Icma.az
close
up
RU
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Dekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev iclasda iki məsələnin müzakirəyə çıxarıldığını deyib və həmin sənədləri təqdim edib.
Newscenter.az xəbər verir ki, əvvəlcə Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxaran Musa Quliyev bildirib ki, sənəddə 457 dəyişiklik təklif olunub və bu dəyişikliklər təkcə sayına görə deyil, həm də sanbalına görə böyük dəyişikliklərdir.
Komitə sədri bildirib ki, ölkəmizdə işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda elektron hökumət qurulması istiqamətində böyük iş gedir, texnologiyaların, xüsusilə süni intellektin tətbiqinin əmək münasibətlərinə təsiri daha da genişlənir. Bu səbəbdən təklif olunan layihədə də əmək qanunvericiliyinin müasir çağırışlara uyğunlaşdırılması, beynəlxalq əmək normalarını nəzərə almaqla təkmilləşdirilməsi, elektron sistemlərlə bağlı yeni qaydaların müəyyənləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə bir sıra dəyişikliklər təklif olunub. Komitə sədri təklif olunan dəyişikliklərdə əmək münasibətlərinin təkmilləşdirilməsi, çevik və sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqi, müasir iş şəraitinə uyğun yeni anlayışların qanunvericiliyə daxil edilməsi, Beynəlxalq Əmək Təşkilatının normaları əsasında milli qanunvericiliyin yenilənməsi ilə bağlı müddəalar haqqında fikirlərini bölüşüb.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihədə nəzərdə tutulan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib. O bildirib ki, layihə 18 qanunun 178 maddəsinə dair dəyişikliyi ehtiva edir. Dəyişikliklərin böyük qismi Əmək Məcəlləsinə aiddir. Digər qanunlara təklif olunan dəyişikliklər isə Əmək Məcəlləsindəki təklif olunan dəyişikliklərdən irəli gəlir.
Bildirilib ki, qanunvericiliyə daxil edilən “ailə vəzifələri olan işçi”, “məsafədən (distant) iş” kimi yeni anlayışlar əmək münasibətlərinin çevik və sosialyönümlü şəkildə tənzimlənməsinə xidmət edir. Layihədəki digər dəyişikliklər BƏT-in konvensiyalarının müddəalarının milli qanunvericilikdə təsbiti, həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırma xarakterlidir. Bundan başqa işəgötürənin fəaliyyətinin dayandırılması ilə bağlı əmək müqaviləsinə xitam prosedurları dəqiqləşdirilir, həqiqi hərbi xidmətə çağırılan işçilərə ödənilən müavinət məbləği qanunvericiliklə uyğunlaşdırılır. Həmçinin məzuniyyətlə bağlı ödəniş qaydaları dəqiqləşdirilir, məzuniyyət hüququ genişləndirilir, əməyin mühafizəsi sahəsində yeni tələblər müəyyən edilir. Vurğulanıb ki, ümumilikdə dəyişikliklər əmək münasibətlərinin daha aydın, səmərəli və sosialyönümlü şəkildə tənzimlənməsini hədəfləyir.
Layihə ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxış edərək bildirib ki, dəyişikliklər əmək münasibətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması, beynəlxalq əmək standartlarının tələblərinin təmin edilməsi və praktikada üzə çıxan boşluqların aradan qaldırılması zərurətindən irəli gəlir. O qeyd edib ki, layihə aidiyyəti dövlət qurumları və sosial tərəfdaşlarla geniş müzakirə olunub, daxil olan təkliflər nəzərə alınmaqla təkmilləşdirilib.
Nazir müavini dəyişikliklərin əsas nəticələri barədə danışaraq qeyd edib ki, layihə Azərbaycanın ratifikasiya etdiyi BƏT konvensiyalarının tələblərinin milli qanunvericilikdə daha sistemli və aydın əks olunmasına şərait yaradacaq. Həmçinin sənəddə distant iş anlayışının hüquqi əsası daha aydın şəkildə müəyyənləşdirilib. Nazir müavini vurğulayıb ki, layihədə sosial həssas qrupların, xüsusilə ailə öhdəlikləri olan işçilərin əmək münasibətlərində müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir.
Rəşad Mustafayev qeyd edib ki, layihədə nəzərdə tutulan digər mühüm dəyişiklik 46 təqvim günündən az olmayan məzuniyyət hüququnun daha geniş sosial müdafiə qruplarına şamil olunması ilə bağlıdır. Sənəddə işçinin işdən kənarlaşdırılması ilə bağlı təklif olunan dəyişikliklər isə əməyin mühafizəsinin, işçilərin təhlükəsizliyinin, həm də iş prosesinin effektivliyinin artırılmasına xidmət edir.
Nazir müavini sonda vurğulayıb ki, dəyişikliklər yalnız hüquqi yenilənmə deyil, həm də əmək bazarında daha sağlam tarazlıq, daha güclü sosial müdafiə və daha ədalətli əmək münasibətləri deməkdir.
Layihənin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, komitə üzvləri Nigar Məmmədova, Jalə Əliyeva, Vüqar Bayramov, Sevinc Hüseynova, Əziz Ələkbərov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək təklif olunan dəyişiklikləri mütərəqqi dəyişikliklər kimi dəyərləndiriblər, həm beynəlxalq standartlara uyğunlaşma, həm də sosial ədalətin təminatı baxımından vacib addım kimi qiymətləndiriblər.
Onlar əmək qanunvericiliyinə müasir əmək münasibətlərinə uyğun, sosialyönümlü və ədalətə əsaslanan yeni anlayışların, qaydaların gətirilməsini təqdir ediblər, əlilliyi olan şəxslərin, digər sosial həssas qruplardan olan işçilərin əmək hüquqlarının möhkəmlənməsi, əmək təhlükəsizliyinin təmini kimi məsələlər dair bəzi qeydlərini və suallarını səsləndirlnblər.
İclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev. AHİK-in sədri Sahib Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fuad Heydərov deputatların qaldırdıqları məsələlər aydınlıq gətirəndən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Sonra iclasda dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutan Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda baxılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputat Bədəl Bədəlov, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri