi Hü­seyn get­di, Sü­ley­man müəl­lim­lə iki­miz qal­dıq. Ai­lə üzv­lə­ri­min, xü­su­si­lə mər­da­nə tə­biə­ti­nə gö­rə "Hə­cər" ad­lan­dır­dı­ğı ba­cım Mi­na­yə­nin səh­hət və gü­zə­ra­nı­nı so­ruş­du, ye­ni nə oxu­du­ğu­mu xə­bər al­dı. Hə­min gün­lər "Ə­də­biy­yat qə­ze­ti"n­də çı­xan ifa­çı­lıq sə­nə­ti haq­qın­da­kı mə­qa­ləm ba­rə­də fik­ri­ni söy­lə­di... Söh­bə­tin şi­rin ye­rin­də qa­pı açıl­dı, Sa­lam Qə­dir­za­də içə­ri gi­rib qə­zet­də iş­lə­mək is­tə­yən Sa­bir Əh­mə­do­vun qə­bu­la gəl­di­yi­ni söy­lə­di, həm də "A­ra­ba­çı" he­ka­yə­si haq­qın­da xe­yir­xah­lıq­la da­nış­dı. "Nə de­yi­rəm, ça­ğır gəl­sin" - de­di. Ar­ğaz vü­cud­lu, utan­caq si­ma­lı bir oğ­lan gəl­di. Bəl­kə də mə­nim­lə ya­şıd olar­dı. Qı­sa dia­loq ya­dım­da­dır:

- Sə­la­mə­ley­küm!

- Əleyk ba­la. "A­ra­ba­çı" sən­sən?

- Bə­li, "A­ra­ba­çı"nı ya­zan mə­nəm.

- Nə fər­qi, ara­ba­çı, ya­xud "A­ra­ba­çı" müəl­li­fi. Müəl­lif özü­nü sev­di­yi su­rət­də ta­nı­dır, oğul. Ara­ba­çı sən­sən­sə, yax­şı oğ­lan­san, özü də yax­şı ya­zı­çı ola­caq­san. Əm­rin in­di­cə ha­zır olar, get, iş­lə, yax­şı re­dak­si­ya iş­çi­si ol­maq bir ya­na, yax­şı ya­zı­çı ol­maq xal­qı əq­lən fey­zi­yab et­mək­dir.

- Sağ olun, min­nət­da­ram, öyü­dü­nü­zə əməl et­mək bor­cum ol­sun.

Sa­bir get­di...

Xe­yir­xah­lıq Süleyman Rəhimovun hə­yat mə­ra­mı idi. Ya­zı­çı­lar İt­ti­fa­qı­na üzv keç­mək üçün sə­nəd­lə­ri­mi yu­bat­dı­ğı­ma gö­rə bü­tün ta­nı­yan­lar, xü­su­si­lə Süleyman Rüs­təm, Rəsul Rza, Məmməd A­rif, Mikayıl Rza­qu­lu­za­də, Mehdi Hü­seyn, Məmməd Cə­fər, Nigar Rə­fi­bəy­li, Mir Cə­lal, Əli ­Və­li­yev... mə­ni hə­mi­şə mə­zəm­mət edər­di­lər. Nə­ha­yət, üç zə­ma­nət əvə­zi­nə, beş zə­ma­nət­lə sə­nəd­lə­ri­mi İt­ti­fa­qa ve­rib de­dim: "Məs­lə­hət bil­di­yi­niz üç zə­ma­nə­ti se­çin, son­ra tər­cü­mə et­di­rin". Elə bu vaxt göz­lə­nil­mə­dən Süleyman Rəhimov gəl­di. Gö­rüş­dük. Mə­sə­lə­dən agah olub hey­rət­lən­di: "Sən hə­lə də mə­sə­lə­ni ge­cik­di­rir­sən? Qə­ri­bə xis­lə­tin var. Bəs üzv­lü­yə keç­mək üçün si­no ge­dən­lər­dən, si­nə vu­ran­lar­dan sə­nin xə­bə­rin yox­dur? Əs­lin­də, bu yax­şı­dır. Hər şey­də təm­ki­ni göz­lə­mək ya­ra­dı­cı zi­ya­lı üçün məx­su­si va­cib key­fiy­yət­dir". Son­ra nə dü­şün­dü­sə: "Sən İm­ran­la söh­bət elə və mə­ni bu­ra­da göz­lə" - de­yib çıx­dı.

­İm­ran Qa­sı­mov 1971-ci ilin yan­va­rın­da Neft­ça­la əra­zi­sin­də (o za­man ra­yo­nun mər­kə­zi Sal­yan şə­hə­ri idi) ol­muş, müx­tə­lif tə­sər­rü­fat­lar­da zəh­mət adam­la­rı ilə gö­rüş­müş­dü. Hə­min vaxt Ya­zı­çı­lar İt­ti­fa­qı­nın Sal­yan­da ke­çi­ri­lən səy­yar ple­nu­mun­da mən də çı­xış et­miş­dim. Əv­vəl­lər nis­bə­tən rəs­mi mü­na­si­bət­də ol­du­ğum İm­ran Qa­sı­mov­la ün­siy­yə­tim­də məhz ple­num­dan son­ra bir doğ­ma­lıq ya­ran­mış­dı...

Çox keç­mə­di ki, Süleyman Rəhimov qa­yıt­dı. Əlin­də iki ma­ki­na və­rə­qə­si. Əy­ləş­di. Diq­qət­lə oxu­yub im­za et­di: "Zə­ma­nət­dir, bi­ri­ni Küb­ra xa­nı­ma ver ki, sə­nəd­lə­ri­nin ara­sı­na qoy­sun, su­rə­ti­ni də mən­dən əma­nət ki­mi ar­xiv­də sax­la" (Hə­min zə­ma­nə­ti bö­yük dos­tum­dan xe­yir­xah­lı­ğın təs­diq­na­mə­si ki­mi sax­la­yı­ram).

Sü­ley­man müəl­lim bü­rok­rat mü­na­si­bə­tə qə­nim idi. Doğ­ma­la­rı­mı doğ­ma­la­rı ki­mi əziz­lər­di. Oğ­lum Eti­ba­rın ki­çik həcm­li sa­ti­rik he­ka­yə­si­ni oxu­yan­da se­vin­di, uğu­na-uğu­na bu söz­lə­ri də de­di: "Val­lah, Ya­zı­çı­lar İt­ti­fa­qı­na be­lə ca­van­la­rı qə­bul et­mə­li­yik, yə­ni sap­sağ­lam məf­ku­rə dost­la­rı­mı­zı". Ömür mə­sa­fə­sin­də 59 il­lik vaxt uzaq­lı­ğı olan Eti­bar­la Sü­ley­man Rə­hi­mov be­lə­cə bir-biri­nə isi­niş­di­lər.

Süleyman Rəhimov duz-çö­rək qəd­ri­ni bi­lən ali­cə­nab şəx­siy­yət idi. Ya­zı­çı­la­rın V qu­rul­ta­yın­da - 1971-ci il iyun ayı­nın 1, 2, 3-də on­dan gör­dü­yüm müs­təs­na hör­mə­ti unu­da bil­mi­rəm. Evi­nə də­və­tin­dən bo­yun qa­çır­maq üçün nə qə­dər sə­bəb­lər söy­lə­dim­sə, müm­kün ol­ma­dı. Əs­lin­də, bö­yük ya­zı­çı ilə bir süf­rə ar­xa­sın­da əy­lə­şib ne­mət nuş elə­mək, söh­bət kəs­mək öm­rə töh­fə idi. Fə­qət yet­miş ya­şı öt­müş ya­zı­çı­ya əla­və əziy­yət ver­mək is­tə­mir­dim. Bu­na bax­ma­ya­raq, hər də­fə də onun nü­fuz­lu ba­xı­şı önün­də təs­lim olur­dum. Hə­min il iyu­nun 2-də keç­miş Aka­de­mi­ya bi­na­sı­nın hə­yə­tin­də de­di­yi söz­lər in­di­ki ki­mi qu­la­ğım­da səs­lə­nir:

- Biz hər də­fə Neft­ça­la­ya gə­lən­də, yu­xu­nu da özü­nə ha­ram edir­sən. İl­lah ki, dəs­tə-cə­lal­la gə­lək. Az qa­la ev­dən çı­xıb otaq­la­rı da bi­zə ba­ğış­la­ya­san. Ata­lar yax­şı de­yib: "Plov yax­şı şey­dir, bir gün siz­də, bir gün biz­də". Heç ol­maz­sa, ata­la­rın bu müd­rik və­siy­yə­ti­nə ya­rım­çıq da ol­sa əməl edək. "Beş gün siz­də, bir gün biz­də".

Ya­nı­mız­da da­yan­mış pro­fes­sor Mir­za­ğa Qu­lu­za­də­yə mü­ra­ciət elə­di:

- Val­lah Mir­za­ğa, yet­miş il­li­yi­mi Neft­ça­la­da bir tən­tə­nə ilə qeyd elə­di­lər ki... Özü də köç-kül­fət get­miş­dik. İki oğul, Zər­qə­ləm. Mə­də­niy­yət Sa­ra­yın­dan də­niz gə­zin­ti­si­nə­dək bay­ram ol­du. Qa­yı­dan­da Cə­mi­lə xa­nım öz Zər­qə­ləm ba­cı­sı­na bir zər­li çay­nik də ba­ğış­la­dı. Əşi, bir baş­qa aləm ol­du yet­miş il­li­yim on­da.

Mən Süleyman Rəhimovun əl­li, alt­mış, yet­miş və sək­sə­nin­ci il­dö­nü­mü tən­tə­nə­lə­rin­də iş­ti­rak et­mi­şəm. Bu 30 il ər­zin­də­ki dörd yu­bi­ley ic­la­sın­da hə­mi­şə onu güm­rah, şən ov­qat­da gör­mü­şəm. Sə­nət dost­la­rı haq­qın­da hə­mi­şə sə­xa­vət­lə da­nı­şar­dı. Öz­lə­ri ol­ma­yan­da ya­ra­dı­cı­lıq­la­rı­nın qü­sur­lu cə­hət­lə­ri ba­rə­də bir kəl­mə də ar­tıq-ək­sik söz de­məz­di. "Da­nış­maq üçün ya­zı­çı­la­rın mü­şa­vi­rə­si, ple­nu­mu, qu­rul­ta­yı var, nə­ha­yət dis­put­lar var" - de­yər­di.

Bir də­fə biz­də olar­kən söz Sə­məd Vur­ğun­dan düş­dü. Onu da de­yim ki, ədib bö­yük Sə­məd Vur­ğu­nu də­rin bir mə­həb­bət­lə se­vər, "bi­zim Sə­məd" ifa­də­si di­lin­dən düş­məz­di. Bu də­fə söh­bət şai­rin dün­ya ne­mə­ti­nə eti­na­sız­lı­ğın­dan, bəd­xərc­li­yin­dən ge­dir­di. "Bəd­xərc de­yən­də ki, - Süleyman Rəhimov söh­bə­ti­nə da­vam et­di, - bəl­kə də o, öm­rü bo­yu nə qə­dər pu­lu olub-ol­ma­dı­ğı­nı bil­mə­di. Biz­lər­də be­lə­lə­ri­nə "Pu­lu­nun də­li­si" de­yər­lər. Bir də­fə Mosk­va­dan zəng elə­di ki, sa­bah mə­ni sa­at fi­lan­da Bi­nə ae­rod­ro­mun­da qar­şı­la­yın. Os­man­la da­nış­dım, vaxt-müəy­yən­də sü­rü­cü Sü­ley­man bi­zi ae­ro­por­ta gə­tir­di. Sə­məd təy­ya­rə­dən şən ov­qat­la çıx­dı. Gö­rüş­dük. Tə­kid et­di ki, ma­şı­na əy­ləş­mə­miş bir ba­la­ca qəl­ya­nal­tı edək. Ra­zı­laş­dıq. Beş nə­fər­lik sto­lu­mu­za tə­miz­kar, gö­zə­gə­lim­li bir rus qı­zı xid­mət edir­di. Si­fa­ri­şi Sə­məd ver­di. Beş so­yuq ye­mək, göy-gö­yər­ti, son­ra da bu­fet­də­ki iç­ki­lə­rin hə­rə­sin­dən beş şü­şə, yə­ni beş araq, beş kon­yak, beş şam­pan, beş "Şa­ma­xı ça­xı­rı" və s. Ha­mı­mız hey­rət­lə bir-bi­ri­mi­zə bax­dıq. Mən döz­mə­dim: «Sə­məd, toy elə­mir­sən ki ... Bu dəm-dəst­gah nə üçün, dün­ya­nın axı­rı de­yil ha. Şə­hə­rə ça­taq, hər şe­yi ora­da həll edə­rik». Sə­məd gü­lüm­sə­di, mə­na­lı ba­xış­lar­la mü­ra­ciə­ti­mə ca­vab ver­di, ba­şı­nı eh­mal­ca ar­xa­ya qal­dır­dı, yə­ni "bənd ol­ma", son­ra qə­dəh­lə­rə iç­ki süz­dü, "yüz qram­dan ar­tıq heç kəs iç­mə­yə­cək" de­yən­də yə­qin et­dim ki, ax­şam qo­naq­la­rı ola­caq, ma­ğa­za­dan iç­ki al­dır­maq is­tə­mir. Hər hal­da eti­ra­zı­mı içə­rim­də boğ­dum. Axı, bun­la­rı ma­ğa­za­dan ucuz qiy­mə­tə al­maq olar­dı. Beş-on də­qi­qə­dən son­ra qı­zı ça­ğı­rıb he­sa­bı so­ruş­du, xey­li pul ve­rib aya­ğa qalx­dı. Biz də dur­duq. Hər şey stol­da qal­mış­dı. Sü­rü­cü­yə işa­rə ilə Sə­məd­dən so­ruş­dum: "Ni­yə be­lə? Bun­la­rı yı­ğış­dı­rıb ma­şı­na qoy­sun da". Və­ziy­yə­ti be­lə gö­rən qız da hey­rət­lə dil­lən­di: "Be­lə nə üçün? Axı bun­la­rın pu­lu­nu ver­mi­si­niz. İs­tə­yir­si­niz bir qa­ba yığ­maq­da si­zə kö­mək edim". Sə­məd rus di­lin­də şi­rin tə­ləf­füz­lə qı­za ca­vab ver­di: "Xeyr, xa­nım qız, bun­la­rın ha­mı­sı si­zə ça­ta­caq". Doğ­ru­su, mən çox dil­xor ol­dum. "Ə, sən lap pu­lu­nun də­li­si­sən. Bir yı­ğın ne­mə­ti ni­yə bu­ra­da qo­yur­san?" - de­dim. Sə­məd Vur­ğun gü­lə-gü­lə qo­lum­dan tu­tub mə­lum mə­sə­li tər­si­nə de­di: "Heç kə­sə qal­ma­yan dün­ya Sü­ley­ma­na da qal­ma­ya­caq". Mosk­va­dan əli­do­lu gə­li­rəm, yax­şı qo­no­rar al­mı­şam. Bu qı­zı res­to­ran­da tə­zə gö­rü­rəm. Özü də ilk ba­xış­dan hiss elə­dim ki, nə qə­dər tə­miz­kar, qə­şəng ol­sa da, mü­ta­liə­yə hə­və­si yox­dur, bəl­kə bir­cə bə­dii ki­tab be­lə oxu­ma­yıb. De­mə­li, bi­zi ta­nı­mır. Bü­gün­kü sürp­riz yə­qin onu ma­raq­lan­dı­ra­caq. Bu he­sa­ba da şa­ir Sə­məd Vur­ğu­nu o hə­mi­şə yad­da sax­la­ya­caq".

70-ci ilin may ayı­nın 17-də Sü­ley­man Rə­hi­mov hə­yat yol­da­şı Zər­qə­ləm­lə, oğ­lan­la­rı Aqil və Arif­lə Neft­ça­la­ya gəl­di. Mə­lum ün­va­na - Puş­kin kü­çə­si, ev 12-yə.

Hə­min gün şə­hə­rin mər­kə­zin­də­ki mə­də­niy­yət evin­də gö­rüş ol­du. Mə­ru­zə elə­dim. Sübh tez­dən, ne­cə de­yər­lər, bü­tün ai­lə he­yə­ti ilə Kür gə­zin­ti­si­nə çıx­dıq. Xə­zər­lə Kü­rün qo­vuş­du­ğu va­di­də ai­lə­vi süf­rə ar­xa­sın­da əy­ləş­dik. O vaxt 12 ya­şı olan qı­zım Səa­də­tə ba­ba qay­ğı­sı gös­tə­rən Sü­ley­man müəl­lim nə qə­dər uşaq­can­lı idi. Ba­lıq buğ­la­ma­sı­nı da, qa­ra kü­rü­nü də qı­zı­ma iş­tah­la ye­dir­dən­də o öz nə­va­zi­şin­dən ne­cə zövq alır­dı...

Nə yax­şı ki, maq­nitofon lent­lə­rinin yad­da­şı var və Sü­ley­man Rə­hi­mov hə­min gün evi­miz­də­ki maq­ni­to­fon len­ti­nə Neft­ça­la gö­rü­şün­dən al­dı­ğı təəs­sü­rat­la­rı tə­fər­rüa­tı­na qə­dər söy­lə­yib və mən in­di hə­min xa­ti­rə sə­sin de­dik­lə­ri­ni ol­du­ğu ki­mi, üs­lu­bu­na be­lə to­xun­ma­dan bu xa­ti­rə ya­zı­sı­na əla­və et­mək is­tə­yi­rəm:

17 may 1970-ci il.

"İ­mam­ver­di müəl­lim! Mən bö­yük məm­nu­niy­yət his­si­lə si­zin ev­də nəin­ki bir-iki kəl­mə, bir ne­çə kəl­mə da­nış­maq, de­mək is­tər­dim. Mən bi­rin­ci də­fə, si­zin də­qiq de­di­yi­niz ki­mi, 1955-ci ilin no­yabr ayın­da si­zin ev­də ol­mu­şam. Elə o vaxt da, Mir­zə Cə­lil de­miş, bi­zim uşaq­la­rın ana­sı Zər­qə­ləm xa­nım mə­nim­lə idi. Si­zin ev­də çox bö­yük hör­mət gör­mü­şəm, çox dad­lı, tam­lı xö­rək­lər­dən ye­mi­şəm və bu gün də ikin­ci də­fə bö­yük bir fa­si­lə­dən son­ra ye­nə də si­zin gö­zəl evi­niz­də, ai­lə­ni­zin için­də­yəm, ye­nə də Qə­ləm xa­nım - Zər­qə­ləm xa­nım mə­nim­lə­dir, bu da tə­sa­dü­fi de­yil­dir. Çün­ki mən bir ya­na ge­dən­də Zər­qə­ləm xa­nım çox çə­tin ki, mə­nim­lə ge­dir.

Bu gün mə­də­niy­yət sa­ra­yın­da müəl­lim­lər­lə, tə­lə­bə­lər­lə, gö­zəl-göy­çək nə­və­lə­ri­miz­lə, öv­lad­la­rı­mız­la olan gö­rü­şü­müz mən­də çox bö­yük təəs­sü­rat hiss­lə­ri do­ğur­muş­dur. Mən be­lə sa­lo­nu, do­lu sa­lo­nu az-az yer­də gör­mü­şəm. Bu, xü­su­si sa­lon idi. Si­zin gö­zəl-göy­çək bağ­ça­la­rı­nız­da ye­tiş­dir­di­yi­niz qı­zıl­gül­lər bu sa­lo­nu öz gö­zəl ətir­lə­ri ilə dol­dur­muş­du. On­lar­la dəs­tə qı­zıl­gül­lə­rin bi­zim ma­sa­mı­zın üs­tü­nə tö­kül­mə­si - bun­lar ha­mı­sı si­zin hər bi­ri­ni­zin, si­zin si­lah­daş­la­rı­nı­zın, Neft­ça­la müəl­lim­lə­ri­nin gö­zəl təd­bir­lə­ri­nin nə­ti­cə­sin­də­dir. Çün­ki mən özüm də müəl­lim ol­mu­şam. Şa­gird, tə­lə­bə müəl­lim is­te­da­dı­nın, zəh­mə­ti­nin məh­su­lu­dur. Bu xoş təəs­sü­rat­la bu­ra­dan ay­rı­lı­ram.

Mən bu söz­lə­ri si­zin haq­qı­nız­da de­yi­rəm ki, mən si­zin mə­qa­lə­lə­ri­ni­zi ək­sə­rən oxu­mu­şam, oxu­yu­ram. Gö­zəl, is­te­dad­lı, nə­zə­riy­yə­çi bir alim olan si­zi - İmam­ver­di müəl­li­mi hə­mi­şə qiy­mət­lən­di­ri­rəm və nə­zə­riy­yə sa­hə­sin­də ça­lı­şan yük­sək də­rə­cə­li alim­lə­ri­miz­dən bi­ri he­sab edi­rəm. Əgər siz bu gün Ba­kı­da de­yil, bu­ra­da, Azər­bay­can tor­pa­ğı­nın bu gö­zəl, ba­sə­fa Neft­ça­la şə­hə­rin­də ya­şa­yır­sı­nız­sa, bu o de­mək de­yil ki, siz mər­kəz­dən, Ba­kı­dan təc­rid olun­mu­su­nuz, xe­yr. Siz mə­nən mər­kəz­də­si­niz, Ba­kı­da­sı­nız, öz qə­lə­mi­niz­lə siz bi­zim coş­qun və qay­nar ədə­bi hə­ya­tı­mız­da iş­ti­rak edir­si­niz. Mən elə bi­li­rəm ki, si­zin üçün hə­lə bö­yük, uca zir­və­lə­ri fəth et­mək müm­kün­dür, müm­kün ola­caq­dır və əmə­yi­niz­lə bu­na na­il ola­caq­sı­nız.

Mə­nim alə­mim­də iki da­şın ara­sın­da da iş­lə­mək var­dır. Mə­nim alə­mim­də hə­mi­şə iş­lə­mək var­dır. İş­lə­mə­dən, öz qə­lə­mi­ni mü­rək­kəb­də iş­lət­mə­dən, yə­ni qə­lə­mi du­rub hiss­lə, şüur­la ka­ğı­za kö­çür­mə­dən qə­lə­mi ci­la­la­maq, par­lat­maq ola bil­məz. Mən "Qaf­qaz qar­ta­lı"­nı qur­ta­ran­dan son­ra, fik­rim bu ilin axı­rı­na ki­mi, "Ay­na­lı"­nı ça­pa al­maq­dır. Çox­dan üzə­rin­də ça­lış­dı­ğım "Şa­mo"­nun 2-ci cil­di üzə­rin­də əmə­liy­yat apa­ra­ca­ğam və bu cil­di ta­mam­la­ya­ca­ğam. Bun­dan son­ra mən "A­na abi­də­si"­nin 1-ci və 2-ci cil­di­ni də ça­pa ha­zır­la­ya­ca­ğam.

Mə­nim haq­qım­da çox­lu mə­qa­lə­lər ya­zıb­lar, bir çox şeir­lər mə­nə it­haf edib­lər. Əgər te­leq­ram vu­ran­la­rın dü­rüst, də­qiq sa­yı­nı nə­zər­dən ke­çir­sək, mə­nim zən­nim­cə, dörd-beş min adam­dan mən təb­rik te­leq­ra­mı al­mı­şam. Bu te­leq­ram­la­rın ço­xu­su ya­sə­mən­li, gül­lü-çi­çək­li te­leq­ram­lar­dır. Bir çox şeir­lər də al­mı­şam. Bir çox ra­yon qə­zet­lə­ri mə­nə şe­ir həsr edib­lər. Bi­zim Ba­kı­da çı­xan qə­zet­lər­də də şeir­lər dərc edi­lib­dir. Hü­seyn Kür­doğ­lu­nun, Ən­vər Əh­mə­din şei­ri, xü­su­sən Ba­laş Azə­roğ­lu­nun şei­ri çox tə­sir­li tə­ra­nə­lər­dir. Mən bun­la­rın ha­mı­sı­na çox yük­sək qiy­mət ve­ri­rəm. İna­nın ki, mən bu eh­ti­ra­mı yük­sək qiy­mət­lən­di­ri­rəm. Və ne­cə de­yər­lər, özüm üçün avans he­sab edi­rəm. Yə­ni mən be­lə gü­man edi­rəm ki, mə­nim haq­qım­da de­yi­lən­lə­rin azı-azı ya­rı­sı nə isə mü­ba­li­ğə­li­dir. Yə­ni mən ça­lı­şa­ca­ğam ki, qa­lan öm­rüm­də - və mən bu ya­ra­dı­cı öm­rü uzat­maq əz­min­də­yəm - elə ol­sun ki, mən boy­nu­ma qo­yu­lan haq­dan, min­nət­dən qis­mən də ol­sa, çı­xa bi­lim. Xal­qı­mız üçün ye­ni-ye­ni əsər­lər ya­zım.

Mən ar­zu edi­rəm ki, si­zin də sağ­lam­lı­ğı­nız­la, uşaq­la­rı­nı­zın sağ­lam­lı­ğıy­nan, ai­lə­nin xoş­bəxt­li­yi­nən həş­tad il­li­yim­də də bu­ra gə­lim. Və elə bi­li­rəm ki, si­zin oca­ğı­nız da xe­yir-dua­lı ocaq­dır. Ona gö­rə ki, heç öl­çüb-biç­mə­dən biz ikin­ci də­fə­dir, çi­yin-çi­yi­nə si­zə qo­naq olu­ruq, siz­də duz-çö­rək kə­si­rik. Be­lə mü­hüm iş­də də bir qa­nu­nauy­ğun­luq var­dır. Mən si­zə tə­şək­kür edi­rəm. Və si­zin va­si­tə­niz­lə bü­tün müəl­lim kol­lek­ti­vi­nə tə­şək­kür edi­rəm.

Ə­gər bu gö­rüş­dən mən im­ti­na et­miş ol­say­dım, yə­ni bə­ha­nə et­səy­dim ki, yo­rul­mu­şam, qo­cal­mı­şam, gə­lə bil­mi­rəm, on­da mən xey­li itir­miş olar­dım. Mən si­zin bu Neft­ça­la ra­yo­nu­na, şə­hə­ri­nə, qə­sə­bə­si­nə gəl­mə­yim­lə, bugün­kü gö­rü­şüm­lə qa­zan­mı­şam"...

İmamverdi Əbilovun ailə arxivindən:

Süleyman Rəhimovun ona bağışladığı imzalı fotoşəkli.

Şəklin üstündəki avtoqraf:

"İkinci dəfə duz-çörəyini yediyimiz, evində qonaq qaldığımız (1955-ci il və 1970-ci il) görkəmli, istedadlı alimimiz İmamverdi Əbilova bir xatirə

Dərin hörmət hissilə

15/V/1970"
* * *

İn­san bə­zən qə­fil xəs­tə­li­yə dü­çar olur. Xəs­tə­lik göz­lə­nil­məz tu­fan ki­mi gə­lir. Be­lə bir xəs­tə­lik 1958-ci il­də mə­nə də ür­cah ol­du. Yer­li hə­kim­lə­rin sə­yi sə­mə­rə ver­mə­yən­də ca­nı­ya­nan­la­rım mə­ni Ba­kı­ya gə­tir­di­lər, özü də gön­də­riş­siz-fi­lan­sız. Sa­ğa­lan­dan son­ra öy­rə­ndim ki, anam əvə­zi ba­cım Mi­na­yə­nin ayaq bas­ma­dı­ğı xəs­tə­xa­na, il­ti­mas et­mə­di­yi hə­kim qal­ma­yıb­mış, la­kin ha­mı­sı da ey­ni də­lil gə­ti­rib gü­zəş­tə get­mə­yib­lər: "Gön­də­riş yox­sa, qə­bul edə bil­mə­rik". Dar ma­cal­da in­san dost­la­rı, doğ­ma­la­rı xa­tır­lar. Ba­cım tə­rəd­düd et­mə­dən elə xəs­tə­xa­na­dan Sü­ley­man müəl­li­mə zəng edir. Ata fəh­mi ilə sə­si ta­nı­yan Sü­ley­man Rə­hi­mo­vun hök­mü qə­ti olur: "Yu­ban­ma, evə gəl, Zər­qə­lə­min ha­zır­la­dı­ğı xö­rək­dən dad, da­rıx­ma, hər şey yo­lu­na dü­şər, qar­da­şı­nı çöl­dən tap­ma­mı­şıq ki?"

Süleyman Rəhimov bir­ba­şa sə­hiy­yə na­zi­ri­nə zəng edir və be­lə­lik­lə, əcəl qa­pı­dan qo­vu­lur. On­dan üç il əv­vəl isə Neft­ça­la­nı zə­hər­li ot ki­mi bas­mış er­mə­ni ca­ni­lə­ri mə­ni xalq­lar dost­lu­ğu­nun düş­mə­ni qis­min­də to­ra sal­ma­ğa mü­vəf­fəq ol­muş­du­lar. Ya­lan, böh­tan kam­pa­ni­ya­sı­nın dal­ğa­sın­da mə­ni ge­dər-gəl­mə­zə gön­də­rən­lə­rin ar­zu­su­nu gö­zün­də qo­yan da Sü­ley­man Rə­hi­mov ol­du.

Ai­lə­mi­zə məh­rəm olan Sü­ley­man Rə­hi­mov onun ki­çik­li-bö­yük­lü bü­tün üzv­lə­ri üçün əziz idi, doğ­ma idi. İn­di ya­zı­çı-sə­nət­şü­nas ki­mi im­za­sı oxu­cu­la­ra ta­nış olan oğ­lum Azər Tu­ran­la Səməd Vur­ğun kü­çə­sin­də­ki 6 nöm­rə­li evin qar­şı­sın­dan ke­çən­də de­dim ki: "O­ğul, bu bi­na­nın üst mər­tə­bə­sin­də Süleyman Rəhimov ya­şa­yır. Sən sü­də­mər uşaq olan­da o ki­şi sə­ni qu­ca­ğı­na alıb ba­ba ki­mi ox­şa­yıb, I sin­fə ge­dən­də xe­yir-dua ve­rib. Əv­vəl-axır bu ev sən­dən öt­rü zi­ya­rət­gah ol­ma­lı­dır". Ürə­yim­dən keç­di ki, aşa­ğı­da­kı köşk­dən zəng vu­rum. Bir­dən-bi­rə nə­dən­sə gö­rüş­mək ar­zu­su mən­dən öt­rü yan­ğı­lı həs­rə­tə dön­dü. Səh­hə­tin­dən xə­bər­dar idim, ayaq­la­rı şəs­ti­ni itir­miş­di, is­tə­mir­dim ki, Azər bu məğ­rur ki­şi­ni xəs­tə­li­yə gi­rif­tar vax­tın­da gör­sün, an­caq ar­zum­la Azə­rin ina­dı qo­şa­laş­dı, te­le­fon bud­ka­sın­da ta­nış nöm­rə­ni yığ­dım: 93-67-54. Dəs­tək­də ta­nış, köv­rək səs eşi­dil­di. Təq­di­mə eh­ti­yac qal­ma­dı, ta­nı­mış­dı. Evə də­vət elə­di. Qa­pı­nı çə­lim­siz qız uşa­ğı aç­dı, içə­ri keç­dik: "Gəl, gəl a İmam­ver­di, bal­kon­da bir az əy­lə­şək, son­ra ota­ğa ke­çə­rik". Bu, Süleyman Rəhimovun sə­si idi. Bal­kon­da əy­ləş­miş Sü­ley­man müəl­lim xə­fif se­zi­lən çə­tin­lik­lə aya­ğa qalx­dı, mə­həb­bət­lə gö­rüş­dü: "Bu igid ol­ma­ya Azər­dir?". "Bə­li". "Ma­şal­lah, ye­kə oğ­lan olub, Al­lah sax­la­sın". Süf­rə açıl­dı, pür­rən­gi çay, şir­niy­yat, şə­kər­çö­rək, çe­şid­li mey­və­lər gə­ti­ril­di. Diq­qət elə­dim, o, al­ba­lı­dan baş­qa heç nə­yə əl vur­ma­sa da, cə­mi bir stə­kan çay iç­sə də, elə et­di ki, gu­ya mü­tə­ma­di əli süf­rə­də­di. Əl­bət­tə, bu bi­zi hə­vəs­lən­dir­mək üçün idi.

E­lə bu vaxt qa­pı­nın zən­gi səs­lən­di. Bir də­qi­qə keç­mə­miş otaq səs-küy­lə dol­du. Gə­li­ni və iki nə­və­si idi. Gə­lin bi­zə "xoş gəl­mi­si­niz" de­yib, çox­dan gör­mür­müş ki­mi Sü­ley­man müəl­li­min boy­nu­na sa­rıl­dı, üzün­dən öp­dü, son­ra nə­və­lə­ri yerbəyer­dən ki­şi­ni sü­pür­lə­di­lər. Bu doğ­ma­lıq, bu mehr-mə­həb­bət ba­ba­nı riqqətə gə­tir­miş­di. Əli­nin ar­xa­sı ilə göz­lə­ri­ni sil­di...

Za­hi­rən gü­lür­dü, hət­ta uğu­nub ge­dir­di. La­kin bu uğun­tu­da xə­fif bir nis­gil, dün­ya­dan doy­ma­yan əzə­mət­li bir dü­ha­nın göz ya­şı var­dı. Qo­ca­lıq öz işi­ni gör­müş­dü, gö­rür­dü. Gü­lüş­lə qə­hər qa­rış­mış bir tərz­də de­di: "Val­lah, bu gül ba­la­lar ol­ma­sa, bağ­rım çat­lar. Ömür­lə­ri uzun ol­sun. Hər gün mə­ni gör­mə­yi öz­lə­ri­nə borc bi­lir­lər. Mən isə on­la­rı gör­mə­yən­də əsl xəs­tə olu­ram".

Qalx­maq is­tə­yir­dim, qoy­ma­dı. Teh­ran­da fars di­lin­də nəşr olun­muş "Mah­ta­ban" ro­ma­nı­nı gə­tir­di, onun ya­ra­dı­cı­lı­ğı­nı xe­yir­xah möv­qe­dən qiy­mət­lən­di­rən rus ədə­bi tən­qi­di haq­qın­da da­nış­dı. Zo­ya Ked­ri­na ki­mi mü­kəm­məl ha­zır­lıq­lı azər­bay­can­lı qa­dın ədə­biy­yat­şü­nas­la­rın yox­lu­ğun­dan gi­ley­lən­di. Azə­rin mə­nə «də­də» de­yə mü­ra­ciət et­mə­si diq­qə­ti­ni cəlb et­di: "Nə yax­şı, nə əcəb". Ye­nə də Azər öt­kəm­lik elə­di, göz­lə­mə­di­yim, fə­qət mə­ni mə­mnun edən bir fi­kir söy­lə­di: "Hər evin bir də­də­si ol­ma­lı­dır". Dər­hal mən əla­və elə­dim: "Siz isə bi­zim ədə­biy­ya­tın də­də­si­si­niz, Də­də Qor­qu­du­su­nuz". Son­ra mən onun­la sək­sən il­lik yu­bi­le­yin­də gö­rüş­düm, da­ha son­ra Ya­zı­çı­la­rın VII qu­rul­ta­yın­da iş­ti­rak et­mə­di­yi­ni gö­rüb 1981-ci ilin iyu­nun­da bö­yük ya­zı­çı­ya baş çək­mə­yi va­cib bil­dim...

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri Lütf edilən insan haqqında etüdlər "Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" - Xeyriyyə axşamı
seeBaxış sayı:64
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri