Icma.az
close
up
RU
Bakı 2025 də İƏT Mədəniyyət Festivalı yaradıcı sənayelərin yeni dövrünü başlatdı FOTO

Bakı 2025 də İƏT Mədəniyyət Festivalı yaradıcı sənayelərin yeni dövrünü başlatdı FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" (OIC 2025) İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət, yaradıcı iqtisadiyyat və innovasiya sahələrinin bir araya gətirildiyi böyük beynəlxalq platformadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi, regionda yaradıcı sənayelər ekosisteminin gücləndirilməsi və qlobal trendlərlə ayaqlaşan yeni təşəbbüslərin formalaşdırılmasıdır.

Proqrama sərgilər, panel müzakirələr, innovasiya təqdimatları, kreativ baza fəaliyyətləri və dünyanın müxtəlif ölkələrindən olan iştirakçıların qatıldığı xüsusi sessiyalar daxildir.

Yaradıcı Həftə: Mədəniyyət və innovasiyanın birləşdiyi platforma

Bakı Yaradıcı Həftəsi boyunca şəhər müxtəlif istiqamətlər üzrə tədbirlərə ev sahibliyi etdi. Yerli və beynəlxalq ekspertlərin çıxışları, yaradıcı sənayelərin inkişaf perspektivlərinə dair panel müzakirələri, startapların təqdimatları və CulTech (Mədəniyyət sahəsində texnologiya sahəsi)-in xüsusi sessiyaları festivalın əsas dinamik xəttini formalaşdırdı.

Həftə çərçivəsində keçirilən воркşoplar, rəqəmsal və tətbiqi sənət sərgiləri, texnologiya nümayişləri və performanslar həm yaradıcılıq mühitini canlandırdı, həm də gənclər, yaradıcı icmalar, investorlar və dövlət nümayəndələri arasında əməkdaşlıq üçün yeni körpülər yaratdı.

Kreativ Həftə çərçivəsində CulTech Demo Day ilə yanaşı, mədəni innovasiyaların rolu, rəqəmsallaşma və regional kreativ ekosistemin inkişafı mövzularında panel müzakirələri də keçirildi.

CulTech Layihəsi

CulTech - mədəniyyət və texnologiyanın kəsişməsində formalaşan və ölkənin kreativ gəncliyini qlobal səhnəyə çıxarmağı hədəfləyən strateji platformadır. Proqram startaplara və yaradıcı komandalara mentorluq, investisiya əlaqələri, PR dəstəyi, brend mövqeləndirməsi və biznes inkişafı üzrə çoxşaxəli imkanlar təqdim edir.

Layihənin məqsədi

CulTech-in əsas hədəfi innovativ biznes modellərinin inkişafını sürətləndirmək, yerli ideyaların beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək və Azərbaycanın kreativ ekosistemini regional səviyyədə gücləndirməkdir.

Demo Day - Yeni ideyaların təqdim olunduğu gün

9 dekabr 2025-ci ildə CulTech İnkubasiya Proqramının 4-cü kohortunun Demo Day-i Bakı Konqres Mərkəzində uğurla baş tutdu. İştirakçılar layihələrini investorlar, mentorlar, kreativ sənaye liderləri və beynəlxalq nümayəndələr qarşısında təqdim etdilər. Tədbir həm yeni əməkdaşlıqlar üçün açar rolunu oynadı, həm də regionun innovasiya potensialını nümayiş etdirdi.

Demo Day startapları

Bir-Yer.az - xəritə əsaslı axtarış və AI tövsiyə sistemi ilə istifadəçilərə büdcə, vaxt və tələbatına uyğun məkan seçimini bir kliklə təklif edən platforma.

BrandedBy - brendlər üçün lisenziyalı AI avatarları və səs texnologiyaları ilə saniyələr içində hüquqi cəhətdən təhlükəsiz kontent yaradan SaaS həlli. Text-to-video generator və API inteqrasiyası ilə influencer marketinqini avtomatlaşdırır.

Casting.az - aktyorlar, rejissorlar və prodüserlər üçün yaradılmış peşəkar talent bazası. İnkişaf etmiş filtrlər vasitəsilə uyğun simaların tapılmasını sürətləndirir.

Luhive - icmalar üçün "all-in-one" yanaşma. Tədbirlər, elanlar, üzvlər və kontent vahid paneldən idarə edilir; AI köməkçisi və analitika ilə qərarvermə optimallaşdırılır.

Lilitopia - 0-8 yaşlı uşaqlar üçün lokal və mədəni baxımdan uyğunlaşdırılmış öyrədici kontent ekosistemi. Mobil tətbiqlərdən YouTube seriyalarına, kitab və oyunlara qədər çoxsaylı IP-lər əsasında qurulan qlobal miqyaslana bilən edutainment modeli.

Kendeget - kənd sakinləri və kiçik sahibkarların məhsul və xidmətlərini daha geniş auditoriyaya çıxarmağa, səyahətsevərlərə isə autentik mədəni təcrübələr təqdim etməyə imkan yaradan platforma.

Gələcək Perspektivlər

Demo Day CulTech proqramı üçün yalnız başlanğıcdır. Startaplar üçün yeni investisiya imkanları, beynəlxalq partnyorluqlar və bazarlara çıxış yolları artıq formalaşmağa başlayıb.

SUP VC və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi CulTech İnkubasiya Proqramının genişləndirilməsini, növbəti kohortların yaradılmasını və yaradıcı sahələr üzrə qlobal əməkdaşlıq mexanizmlərinin gücləndirilməsini hədəfləyir. Məqsəd - Azərbaycanı regionun aparıcı CulTech mərkəzinə çevirmək və gələcək nəsillərə dayanıqlı innovasiya mühiti təqdim etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Dekabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri