Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

525ci qəzet Ədə­bi köşk: Nə var, nə yox?

525ci qəzet Ədə­bi köşk: Nə var, nə yox?

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həmid ağanın gödəkçəsi: "hekayə kimi bir ömür"

Azərbaycan Yazıçılar Birliyinə (AYB) qayıdışını fərqli bir başlanğıc sayan, bu cür də təqdim edən Həmid Herisçinin yeni-yeni arzuları cücərir. Bu günlərdə yazdığından belə anlaşılır ki, Həmid ağa öz gödəkcəsinə həsəd aparır: "AYB-də ilk sərgüzəştlər, ilk imtahan mənim boynuma düşmədi. Gödəkcəm... həəə, düz eşitdiz dediyimi, məhz gödəkcəm bu imtahana düşdü mənim əvəzimə. Qaldı Səlim Babullaoğlunun otağında... Yaşadı AYB-də bir neçə gün. Etibarlı əllərdə, etibarlı ünvandaydı. Sonra öz halallığını sübut etdi - qayıtdı çiyinlərim üzərinə. Hekayə kimi bir ömür yaşadı AYB-də. Sağ əli mənim başıma".

Bu arzunu həyata keçirməyə nə var ki? Bir-iki gün AYB-də qalıb yaşamaq üçün Qulu Ağsəs Sizə öz kabinetini verə bilər, ağdamlılar qəlbigeniş olur, Həmid ağa. Gödəkcəniz sizdən qabağa düşdü, əsl neoklassisizmi o yaşadı! Ömrü gödəlmədi, uzandı, gödəkcə olmadı, uzunça oldu... Bu da bir Neo ad: uzunça!

P.S. Həmid Herisçinin proqnozları və arzuları həyata keçən olur, amma heç də hamısı ürəkaçan alınmır, təəssüf. İki il öncə status yazmışdı ki, şair, yazar, ilk növbədə, təhlükəli olmalıdır... Bir neçə gün əvvəl bir yazıçı Slovakiyanın Baş nazirinə güllə atdı, o boyda hökumət rəhbərini yaraladı... Nə deyək, Allah əsirgəsin!

***

Maradonadan Musa Yaqubacan...

Cavanşir Yusiflinin elə esseləri olur ki, başqa bir şərh verə bilmirsən. Sadəcə paylaşmaq istəyirsən. Paralellər aparmaq yazının canıdır. Cavanşir müəllim bu paralelləri əla tapır:

"Paolo Sorrentinonun "Gənclik" filmində Maradona obrazı var. Futboldan ayrılmış, özgələşmiş, bədəncə böyüdükcə, meydanları lərzəyə gətirən topu balacalaşıb uşaq topuna çevrilmiş Maradona. Rollar paylanmış, oyun oynanılmış, ölən ölmüş, qalanlar əzab içində... Maradona bu əzabın dar qəfəsində uşaq topunu əlindən buraxmır, onu suyun içində nəfəsiylə də tərpədir, anlayır ki, həyat oyununun bitdiyi anda bitmiş, ömür mətni Don Kixotdakı yel dəyirmanının pərinə ilişib qalmışdır.

Maradonanın nəfəsindən ayırmadığı top bir gün göyə, göylərin yeddinci qatına milləndikdə, o da bu həyatda elə qapı dirəyinə dəyən top kimi geri qayıdacaqmış, o isə hamının gözündən oğurlanıb topu nə olur-olsun, dirsəyi ilə qapıya vuracaqmış.

Musa Yaqubla Xaqani həmin ağ sükutun gecə qaranlığında oturub şeir deyirlər. Musa Yaqubun intonasiyasında belə bir ayrıntı var: o, sözləri hansısa bir dünyanın son cümləsi, son hecaları kimi tələffüz edir və son sözün son hecasında yeni dünya açılır".

***

Şuşaya köçən yazıçı: "Əlvida, köçkün vəsiqəsi!"

Yazıçı-publisist Kərim Kərimli Şuşaya - evinə köçüb. Özü ilə bərabər, bütün dostları sevinir. Gözaydınlıq mesajları tükənmir. Bu sevincin müxtəlif şəkillərini təqdim edirəm:

"12 may, 2024-cü il.

Saat: 12.12.

Şuşa şəhəri

Əziz dostlar!

Əziz həmkarlar!

Əziz oxucular!

Bu gündən və bu andan Azərbaycan Respublikasının Azad Şuşa şəhərində yeni həyata və yeni fəaliyyətə başlayıram! Öz şəhərimdə, öz evimdəyəm və çox xoşbəxtəm!

***

Əlvida, köçkün vəsiqəsi!

Daha sənin yerin tarixin bir guşəsi və "Qarabağ muzeyi"dir...)

***

Ədəbiyyat ölübsə, indi yazanlar kimdir?

Oğuz Ayvaz bir neçə qələm adamı arasında "Azərbaycanda ədəbiyyat niyə ölü dövrünü yaşayır?" adlı sorğu aparıb. Cavabların əksəriyyətindən qatı pessimizm hiss olunur. Fəqət bədbin fikirlərdə həqiqət varmı? Bəli...

Fəxri Uğurlu problemin səbəbindən bəhs edir: "Ədəbiyyatın cəmiyyətə təsir rıçaqları itib. Ədəbiyyat artıq əyləncə funksiyasını da yerinə yetirə bilmir. Ciddi sözə, fəlsəfi fikrə isə insanların ehtiyacı yoxdur. Ona görə də ədəbiyyat öz oxu ətrafında fırlanır".

Aqşin Yenisey isə təbliğatın gərəksiz olduğunu deyir: "Niyə ədəbiyyatı kimsə təbliğ etməlidir? Kolxoz dövrüdür? Bu düşüncələrdən əl çəkmək lazımdır. Bu gün bir süni zəka proqramı bir ədəbi nəsildən daha çox fayda verə bilər cəmiyyətə. Yaşadığı çağı hiss və dərk etməyən yazıçılar, şairlər maraqlı nə yaza bilər öz çağının insanları üçün?"

Cəlil Cavanşir həmişəki kimi qara-qara danışır: "Azərbaycanda ədəbi proses baş vermir və sükut, səssizlik də bununla bağlıdır. Televiziyalar hansı prosesi təbliğ etməlidir, ev almaq üçün bir-birinə qənim kəsilən yazıçı və şairləri, yoxsa yaltaqlıq üçün fürsət gözləyən əhli-qələmi? Bəlkə kimsə Buker, Qonkur, Nobel alıb, bizim xəbərimiz yoxdur? Bəlkə hansısa yazıçımız xaricdə on min tirajla çap olunub, "Nyu York Tayms"ın bestseller siyahısına düşüb, biz bilmirik?"

Xəyyam Rəfili isə nikbindir: "Ədəbi proseslərin sükut dövrü yaşadığını düşünmürəm. Yazan yazır, oxumaq həvəsi olan da istədiyi materialı əldə edib, oxuyur. Sadəcə bu proses digər sahələrdə olduğu kimi kütləvi halda baş vermir".

Ədəbiyyatın ölü dövrü anlayışı yoxdur. Ədəbiyyat canlıdır və bu gün də əgər yaxşı əsərlər yazılırsa, deməli, o, yaşayır. Ölübsə, yazanlar kimdilər? Ölü bir nəsnə ilə necə məşğul olmaq olar? Sadəcə, prosesin təkanverici amilləri qeyri-funksionaldır. Televiziya üçün oxumaq maraqlı mövzu deyil. Yəqin, biri ölməsə, biri dirilmir...

***

Yaxşı yazıçı olmağa vaxt yoxdu...

Ağa Cəfərli Kənan Hacının "Rindlər küçəsi" ilə bağlı fikirlərini bölüşəndə maraqlı nüansa toxunub: "Sənətkarlardan biri demişdi ki, mədəniyyətin əsasını tənbəllik təşkil edir. Bir az qəribədir, amma buradakı "tənbəllik" kəlməsinə qarışqa və cırcırama misalında baxmaq lazımdır. Qarışqa bütün günü işləyir, daşıyır, bir qarın yemək üçün yaşayır. Cırcırama isə tənbəldir, işləmir, bütün günü gəzir, oxuyur, oynayır. Yəni cırcırama daha mədənidir, mədəniyyətlə daha iç-içədir. Mədəni adam olmaq, oxumaq, baxmaq, dinləmək üçün mütləq boş zaman lazımdır. Qarışqa kimi işləyən adamdan mədəniyyət gözləmək bir qədər çətindir. Adamların mədəni olmağa vaxtları çatmır. Mənə tapşırılan kitablarla daha yaxından tanışlığımın gec baş tutması da bu səbəbdən baş verir. Bütün günümüz qarın doyurmağa getdiyi üçün oxumağa vaxt qalmır".

Bunun adı bəhanədir, ya nədir, bilmirəm, amma mütaliənin azalmasının səbəbi qayğıların çoxluğu ilə bağlıdır. Bu qayğılar yazmağa da imkan vermir. Yazıçı nə vaxt roman yazsın, bütün günü iş, ora qaç, bura qaç, nə vaxt özü ilə baş-başa qalsın?

Yaxşı yazıçı olmağa da vaxt yoxdu...

***

Ən yaxşı oxucular "Tik-Tok"dadı?

Eminquey Akif "Tik-Tok"un sevimli qələm adamına çevrilib. İzləyicisi, onu bəyənənlər çoxdur. Yazdığı esseləri, köşələri video-oxunuşla paylaşır. "Tik-Tok" haqqında kimsə nəsə deyəndə tez əsəbiləşir. Deyir ki, ən yaxşı oxucular ordadır: "Tik-Tok" dediyiniz "dəlixana"dan elə oxucular tapmışam ki, yazdığım mətnləri nöqtəsinəcən duya bilirlər. Arada yazırlar, filan yazınızda filan hissəni bəyənmişəm, filan cümlə o qədər gözəldir ki... 500 tirajlıq kitabın 70 faizi "Tik-Tok"un yayımlarında satıldı. İş elə gətirdi ki, xərclərim çox çıxdı, "Qanun"a borclu qalsam da, Şərif Ağayarın təşəbbüsü, Şahbaz Xuduoğlunun ürəyi borcu üstümdən sildi. Özü də Ramazan bayramında. Hədiyyə elədilər bu yükü üstümdən götürməklə. Ki, ev təmir etdirirəm, toya hazırlaşıram, əməliyyatım var. Bugün mənə ev təmirində çox böyük dəstək göstərən adam məni "Tik-Tok"dan tanıyıb. Bu gün mənə bir oxucu kimi kitablarımın satılmasında dəstək verən adam "Tik-Tok"dan tanıyıb məni. Sözümün canı budur ki, səviyyənin, insanlığın feysbuku, "Tik-Tok"u olmur".

Gərək hamımız keçək "Tik-Tok"a: Eminquey adamı həvəsləndirir.

***

Təzə nə var?

Xalq yazıçısı Anar "Pravda.az"a açıqlama verib ki, parlament seçkilərində namizədliyini irəli sürmək fikri yoxdur: "Mənə heç kim deputatlığa namizədliyimi irəli sürməyimlə bağlı təklif etməyib. Təklif gəlsə, onda fikirləşərəm..."

İndi budur məsələ: "Təklif gələcəkmi?"

***

Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizmdən xəbəriniz var. Üzünə qırmızı boya yaxmışdılar, sonra da ağ mələfəyə bürümüşdülər... Günahlarını yuyublar. Xurşidbanu Natəvanın Evian-le-Bən şəhərindən gətirilmiş abidəsi Fransanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.

Gərək birdəfəlik Bakıya yollayardılar...

***

Səhhətində ciddi problemlər yaranan tanınmış şair Salam Sarvanın 10 saatlıq əməliyyatı uğurla başa çatıb. Bu barədə şairin yaxınları məlumat verib. Deyilənə görə, əməliyyat uğurla keçib. Şair hal-hazırda reanimasiyadadır. Həkimlər bir neçə gün orada qalmasını məsləhət görüblər.

Allah Salam Sarvana şəfa versin!

***

Fərid Hüseynin Vaqif Bayatlı Odərin yaradıcılığından bəhs edən 4-cü kitabı çapa hazırlanır. Kitabda şairin məqalələri, esseləri və tərcümələri cəmlənib.

***

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi qeyd olunub. Yubiley tədbiri Ankara şəhərində TÜRKSOY-un konfrans salonunda keçirilib. Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən Şəmsəddin Kuzəçi, Rəsmiyyə Sabir, Əkbər Qoşalı, İntiqam Yaşar və Murad Toyluya TÜRKSOY-un 30 illik yubiley medalları təqdim olunub.

***

Tənqidçi-esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun "Ədəbiyyatda postmodernizm: oyun estetikası" kitabının təqdimatı keçirilib.

Hazırladı: Nadir YALÇIN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri