Icma.az
close
up
RU
525ci qəzet DYP: Mövsümə hazır olmayan avtomobillərin istismarı qadağan ediləcək

525ci qəzet DYP: Mövsümə hazır olmayan avtomobillərin istismarı qadağan ediləcək

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qış aylarında yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edib.

Bu barədə 525.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər:

"Ötən gün Quba və Göygöl rayonları ərazisində təkərləri mövsümə uyğun olmayan avtomobillərlə törədilmiş 2 yol-nəqliyyat hadisəsində 2 nəfərin həyatını itirməsi, 4 nəfərin isə xəsarət alması bir daha qeyd olunan məsələnin diqqətdə saxlanılmasını tələb edir.

Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq".

Vurğulanıb ki, artıq respublikanın bir sıra dağətəyi rayonlarında yolların səthinin buz bağlaması müşahidə olunur. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar:

"Sürücülərdən qış üçün təkər və işıq faralarını uyğun hala gətirmələri, avtomobillərdə olması lazımı avadanlıqları (zəncir, dartı kəndiri və s.) təmin etmələri, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməmələri, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə olunur. Sürücülər xüsusilə yağıntı düşən ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri